Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Antroponim
Antroponim (antropo… + yun. ονύμα – ad) – müxtəlif şəxs adlarının məcmusunu bildirən termin, insana aid hər hansı bir xüsusi ad. Şəxsin öz adını (Əhməd), atasının adını (Məmməd), soyadını (Həsənli), ləqəb (Kefli İsgəndər), təxəllüs (Abbas Səhhət) və s. əhatə edir. Dialektal, fərdi, ədəbi, poetik, topoantroponim, real, reprezentativ antroponimlərə ayrılır. Azərbaycan dilində antroponimin iki növü var: real və qeyri-adi antroponimlər. Cəmiyyətdə insanları bir-birindən fərqləndirmək məqsədi ilə istifadə olunan hər bir həqiqi ad real antroponimdir. Məs., Mərdan qaşqabaqlı bir sükutla budaqları aralayıb kolların qaranlıq diblərini, mağaraları nəzərdən keçirirdi (İ.Əfəndiyev). Yazılı ədəbiyyat və folklorda müəyyən bədii məqsədlərlə bağlı işlədilən antroponim qeyri-adi bədii antroponim adlanır. Məs., Ramazan nə qədər tələsirdisə, Cinayətov bir o qədər ağır tərpənirdi… (M.Cəlal).
Antroponimika
Antroponimika — onomastikanın antroponimləri öyrənən şöbəsidir. Antroponimik kateqoriyalar 2 formada işlənir: a) əsas adlar; b) köməkçi adlar. Rəsmi qeydiyyata alınan adlar əsas sayılır. Şəxsin adı, atasının adı və soyadı rəsmi şəkildə qeydə alınır. Köməkçi ad kateqoriyasına ləqəb, təxəllüs, titul və fəxri adlar daxildir. Bunlar hər hansı bir şəxsin həyatı və yaradıcılığının müəyyən mərhələsində meydana gəlir və onun ya adına qoşularaq birgə, ya da adını əvəz edərək təklikdə işlənir. == Tarixi == A.Qurbanova görə, Azərbaycan onomastik sisteminin əsas layını təşkil edən antroponimlərin keçdiyi mürəkkəb tarixi inkişaf yolunu aşağıdakı kimi dövrləşdirmək olar: 1. Qədim dövrlərdə Azərbaycan antroponimləri (XII əsrin sonuna qədər); 2. XIII – XVIII əsrlərdə Azərbaycan antroponimləri; 3. XIX əsrdə Azərbaycan antroponimləri; 4. XX əsrdə Azərbaycan antroponimləri. I. Dövrün antroponimik sisteminə təsir edən əsas tarixi hadisə ərəb xilafətinin Azərbaycanda hökmranlığı olmuşdur. Təsadüfi deyil ki, müasir Azərbaycan antroponimlərinin xeyli hissəsini ərəb mənşəli adlar təşkil edir. Bu dövrdə ləqəblər geniş yayılaraq, bir növ, təxəllüs xarakteri daşıyırdı.
Antropoid əməliyyatı
Antropoid əməliyyatı (çex. operace Anthropoid) — Nasist Almaniyasının siyasətçisi və dövlət xadimi, Reyx Təhlükəsizliyinin Baş İdarəsinin rəisi (1939–1942), Bohemiya və Moraviyanın imperiya protektorunun müavini (vəzifəsini icra edən; 1941–1942) SS Oberqruppenfüreri və Polis generalı (1941-ci ildən) Reynhard Heydrixin məhv edilməsi əməliyyatının kod adı. Əməliyyatı Britaniya kəşfiyyat idarəsi "Xüsusi Əməliyyatlar Müdirliyi" və Çexoslovakiyanın Azadlığı üzrə Milli Komitəsi (Mühacir Çexoslovakiya hökuməti) birgə hazırlayıb həyata keçirib. Sui-qəsd 27 may 1942-ci ildə Praqada Çexoslovakiya Müqavimətinin iki üzvü, slovak Yozef Qabçik və çex Yan Kubiş tərəfindən həyata keçirilib. İyunun 4-də Heydrix aldığı yaralardan dünyasını dəyişib. Çexoslovaklar sürgündə olan hökumətə legitimlik verməyə kömək etmək və Heydrixin qəddar hakimiyyətinə son vermək üçün əməliyyatı öz üzərinə götürdülər. Əməliyyat Böyük Britaniya Xüsusi Əməliyyatların Təşkili idarəsinin köməkliyi ilə həyata keçirildi. Əməliyyat İkinci Dünya müharibəsi zamanı yüksək rütbəli nasist liderinin məhvinin hökumət tərəfindən maliyyələşdirməsi təsdiqlənmiş yeganə hadisədir. Heydrixin ölümü kəndlərin dağıdılması və dinc əhalinin kütləvi şəkildə öldürülməsi də daxil olmaqla SS qoşunlarının repressiya dalğasına səbəb oldu. Həm sui-qəsd, həm də onun nəticələri haqqında Çexiya, Slovakiya və İngiltərə kimi müxtəlif ölkələrdə çoxsaylı xatirə abidələri ucaldılıb.