Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Antiinhisar orqanı
Antiinhisar orqanı — əmtəə və xidmətlərin istehsalı və satışında azad rəqabəti qorumaq, bazar (inhisar) səlahiyyətindən sui-istifadənin qarşısını almaq və razılaşdırılmış hərəkətləri (kartel müqavilələri) məhdudlaşdırmaq məqsədilə bazarları tənzimləyən rəsmi dövlət təşkilatı. Antiinhisar orqanlarının iki əsas səlahiyyət növü ola bilər. Birincisi, orqana bazar gücünün konsentrasiyasının qarşısını almaq səlahiyyəti verilə bilər (birləşmələrə qadağa, iri firmaların məcburi ayrılması). İkincisi, bazar səlahiyyətlərindən sui-istifadənin qarşısını almaq və bazar iştirakçılarının bir-biri ilə sövdələşməsinin qarşısını almaq üçün orqana iri firmaların fəaliyyətinə nəzarət etmək səlahiyyəti verilə bilər. Antiinhisar orqanlarının hüquqi əsasını antiinhisar qanunvericiliyi təşkil edir. Rəqabət orqanları demək olar ki, bütün bazar iqtisadiyyatlarında mövcuddur. İqtisadi nöqteyi-nəzərdən antiinhisar orqanlarının mövcudluğu onunla bağlıdır ki, haqsız rəqabət və bazar səlahiyyətlərindən sui-istifadə bazarın uğursuzluğunun səbəblərindən biridir. Bazar uğursuzluqları istehsalın aşağı düşməsinə, qiymətlərin yüksəlməsinə, sosial rifahın aşağı düşməsinə və nəticədə iqtisadiyyatda resurslardan qeyri-optimal istifadəyə gətirib çıxarır. Bundan əlavə, aşağı rəqabətin nəticəsi texnoloji tərəqqinin yavaşlaması, istehsal xərclərinin artması və malların keyfiyyətinin azalması ola bilər. == İqtisadi səbəblər == İqtisadi nəzəriyyədə sübut edilmişdir ki, sosial rifahın maksimumu tam rəqabətli bazarda əldə edilir.
Şerman Antiinhisar Qanunu
Şerman Antiinhisar Qanunu (Şerman Qanunu ) — inhisarlarla və rəqabətin əsassız məhdudiyyətlərlə mübarizəsinə yönəldilmiş, dünyada ilkin qəbul edilmiş hüquqi aktlardan biri, 1890-cı ildə ABŞ konqresi tərəfindən qəbul edilmiş qanun. Bu qanun antirəqabət mühitində fəaliyyət göstərdiyi düşünülən şirkət və müəssisələrin fəaliyyətini qadağan edir. Bu növ müəyyənləşdirmələr federal hökumət idarəediciləri tərəfindən aparılır. Qanun federal hökumətdən trestləri, kompaniyaları və qanunu pozmasından şübhə duyulan təşkilatları araşdırmağı və təqib etməyi tələb edir. Bu Amerikan hökuməti tərəfindən kartelləri və monopoliyaları məhdudlaşdırmaq üçün yaradılmış ilk qanun idi və bu günün özündə də əksər antiinhisar qanunlarının əsasını təşkil edir. == Qanuni tətbiq == Vətəndaş müharibəsindən sonra ABŞ sənayesinin sürətli inkişafı, dövlətin qanunvericiliklə iqtisadi hakimiyyətinin təmərküzləşməsinin və bu hakimiyyətin sui-istifadəsinin qarşısını almaq iqtidarının olmaması nəticəsində Konqres 1890-cı il 24 iyul tarixdə azad rəqabət şəraitində azad sahibkarlığın hüquqi cəhətdən milli məxsusluğunu təsbit etdi. Qanun xəzinədarlığın keçmiş katibi senator Con Şermanın (1823-1900) şərəfinə adlandırılmışdır. “Şerman qanunu” ştatlar arasında ticarətdə, eləcə də beynəlxalq ticarətdə aşağıdakıları qadağan edir: a) ticarətin məhdudlaşmasına dair sazişləri, birlikləri (trestləri) və gizli danışıqları; b) inhisarlaşmanı və inhisarlaşma haqqında gizli danışıq cəhdlərini.Bu sazişlərdə iştirak edən şəxslər qanunun pozulmasında günahkar sayılırlar, cəriməyə (50 min dollardan çox olmayaraq), həbs qətimkan tədbirinə (1 ildən artıq olmayaraq), yaxud məhkəmənin qərarı ilə digər cəzaya məruz qalırlar. 1911-ci ildə “Şerman qanunu”nda, onun yalnız ticarətin həddən artıq məhdudlaşması haqqında sazişə tətbiqi ilə bağlı bəzi dəyişikliklər edildi. Əgər firmanın biznesinin çiçəklənməsinə təsir göstərən fəaliyyəti sahədə rəqabətə hiss ediləcək zərər vurarsa, onda bu firma öz hərəkətlərinə görə məsuliyyət daşımalıdır.
Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti
Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti — antiinhisar, haqsız rəqabət, dövlət satınalmaları, açıq məkan istisna olmaqla reklam fəaliyyəti, standartlaşdırma, metrologiya, texniki tənzimləmə, uyğunluğun qiymətləndirilməsi, akkreditasiya, keyfiyyətin idarə edilməsi, istehlakçıların hüquqlarının müdafiəsi və istehlak bazarına nəzarət sahələrində dövlət nəzarətini və tənzimlənməsini həyata keçirən qurumdur. == Haqqında == Azərbaycanda ilk dəfə Prezidentin 23 iyun 1992-ci il 3 nömrəli fərmanı ilə Antiinhisar Siyasəti və Sahibkarlığa Kömək Komitəsi yaradılıb. Həmin ilin avqustunda Komitənin Əsasnaməsi təsdiq olunub.Həmin ildə Bazar İqtisadiyyatına keçidlə bağlı mühüm əhəmiyyəti olan "Sahibkarlıq fəaliyyəti haqqında" Azərbaycan Respublikasının qanunu qəbul edilib. Prezident "İnhisarçı müəssisələrin və birliklərin məhsullarının qiymətlərinin dövlət tərəfindən tənzimlənməsi haqqında" fərman imzalayıb. 2001-ci ildə milli lider Heydər Əliyevin fərmanı ilə Antiinhisar Siyasəti və Sahibkarlığa Kömək Komitəsi hüquqi şəxs statusunda İqtisadi İnkişaf nazirliyinin tərkibinə daxil edilərək Antiinhisar Siyasəti Departamenti kimi fəaliyyət göstərib. 2001–2006-cı illər ərzində prezidentin fərman və sərəncamları, Nazirlər Kabinetinin qərar və normativ sənədləri ilə Departamentin vəzifə və səlahiyyətləri xeyli dərəcədə genişlənib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə antiinhisar siyasəti, haqsız rəqabətə qarşı mübarizə, istehlakçıların hüquqlarının müdafiəsi və istehlak bazarına nəzarət sistemi yeni inkişaf mərhələsinə qədəm qoyub. 2006-cı il dekabrın 28-də İqtisadi İnkişaf nazirliyi yanında icra hakimiyyəti orqanı statusunda Antiinhisar Dövlət Xidməti yaradılıb və istehlak bazarına nəzarət funksiyaları da Xidmətin səlahiyyətlərinə verilib. Prezident İlham Əliyevin 2009-cu ildə imzaladığı fərmanla Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti yaradılıb. Daha sonra antiinhisar fəaliyyəti, haqsız rəqabət, təbii inhisarlar, reklam, istehlak bazarına nəzarətlə bağlı səlahiyyətlər qurumun tabeliyinə verilib.
Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi (Azərbaycan)

Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti (Azərbaycan)

Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyi Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti