Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Apparel
Apparel (fr. appareil – giriş) – 1) hərbi texnikanın (tank, top) və nəqliyyat vasitələrinin səngər və sığınacağa girib-çıxmasını asanlaşdıran eniş; 2) dəmiryol vaqonlarına avtomobil, traktor və s. nəqliyyat vasitələrinin yüklənməsini asanlaşdırmaq üçün həmin vaqonların döşəmələri səviyyəsində yerləşən maili platforma; 3) şəxsi heyət və texnikanın sahilə çıxması üçün gəminin burun tərəfində göyərtənin bir hissəsinin aşağı buraxılaraq maili vəziyyətə gətirilməsindən alınan eniş; 4) binaya, tikiliyə daxil olmaq üçün maili tava, çərçivə və ya istiqamətləndirici tamasa şəklində qurğu. Bu qurğuya pandus da deyilir.
Appapel
Appapel adası — Rusiyanın Kamçatka diyarı ərazisində yerləşən ada. Penjin çayının mənsəbindən şərqdə, Oxot dənizinə daxil olan (Şelixov körfəzi) Penjin körfəzinin şərq sahilində, Ornoçka adasından cənubda yerləşir. İnzibati baxımından Kamçatka diyarı Penjin rayonu ərazisinə daxildir. adanın zirvəsində mayak vardır. Bu gəmilərin Penjin körfəzinin şərq hissəsinıə sərbəst daxil olmasını təmin edir. 1967-ci ildə inşa edilmişdir. 9 metr hündürlüyə malik daşdan hörülmüş ağ rəngli tikilidir. Koryaklarda "appapel" qurban verilən qaya, vulkan konusu, burun mənasını verir.