Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Paprəvənd
Papravənd — Azərbaycan Respublikasının Ağdam rayonunun Papravənd kənd inzibati ərazi dairəsində kənd. 1930-cu ilə qədər Papravənd kəndi Yelizavetpol quberniyasının Cavanşir qəzasının tərkibində olub. Kənd 1993-ci il iyunun 26-da Ermənistan Ordusu tərəfindən işğal olunub. Erməni vandalları işğal altına düşmüş Azərbaycan ərazisinin bütün yaşayış məntəqələrində olduğu kimi, Papravənd kəndini də viran qoyaraq xarabalığa çeviriblər. Papravənd kəndi II Qarabağ Müharibəsi nəticəsində 20 noyabr 2020-ci ildə Müzəffər Azərbaycan Ordusu tərəfindən azad edilib. == Tarixi == Papravənd kəndi Azərbaycan Respublikası Ağdam rayonunun inzibati ərazisində kənddir. Rayon mərkəzindən 20 km. şimalda, Ağdam –Ağdərə yolunun üstündə, Gülyataq çayının hər iki sahili boyunca vadidə, Qılınc dağın və Gödək dağın ətəkələrində, eləcə də Qarabağ düzündə yerləşir. Kənd şərqdən Qarapirim kəndi, qərbdən Qalayçılar kəndi, cənubdan Boyəhmədli kəndi, şimaldan isə Ağdərə şəhəri ilə əhatə olunub. Papravənd kəndi 1993-cü ildə işğalçı ermənistan ordusu tərəfindən işğal olunub.
Paprəvənd məscidi
Paprəvənd məscidi — Azərbaycanın Ağdam rayonunun Paprəvənd kəndində yerləşən tarixi-memarlıq abidəsi. == Memarlıq quruluşu == Bütövlükdə yerli əhəng daşı ilə inşa edilmiş məscid üç tağlı eyvandan və bir ibadət zalından ibarətdir. Eyvanın tağları mütənasib qamətli bir cüt daş sütunlara söykənir. Tavanı isə tağbənd şəklində tamamlanır. İbadət zalı kvadrat şəkilli olduğundan tavanı interyer tərəfdən gümbəz şəklində tamamlanmış, bayır tərəfdən isə gümbəz üzərinə yeni örtük materialları əlavə etməklə dam örütüyü iki yamaclı formaya salınmışdır. Bu da təbii suları dərhal yanlara axmasına əlverişli şərait yaratması üçün idi. Bütün tərəflərdən divar qalınlığı 1,15 metr olan məscidin sütunsuz ibadət zalını oxvari şəkilli möhtəşəm gümbəz tamamlayır. Ümumi ölçüləri 9,2m x 12,54m. Olan Paprəvənd məscidi XVII əsrin yadigarıdır. Təəssüf ki, məscid dövrümüzə qədər yarı uçuq vəziyyətdə gəlib çatmışdır.