antroponim
antroponimiya
OBASTAN VİKİ
Antroponimika
Antroponimika — onomastikanın antroponimləri öyrənən şöbəsidir. Antroponimik kateqoriyalar 2 formada işlənir: a) əsas adlar; b) köməkçi adlar. Rəsmi qeydiyyata alınan adlar əsas sayılır. Şəxsin adı, atasının adı və soyadı rəsmi şəkildə qeydə alınır. Köməkçi ad kateqoriyasına ləqəb, təxəllüs, titul və fəxri adlar daxildir. Bunlar hər hansı bir şəxsin həyatı və yaradıcılığının müəyyən mərhələsində meydana gəlir və onun ya adına qoşularaq birgə, ya da adını əvəz edərək təklikdə işlənir. == Tarixi == A.Qurbanova görə, Azərbaycan onomastik sisteminin əsas layını təşkil edən antroponimlərin keçdiyi mürəkkəb tarixi inkişaf yolunu aşağıdakı kimi dövrləşdirmək olar: 1. Qədim dövrlərdə Azərbaycan antroponimləri (XII əsrin sonuna qədər); 2. XIII – XVIII əsrlərdə Azərbaycan antroponimləri; 3. XIX əsrdə Azərbaycan antroponimləri; 4. XX əsrdə Azərbaycan antroponimləri. I. Dövrün antroponimik sisteminə təsir edən əsas tarixi hadisə ərəb xilafətinin Azərbaycanda hökmranlığı olmuşdur. Təsadüfi deyil ki, müasir Azərbaycan antroponimlərinin xeyli hissəsini ərəb mənşəli adlar təşkil edir. Bu dövrdə ləqəblər geniş yayılaraq, bir növ, təxəllüs xarakteri daşıyırdı.