ANTREFİLE
ANTROPOLOGİYA
OBASTAN VİKİ
Antropogen
Dördüncü dövr ― Beynəxalq Stratiqrafiya Komissiyasının (ICS) geoloji vaxt bölgüsündə Kaynozoy erasının üçüncü – ən sonuncu dövrüdür. O Neogen dövründən sonra gəlir və 2.58 milyon il əvvəldən bu günə qədər olan dövrü əhatə edir. Dördüncü dövr iki epoxaya bölünür: Pleystosen (2.58 milyon il əvvəldən 11.7 min il əvvələ qədər) və Holosen (11.7 min il əvvəldən bu günə qədər). Bu nisbətən qısa geoloji zaman kəsiyində Yerin müasir siması və təbiətinin formalaşması, insanın meydana gəlməsi və inkişafı bağlıdır. Nəhayət Dördüncü dövr çöküntülərində bir sıra faydalı qazıntı yataqları yerləşir. Buna görə də Dördüncü dövr digər geoloji dövrlərlə müqayisədə çox qısa olsa da müstəqil dövr kimi ayrılır. == Elmi tədqiqatların tarixi == === Dünyada === Dördüncü dövr temini 1759-cu ildə italyan geoloqu Covanni Ardyuno tərəfindən İtaliyanın şimalındakı Po çayının vadisindəki alyüvial yataqlar üçün təklif etmişdir. 1829-cu ildə Jules Desnoyers Fransanın Sien hövzəsinin çöküntüləri üçün təqdim etmişdir. Bu çöküntülərin Üçüncü Dövrün süxurlarına nisbətən cavan olduğu açıq-aşkar görünürdü. Dördüncü dövr Neogen Dövründən sonra gəlir və bu günə qədər uzanır.
Antropogen eroziya
Antropogen eroziya -İnsanın səmərəsiz təsərrüfat fəaliyyəti nəticəsində torpaqların və ana süxurların səth suları vasitəsilə sürətlə dağılması.
Antropogen faktorlar
Antropogen faktorlar — insanın bioloji və sosioloji varlıq kimi ətraf mühitə dolayı yolla (bilavasitə) təsiri. == Ədəbiyyat == R. Ə. Əliyeva, Q. T. Mustafayev. "Ekologiya" dərs vəsaiti. Bakı, "Bakı Dövlət Universiteti" nəşriyyatı, 2004, s. 379 – 384.
Antropogen landşaft
Antropogen landşaft — insanın təsərrüfat fəaliyyəti nəticəsində dəyişdirilmiş təbii landşafta, həmçinin insanın yaratdığı təbii- istehsal komplekslərinə, şəhər, qəsəbə, texnogen, kənd təsərrüfatı landşaftlarına deyilir. Antropogen landşaftlar hal-hazırda Yerin quru sahəsinin təxminən 50 %-ni əhatə edir. Antropogen landşaftlar özünü tənzimləyən təbii landşaftdan fərqli olaraq, insanın nəzarəti altında olub, idarə olunur. == Antropogen landşaftların tarixi və genetik xüsusiyyətləri == Müasir dövrdə elm və texnikanın, məhsuldar qüvvələrin sürətli inkişafı yerin landşaft sferasının təbiətində əsaslı şəkildə ciddi struktur dəyişmələri yaratmışdır. XX əsrin 60–70-ci illərindən başlayaraq antropogen landşaftların öyrənilməsinə maraq xeyli artmışdır. XIX əsrin ortalarından başlayaraq tədricən maşınlı sənayenın yaranması ilə dünyada və Azərbaycanda təbii ehtiyatların mənimsənilməsinin yeni, daha dağıdıcı və təbii landşaftlara qarşı amansız müdaxilə mərhələsi başlayır. Bu dövr XX əsrin ortalarına kimi davam edir. Quba, Qusar, Gədəbəy, Daşkəsən, Masallı, Lənkəran və s. inzibati ərazilərdəki dağ meşələri antropogen təsirlərlədən əsaslı şəkildə ziyan görür. Hazırda bu ərazilərdəki meşələrin əsas hissəsi təkrar törəmə meşələrdir.
Antropogen maddə
Antropogen maddə — insanın fəaliyyəti nəticəsində Yerin sferlərinə qoşulan yeni kimyəvi birləşmələr. == Ümumi məlumat == Antropogen maddələr insan fəaliyyəti sayəsində kimyəvi maddələrin yer sferinə daxil olması. Antropogen maddənin bir hissəsi təbii dövrana daxil olaraq tez-gec ekosistemdə utilləşir, təbiətə yad olan süni birləşmələr, canlı orqanizmlər və abiotik agentlər tərəfindən olduqca tədricən parçalanaraq təbii madələr mübadiləsindən kənarda qalır, onlar biosferdə toplanaraq həyat üçün təhlükəli sayılır. Bu kimyəvi elementlərə yerin dərinliklərindən səthinə çıxarılan ağır metalları və adətən təbii şəraitdə kiçik ərazilərdə və böyük olmayan konsentrasiyada yayılan radioaktiv maddələri misal göstənnək olar.
Antropogen relyef
Antropogen terminlər
Antropogen terminlər-(yun. Antropos-insan) == Antropogen çirklənmə == İnsanın təsərrüfat fəaliyyəti nəticəsində baş verir, o cümlədən təbii çirklənmənin tərkibinə və intensivliyinə bilavasitə və vasitəli təsir göstərir. Məsələn: hidrotikintilər aparmaq, yol örtüyü salmaq yolu ilə və s. == Antropogen eroziya == İnsanların düzgün olmayan təsərrüfat fəaliyyəti (meyilli yamacların başdan-başa şumlanması, meşələrin məhv edilməsi, otarma və suvarma normalarının pozulması, müxtəlif qazıntı işləri və s.) nəticəsində baş verən eroziya prosesi. == Antropogen relyef == Qurunun insan fəaliyyəti nəticəsində dəyişilmiş və ya yaradılmış relyefi. İki cür antropogen relyef ayrılır: kortəbii və istiqamət verilmiş antropogen relyef (yamaclarda düzəldilən terraslar, tökmələr, torpaq bənd və s.) == Antropogen torpaqlar == İnsan fəaliyyəti nəticəsində yeni torpaq tipi yaratmağa yönələn təsir (mədəni, becərilən torpaqlar), torpaqəmələgətirən amilləri dəyişməklə (təkrar şorlaşma), həmçinin sənaye, mülki və yol çəkilməsi zamanı təbii torpaq örtüyünün pozulması ilə əmələ gəlir. == Antropogen səhralar == Antropogen səhralar insanın təbiətə bilavasitə və vasitəli təsiri nəticəsində yaranan səhralardır. Bu səhraların sahəsin getdikcə genişlənir və 10 mln km²-ə çatmışdır (qurunun 7%ni təşkil edir). Dünyanın bütün səhralarının antropogen olması haqda fikir yürüdülür. == Antropogen mühit == Canlı orqanizmləri əhatə edən və insan tərəfindən dəyişdirilən ətraf mühit.
Antropogen metabolizm
Antropogen metabolizm və ya antroposfer metabolizmi — sənaye ekologiyasında, material axınının təhlilində və tullantıların idarə edilməsində insan cəmiyyətinin maddi və enerji dövriyyəsini təsvir etmək üçün istifadə olunan termin. Bu, sistemli düşüncənin sənaye və digər texnogen fəaliyyətlərə tətbiqindən yaranır, davamlı inkişafın mərkəzi konsepsiyasıdır. Müasir cəmiyyətlərdə antropogen (texnogen) material axınlarının əsas hissəsi aşağıdakı fəaliyyətlərdən biri ilə bağlıdır: "tarixdən əvvəlki dövrlərdə az metabolik əhəmiyyətə malik olan" kanalizasiya, nəqliyyat, yaşayış və kommunikasiya. Binalarda, infrastrukturda və nəqliyyat vasitələrində qlobal texnogen polad ehtiyatları, məsələn, təxminən 25 giqaton (adam başına üç tondan çox) təşkil edir ki, bu rəqəmi yalnız beton kimi tikinti materialları üstələyir. Antropogen metabolizm sosial-iqtisadi metabolizmin sinonimi kimi müşahidə olunur. == Həmçinin bax == İstilik balansı Noosfer Kollektiv şüur == İstinadlar == == Əlavə ədəbiyyat == Baccini, Peter and Brunner, Paul H., Metabolism of the Anthroposphere, Springer, 1991, Heidelberg, Berlin, New York, (ISBN 978-3-540-53778-6). New edition March 2012, MIT Press, Cambridge MA, ISBN 978-0-262-01665-0.
Antropogen istehsal amili
Mühitin antropogen amilləri
Antropogenez
Antropogenez (yun. anthropos - insan və yun. genesis - mənşə) — insanın ictimai varlıq kimi meydana gəlməsi və inkişafı prosesi. Darvin, Haksli və Ernst Hekkel insanın üçüncü dövr ali meymunlarından əmələ gəldiyi fikirlərini irəli sürmüşdür. Engels göstərirdi ki, Antropogenezin hərəkətverici qüvvəsi qədim insanların ictimai əmək fəaliyyəti olmuşdur. Bu fəaliyyət səciyyəvi münasibətləri, mədəniyyəti yaratmış, insanın bədən quruluşunu formalaşdırmışdır. Bu,insanın Allah tərəfindən yaradılması haqqında dini-idealist fikirlərin əksi demək idi. İnsanın meydana gəlməsi və inkişafı prosesi avstrolopiteklərin (insanın 5 milyon il bundan əvvəl yaşamış ən yaxşı əcdadlarının-qazıntı halında tapılan Cənubi Afrika meymunlarının)yer üzərində sürü halında yaşamağa,hər cür qida ilə qidalanmağa,təbii əşyalardan alət kimi (ov üçün)istifadə edilməsinə,sonra isə belə alətlərin uyğunlaşdırmağa və təsadüfən onları yenidən hazırlamağa keçmələri ilə xarakterizə olunur.Sələfləri olan paleoantroplar və yaxud neandertallar forma və vəzifəsinə görə daha mürəkkəb alətlər hazırlamış, ilk süni tiklilər yaratmış,od əldə etməyi bacarmışlar. Meydana gəlmiş ictimai istehsal şüurun və nitqin yaranmasına səbəb oldu,insanın bədənini formalaşdırdı.İnsanın təşəkkülü yüz minlərlə il davam etmişdir (Cənub-Şərqi,Cənubi,Ön Asiya və Afrika). 3-cü mərhələ (ibtidai sürünün ibtidai cəmiyyətə,neandertalın müasir tipli insana çevrilməsi) 35-40 min il bundan əvvəl baş vermişdir.

Значение слова в других словарях