Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Apus apus
Qara uzunqanad (lat. Apus apus) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin uzunqanadkimilər dəstəsinin uzunqanadlar fəsiləsinin uzunqanad cinsinə aid heyvan növü. Avropada, Asiyada və Afrikada yayılıb. Natamam sinantropdur. Köçəri növdür, ölkəmizdə yazda bala çıxarmaq üçün gəlir və qışı Afrikada keçirmək üçün payızda köçür. Bu quşlar ömrünün böyük əksəriyyətini (ilin 10 ayını) havada keçirirlər. Havada olarkən qidalanır, su içir, yatır və hətta havada cütləşir. Yerdən havalana bilmirlər. Belə olan halda onları yüksək bir yerdən buraxmaq və ya havaya atmaq lazımdır. Yalnız balalamaq üçün yuvalarına "qonurlar".
Amul
Amül, Amul və ya Amol — İran İslam Respublikasının Mazandaran ostanının şəhərlərindən və Amül şəhristanının mərkəzi. 2006-cı ilin siyahıya alınması əsasında bu şəhər 197,470 nəfər və 55,183 ailədən ibarət idi. Əhalisinin əksəriyyəti mazandaranlılardan ibarətdir və Mazandaran dilində danışırlar.
Apus
Uzunqanad (lat. Apus) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin uzunqanadkimilər dəstəsinin uzunqanadlar fəsiləsinə aid heyvan cinsi.
APU
Köməkçi Enerji Blokları (KEB), (İngilis dilində Auxiliary Power Unit, qısacası APU), Köməkçi Enerji Birliyi, Köməkçi Enerji Qurğusu, Köməkçi Enerji Cihazı, Köməkçi Enerji Qovşağı, Köməkçi Enerji Mexanizmi, Köməkçi Enerji Aqreqatı kimi də tərcümə edilə bilər. Ümumiyyətlə təyyarələrdə mövcud olsa da, bəzi böyük quru nəqliyyat vasitələrində də mövcuddur və məqsədi avtomobilin əsas güc mənbələri sıradan çıxdıqdan sonra nəqliyyat vasitəsi üçün lazım olan enerjini təmin etməkdir. == Təyyarələrdə KEB == Bugünkü təyyarələrdə Köməkçi Enerji Blokları, bəzi təyyarələrdə fərqlənə bilsə də, ümumiyyətlə quyruq hissəsində yerləşir. Bir növ kiçik qaz turbin mühərriki olan Köməkçi Enerji Blokları, təyyarənin mühərrikinin işləməsi üçün lazım olan sıxılmış havanın təmin edilməsi üçün istifadə olunurlar. Köməkçi Enerji Bloklarının təyyarələrdə istifadə məqsədləri aşağıdakı kimi göstərilə bilər: Elektrik Təyyarənin motorunu işə salmaq üçün lazım olan ilk elektrik enerjisini təmin etmək. Uçuş zamanı təyyarəyə elektrik enerjisi verən mühərriklərə qoşulmuş elektrik generatorlarının sıradan çıxması halında təyyarə üçün tələb olunan maksimum elektrik enerjisinin verilməsi.Hava Reaktiv mühərriklərin işləməsi, daha doğrusu ilk hərəkəti əldə etməsi üçün sıxılmış hava axınına ehtiyacı vardır. Köməkçi Enerji Blokları bu sıxılmış havanı yaradır və təyyarə mühərrikinin işləməsini təmin edirlər. Köməkçi Enerji Blokları olmadığı və ya qüsurlu olduğu hallarda, reaktiv mühərriki işə salmaq üçün mütləq lazımi sıxılmış havanı təmin edəcək başqa bir vasitə əldə edilir və mühərrik bu vasitə ilə işə salınır. == Zirehli maşınlarda KEB == Bəzi inkişaf etdirilmiş və böyük model tanklarda bu növ ehtiyat enerjini təmin etmək üçün kiçik bir dizel mühərriki vardır. == Qatarlarda KEB == Bu gün KEB sistemi bəzi dizel mühərrikli lokomotivlərdə də istifadə olunur.
Pul
Pul — müasir dövrdə hamının maddi, sosial və mədəni maraqlarını əhatə edən məhsuldur. Pul vasitəsilə insanlar, xalqlar, ölkələr arasında iqtisadi və mədəni münasibətlər həyata keçirilir. Pul vasitəsilə həyata keçirilən mübadiləyə əmtəə tədavülü deyilir. Qızıl tədavülü Birinci dünya müharibəsinədək mövcud olmuşdur. Həqiqi pulların əvəzediciləri aşağıdakılar daxildir: Metal dəyər nişanələri, sürtülmüş qızıl sikkə, bilon sikkə, yəni ucuz metaldan hazırlanmış xırda sikkələr; Kağız dəyər nişanələri (əsginaslar), bir qayda olaraq kağızdan hazırlanmışdır. Burada kağız və kredit pullar fərqləndirilir.Pullar iki formada ola bilər: nağd nağdsız == Tarixi == Tarixi mənbələr göstərir ki, pul insan cəmiyyətinin yaranması ilə bir vaxtda meydana gəlməyib. Milyon ildən artıq tarixi olan bəşər cəmiyyətində pul təxminən 6–8 min ildir ki, fəaliyyətə başlayıb. Bunu da xatırlamaq lazımdır ki, pulu da, məhsulların çevrilib əmtəə olmasını da heç kim ixtira etməyib. O, əmtəə mübadiləsinin tarixi inkişaf prosesində təbii və qanunauyğun hadisə kimi, bir iqtisadi vasitə kimi meydana çıxmışdır. İbtidai icma quruluşunun son mərhələlərində, onun tədricən dağıldığı dövrdə ayrı-ayrı icmalar, tayfalar arasında məhsulun məhsula dəyişdirilməsi, yəni mübadilə edilməsi baş vermişdir.
Aaron Paul
Aaron Pol (27 avqust 1979, Emmett[d], Aydaho) — amerikalı aktyor və prodüser. "Breaking Bad" serialında canlandırdığı Cessi Pinkman personajı ilə tanınır. Bu ifasına görə üç dəfə, 2010, 2012 və 2014-cü illərdə "Praymtaym Emmi" mükafatına layiq görülüb. Paul, karyerasına Soldakı son ev və Təhlükəli tapşırıq III kimi filmlərdə əsas rolların heç birində oynamadan əvvəlcə musiqi videoları və filmlərdə bəzi qonaq rolları ilə başlamışdır. 2007-ci ildə HBO istehsalı serial olan Great Love (Böyük məhəbbət) serialında Scott Quitmann rolunu oynamışdır. 2014-cü ildən bəri Todd Çavezin səsləndirdiyi Netflixin BoJack Horseman cizgi serialının icraçı prodüseridir. 2016-cı ildə Hugh Dancy ilə baş rolunu paylaşdığı "The Path" ("Yol") serialı hələ də yayımlanır. Black Mirror (Mövsüm 4, Epizod 1 USS Callister) serialında qonaq aktyor kimi Gamer691-i oynamışdır.
Amul şəhristanı
Amul şəhristanı- İranın Mazandaran ostanının şəhristanlarından biridir. Şəhristanın inzibati mərkəzi Amül şəhəridir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhristanın əhalisi 343,747 nəfər və 93,194 ailədən ibarət idi.
Apus acuticauda
Apus acuticauda (lat. Apus acuticauda) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin uzunqanadkimilər dəstəsinin uzunqanadlar fəsiləsinin uzunqanad cinsinə aid heyvan növü.
Apus aequatorialis
Apus affinis
Kiçik uzunqanad (lat. Apus affinis) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin uzunqanadkimilər dəstəsinin uzunqanadlar fəsiləsinin uzunqanad cinsinə aid heyvan növü. Afrika və Asiyada yaşayır. Ömrünün uzun hissəsini həşəratlarla qidalanaraq, uçmaqla keçirir. Yuvalarını binaların açıq yerlərində, yaxud qayalıqlarda qurur. Bir dəfəyə 1—4 yumurta yumurtlayır. Çoxalmaq üçün eyni yerə ildə bir dəfə qayıdır və zəruri hallarda yuvasını bərpa edir. Hindistanda bu quşun yuvasında Cimex hemipterus növlü parazit tapılıb.
Apus alexandri
Apus alexandri (lat. Apus alexandri) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin uzunqanadkimilər dəstəsinin uzunqanadlar fəsiləsinin uzunqanad cinsinə aid heyvan növü.
Apus balstoni
Apus balstoni (lat. Apus balstoni) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin uzunqanadkimilər dəstəsinin uzunqanadlar fəsiləsinin uzunqanad cinsinə aid heyvan növü.
Apus barbatus
Apus barbatus (lat. Apus barbatus) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin uzunqanadkimilər dəstəsinin uzunqanadlar fəsiləsinin uzunqanad cinsinə aid heyvan növü.
Apus batesi
Apus batesi (lat. Apus batesi) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin uzunqanadkimilər dəstəsinin uzunqanadlar fəsiləsinin uzunqanad cinsinə aid heyvan növü.
Apus berliozi
Apus berliozi (lat. Apus berliozi) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin uzunqanadkimilər dəstəsinin uzunqanadlar fəsiləsinin uzunqanad cinsinə aid heyvan növü.
Apus bradfieldi
Apus bradfieldi (lat. Apus bradfieldi) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin uzunqanadkimilər dəstəsinin uzunqanadlar fəsiləsinin uzunqanad cinsinə aid heyvan növü.
Apus caffer
Apus caffer (lat. Apus caffer) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin uzunqanadkimilər dəstəsinin uzunqanadlar fəsiləsinin uzunqanad cinsinə aid heyvan növü.
Apus horus
Apus horus (lat. Apus horus) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin uzunqanadkimilər dəstəsinin uzunqanadlar fəsiləsinin uzunqanad cinsinə aid heyvan növü.
Apus melba
Apus niansae
Apus niansae (lat. Apus niansae) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin uzunqanadkimilər dəstəsinin uzunqanadlar fəsiləsinin uzunqanad cinsinə aid heyvan növü.
Apus pacificus
Apus pacificus (lat. Apus pacificus) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin uzunqanadkimilər dəstəsinin uzunqanadlar fəsiləsinin uzunqanad cinsinə aid heyvan növü.
Apus pallidus
Apus pallidus (lat. Apus pallidus) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin uzunqanadkimilər dəstəsinin uzunqanadlar fəsiləsinin uzunqanad cinsinə aid heyvan növü.
Aqul dili
Ağul dili — Qafqaz dillərindən biridir. Dağıstanın Kurax və Ağul bölgələrində yayılmışdı. Təqribən 14 minə qədər adam bu dildə danışır. Genetik cəhətdən tabasaran dilinə yaxındır. 4 dialekti vardır: tipig, keren, burkihan və koşan. Yazısı rus qrafikası əsasında hazırlanmışdır.
Ağul dili
Ağul dili — Qafqaz dillərindən biridir. Dağıstanın Kurax və Ağul bölgələrində yayılmışdı. Təqribən 14 minə qədər adam bu dildə danışır. Genetik cəhətdən tabasaran dilinə yaxındır. 4 dialekti vardır: tipig, keren, burkihan və koşan. Yazısı rus qrafikası əsasında hazırlanmışdır.
Ağul rayonu
Ağul rayonu – Rusiya Federativ Respublikasının subyekti olan Dağıstan Respublikasının rayonlarından biri . == Coğrafiyası == Rayonun sahəsi 812 km² , inzibati mərkəzi Tpiq kəndidir . == Əhalisi == 2002-ci ildə aparılmış rəsmi siyahıya almaya əsasən rayonun bütün yaşayış məntəqələrində 23,314 nəfər əhali yaşayırdı . 2010-da isə 11,290 nəfərdir. Rayonun ərazisinə 18 yaşayış məntəqəsi var və onların hamısı kənd tipli yaşayış məntələridir . Rayonun əhalisinə görə (2002-ci il siyahıya almasına əsasən) ən iri yaşayış məntəqəsi Tpiq (2.637 nəfər) kəndidir .1989 – cu ildə aparılmış siyahıya almaya əsasən rayon əhalisininin 92%-ni ağullar təşkil edir .