Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Aparatla əyirmə
Aparatla əyrimə – müxtəlif uzunluqlu liflərdən və ya lif qalıqlarından böyük xətti sıxlığa malik qalın xovlu yun və qarışıq iplik hazırlamaq üçün aparılan proses. İplik almaq üçün darama aparatında daranmış lif layı aparatın eni boyunca zolaqlara ayrılır, sonra zolaqlar eşilərək sıxlaşdırılır və ilkin iplik əmələ gətirir. Halqalı əyirmə maşınlarında ilkin iplikdən iplik alınır. Yunəyirmə prosesində Aparatla əyirmə mahud əyirməsi də adlanır.
Aviasiya-kosmik aparatlar
Aviasiya-kosmik aparatlar — aviasiya və kosmik aparatların xüsusiyyətlərini özündə cəmləşdirən uçuş aparatları qrupu. == Tarixi == 1950–1960-cı illərdə bir neçə ölkədə aviasiya-kosmik aparatların yaradılması sahəsində tədqiqat və təcrübələrin aparılmasına, həmçinin onların hərbi məqsədlərlə istifadəsinə başlanılmışdır. Məsələn, 1972-ci ildə ABŞ-də şaquli start götürən aviasiya-kosmik aparatlar (çoxdəfəli kosmik nəql, gəmisi) hazırlanırdı. == Xüsusiyyətlər == Aviasiya və kosmik aparatlar Yerətrafı kosmik fəzada orbital uçuş qabiliyyətinə malikdir. Qalxma, orbital manevr və Yer səthinə enərkən manevretmə üçün aviasiya-kosmik aparatlarında aparıcı səth (qanad, yaxud aparıcı gövdə), uçuşun stabilləşdirilməsi və idarə olunması üçün aerodinamik orqanlar, hava reaktiv mühərriki, yaxud kombinə olunmuş reaktiv mühərrik olmalıdır. Kosmik fəzada tam sürətalma və manevretmə üçün aviasiya-kosmik aparatlarda mayeli raket mühərriki, yaxud nüvə-raket mühərriki və s. növ raket mühərriklərindən istifadə edilməlidir. Aviasiya-kosmik aparatlar geosentrik orbitə 2 üsulla çıxarılır: müstəqil (öz güc qurğusu və bortundakı yanacaq ehtiyatı hesabına) və xüsusi sistemin köməyi ilə; müvafiq oalraq hava-kosmik təyyarələrə və orbital təyyarələrə ayrılır. Hava-kosmik təyyarələrdə kombinə olunmuş güc qurğuları istifadə olunmalıdır. Hava reaktiv mühərriki güc qurğusunun yüksək effektivliyini təmin edir və sxemi birpilləli olan hava-kosmik təyyarələr yaratmağa imkan verir.