Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Aqronomiya
Aqronomiya — bitkilərin yetişdirilməsi, ərzaq, yanacaq, lif və meliorasiya üçün istifadə edilməsini nəzərdə tutan texnologiyalar haqqında elmdir. Aqronomiya bitkilərin genetikası, fiziologiyası, meteorologiya və torpaqşünaslıq sahəsində fəaliyyəti əhatə edir. Bu sahə həmçinin biologiya, kimya, ekologiya, Yer haqqında elmin və genetikanın real və praktiki tətbiqidir. Aqronomiya insan və canlılar üçün sağlam qida yetişdirilməsi istiqamətində praktiki fəaliyyət göstərir, ətraf mühitə ziyansız təsir edir, həmçinin bitkilərdən enerji alınması məsələlərini həll edir. == Həmçinin bax == Aqrar-sənaye kompleksi Kənd təsərrüfatı == Ədəbiyyat == The Future World of Agriculture by Wendy B. Murphy, Watts, 1984. Storia delle scienze agrarie by Antonio Saltini, 4 vols, Bologna 1984-89, ISBN 88-206-2412-5, ISBN 88-206-2413-3, ISBN 88-206-2414-1, ISBN 88-206-2414-X == Mənbə == The American Society of Agronomy (ASA) Crop Science Society of America (CSSA) Soil Science Society of America (SSSA) European Society for Agronomy Arxivləşdirilib 2011-04-14 at the Wayback Machine The National Agricultural Library (NAL) – Comprehensive agricultural library.
Astronomiya
Astronómiya — hərfi mənada göy cisimləri, ulduzlar, geniş mənada isə Kainat obyektləri və bütövlükdə Kainat haqqında elmdir. Yer, Ay, başqa böyük planetlər və onların peykləri, kometlər, kiçik planetlər, meteorlar və meteroitlər, planetlərarası kosmik fəza, Günəş, ulduzlar və onların sistemləri, qalaktikalar, ulduzlararası və qalaktikalararası mühit, müxtəlif relyativist obyektlər "Kainat obyektləri" adlanır. Bu obyektlərin bütöv çoxluğu isə Kainatdır.Başqa sözlə desək Astronomiya- Səma cisimlərini (Qalaktikalar, ulduzlar, planetlər, kometlər), onların sistemlərinin hərəkəti, quruluşu, mənşəyi və inkişafını öyrənən elmdir. Astronomiya qədim tarixə malikdir. Astronomiyaya aid ilk elementar məlumatlar, minlərcə il bundan əvvəl Babildə, Misir və Çində məlum idi. Qədim zamanlarda astronomiya bir sıra elmlərin məcmusuna deyilirdi. Bunların içində naviqasiya, meteorologiya və hətta astrologiya da vardı. Müasir elmdə astronomiya dedikdə əsas olaraq astrofizika başa düşülür. Astronomiya iki yerə bölünür; nəzəri və vizual astronomiya. Astronomiya elminin tədqiqat obyekti Kainat və onun elementlərinin mənşəyi, tərkibi, xassəsi, təkamülü və inkişaf qanunauyğunluqlarıdır.
Avtonomiya
Muxtariyyət — dövlətin müəyyən bir hissəsinə müstəqilliyin hər hansı formasının verilməsi. Muxtariyyət bütün ərazilərə deyil, unitar dövlətin yalnız coğrafi vəziyyəti və milli tərkibinə görə fərqlənən bir hissəsinə verilir. Muxtariyyətin iki növü vardır: 1. Korporativ muxtariyyət — adətən linqvistik icmanın mövcudluğu ilə əlaqələndirilir ki, bunun üçün də bir qayda olaraq dövlət aparatında müəyyən yerlər ehtiyyatda saxlanılır. Digər etnik qrupların həmin rayonda işləyən dövlət qulluqçuları isə həmin azlığın dilini, məişətini və adət-ənənələrini bilməlidir. Bundan başqa, məhkəmə prosesi, məktəblərdə tədris yerli dildə aparıla bilər. Muxtariyyətin belə forması Hindistanda geniş tətbiq olunur. 2. Ərazi muxtariyyəti — adətən milli-ərazi və geosiyasi səciyyə daşıyır. Etnik əlamətə deyil, konkret ərazidə yaşayan əhalinin adət-ənənələrinə və mədəni xüsusiyyətlərinə əsaslanan muxtariyyətdir.
Arabaçı (astronomiya)
Arabaçı bürcü (Latınca:Auriga) - Göyün şimal yarımkürəsindədir. Azərbaycanda il boyu görünür. Bu Ptolemeyin 48 bürclərindən biridir və 88 müasir bürclərdən biri kimi Beynəlxalq Astronomiya İttifaqı tərəfindən qəbul edilib.
Astronomiya tarixi
Astronomiya tarixi (ing. History of astronomy) == N. Tusiyə qədərki dövr == Tarixi araşdırmalardan aydın olur ki, Qədim Yunanıstan, Çin, Hindistan, Misir və başqa ölkələrin alimlərinin Kainatın quruluşu haqqında elmi əsasları olan fikirləri formalaşmış və astronomiyaya aid olan bir sıra kitablar tərtib olunmuşdur. Həmin dövrün məşhur alimlərindən Hipparx, Ptolomey, Aristotel və başqalarının xidmətlərini qeyd etmək lazımdır. Göy sferi-nin ilk qlobusunu b.e.ə. II-ci əsrdə yaşamış Hipparx hazırlamışdır. Deyilənlərə əsasən aydın olur ki, ilk dəfə Hipparx ulduzları öz parlaqlığına görə ayırmış və Armilar dairəsi adlanan müşahidə cihazını kəşf etmişdir. Aristotel Kainatın quruluşu haqqında öz dövrünə görə yeni bir sistem yaratmışdır. Ptolomey isə Planetlərin Geosentrik sisteminin (mərkəzdə Yer olmaqla) yaradıcısı olmuşdur. Onun əsas elmi işi "Almagest" və ya "Məcəsti" adlanan astronomik əsərdir. Bu kitabın adının belə bir şəklə düşməsi əsrlər boyu ondan istfadə olunması ilə əlaqədardır.
Astronomiya təqvimləri
Uzun zaman fasilələrinin hesablanma və saxlanma sistemlərinə təqvim deyilir. Təqvimlər insan cəmiyyətinin həyati tələbləri ilə əlaqədar olaraq yaranmış, inkişaf etmiş və təkmilləşmişdir. == Təqvimlərin tarixi == Təqvimlərin tarixi çox qədimdir. Hələ beş min il bundan əvvəl Misirdə vaxtın tələblərinə cavab verə bilən ilk təqvim olmuşdur. Sonralar müxtəlif təqvim sistemləri tərtib olunmuş və onlar uzun illər ərzində dəqiqləşdirilmiş və mükəmməlləşdirilmişdir. Təqvim, 13,8 milyard il yaşı olan kainatın elm təhsildə pedaqoji məqsədlər və ya məşhur elm üçün xronologiyasını tərtib etmək məqsədilə istifadə olunan bir metoddur , Konsepsiya Carl Sagan tərəfindən özünün "Eden Əjdahaları" (1977) kitabında və "Cosmos" televiziya seriyası vasitəsilə populyarlaşdırılmışdır. Sagan, müqayisəli səth sahəsini genişləndirməyə davam edir və "Kosmik təqvim bir futbol meydanının ölçüsünə qədər ölçülürsə, insanlıq əlinin ölçüsünün bütün sahəsini əhatə edəcəkdir". == Kosmik il. == Kosmik Təqvim göstərir ki, kainat və Yer üzündəki bütün hadisələrin əlaqəsinin vaxt ölçüsü 12 aylıq, 365 günlük bir müddət boyunca planlaşdırılır.
Buğa (astronomiya)
Buğa lat. Taurus — Zodiak bürclərindən biri. Şimal Yarımkürəsinin bürclərindən olub qışda görünür. Ən parlaq ulduzu Əldebarandır. Qərb tərəfdən Qoç, şərq tərəfdən Əkizlər, şimaldan Persey və Arabaçı, cənub şərqdən Orion, cənub qərbdən Balina və Eridan ilə qonşudur.
Dolça (astronomiya)
Dolça (lat. Aquarius) — Zodiak qurşağında olan bürclərdən biri. Bu bürc haqqında ən qədim məlumatlar Babil Krallığı zamanındakı daş barelyeflərdə görünür. Ən parlaq ulduzu Sədalməlik adlanır. İkinci ən parlaq ulduzu Sadalsuuddur. Knidli Evdoksun, Aratoslu Solinin, Ptolomeyin antik ulduz kataloqlarına daxil edilmişdir. Messye (Messier) nömrələri M2, M72 və M73 olan ulduz topaları bu bürcə daxildir.
Dövr (astronomiya)
Dövr — Astronomiyada Günəş dövriliyi nəzərdə tutulur və günəş fəallığının dəyişiklikləri nəticəsində müşahidə olunur. Ən yaxşı öyrənilmiş və daha çox tanınmış 11 illik Günəş dövrləridir. Günəş fəallığının dəyişikliklərinin əsas səbəbkarları Günəşin səthində görünən ləkələr hesab olunur. Günəşin səthində görünən ləkələrin sahəsi dəyişdikçə Günəşin fəallığıda dəyişir. Bu proses dövri xarakter daşıyır. Alimlər 11 iilik, 22 illik, əsrlik, 2 əsirlik, minillik, 2300 illik və s. Günəş dövrlərini müşahidə edirlər.
Flare (astronomiya)
Flare, Günəş partlayışı və ya Günəş alovu günəşin qaz sferasında (atmosferində) baş verən şiddətli partlayışlara verilən addır. Bu partlayışlar milyardlarla meqaton gücündədir və ümumilikdə saatda 1.000.000 km/saat sürətlə hərəkət edirlər. 6 × 1025 partlayış nəticəsində jouleyə qədər enerjini çölə çıxara bilər. Günəş partlayışına görə normal dalğa uzunluğundan kiçik radiasiya hissəcikləri Yer atmosferinə daxil olur. Bu püskürmələr nəticəsində yer üzündəki rabitə və enerji şəbəkələri mənfi istiqamətdə təsirlənə bilər. Günəş partlayışı günəş atmosferinin bütün təbəqələrinə (fotosfer, tac və xromosfer) təsir edir, plazmanı onlarla milyon kelvinə çatdırır və elektronları, protonları və daha ağır ionları az qala işıq sürətində kosmosa atır. Bundan əlavə, bütün elektromaqnit spektrinə yayılmış radiasiya istehsal edilir. Günəş partlayışlarının əksəriyyəti güclü maqnit sahələrinin fotosferə daxil olduğu Günəş ləkələri kimi aktiv zonalarda baş verir. Maqnit birləşmələri sayəsində günəş partlayışları meydana gəlir. İlk partlayış isə 1859-cu ildə müşahidə edilmişdir.
Həvəskar astronomiya
Həvəskar astronom — hər kəsin məşğul ola biləcəyi səma müşahidələrinə, araşdırmalara və əldə edilən məlumatlara verilən astronomiya elminin alt sahəsidir. Astronomiya ilə həvəskar olaraq məşğul olan şəxslərə "həvəskar astronom" deyilir. Həvəskar astronomlar, yalnız bir durbinlə ya da başqa teleskoplarla səma müşahidəsi edə bilərlər. Həvəskar astronomiyada müşahidə etmək, göy hadisələrini anlamaq və kosmologiya qədər uzanan geniş bir elm sahəsində araşdırma etmək vacibdir. İstifadə edilən müşahidə vasitəsinin növünə görə müşahidə sahəsi artar. Həmçinin həvəskar kosmonavtika proqramları da var. Bunlar; Hallo northern sky, Carte du ciel, "Alpha Centauri" kimi planetaryum proqramları və yalnız hesablarla ya da gələn siqnalları araşdıran radioteleskoblu proqramlarıdır.
Meyl (astronomiya)
Meyl (δ) — astronomiyada ekvatorial koordinat sisteminin iki koordinatından biri.
Nəzəri astronomiya
Nəzəri astronomiya — astronomik obyektləri və astronomik hadisələri təsvir etmək üçün fizika və kimyanın analitik modellərini istifadə etməkdir. Ptolemaiosun Almagest nəzəri astronomiya üzərinə mükəmməl bir məqalə ilə birlikdə hesablama üçün praktik bir əl kitabı olsa da, yenə də uyuşmayan müşahidələri uzlaşdırmaq üçün bir çox güzəşt verməyi ehtiva edir. Nəzəri astronomiya ümumiyyətlə Johannes Kepler (1571–1630) və Keplərin qanunları ilə başlamış olaraq qəbul edilir. Müşahidə ilə bərabərdir. Astronomiyanın ümumi tarixi XVI əsrin sonundan XIX əsrin sonuna qədər Günəş Sisteminin identifikator və nəzəri astronomisinin tarixiylə əlaqədardır. Müasir astronomiya tarixindəki əsərlər arasında ümumi tarixlər, milli və təşkilati tarixlər, cihazları, identifikator astronomiya, nəzəri astronomiya, konumsal astronomiya və astrofizika yer alır. Göy elm, ulduzlar və qalaktik formalaşması və səma mexanikası modellemek üçün hesablama texnikalarını mənimsəmək üçün erkəndən başlamışdı. Nəzəri astronomiya baxımından, riyazi ifadə məqbul dərəcədə doğru olmalıdır, ancaq spesifik problemlərdə istifadə edildiyində, daha irəli riyazi analizə tabe tutula bilən bir formada olmalıdır. Bilinən gərçək, nəzəri astronomiya, göylərdə olan hər ulduzun yerini, ölçüsünü və istiliyini təxmin edə bilməz (və deyilməz). Nəzəri astronomiya, göy cisimlərinin görünüşcə kompleks, lakin vaxtaşırı hərəkətlərini analiz edərək cəmlənmişdir.
Oğlaq (astronomiya)
Oğlaq (latınca, Capricornus) Göyün cənub yarımkürəsində zodiak bürcü. Ən parlaq ulduzu 2.8 vizual ulduz ölçülüdür. Qədim Yunanıstanda bürcləri adlandıranda qış günəşduruşu nöqtəsi Oğlaqda olduğundan Cənub Tropiki Oğlaq Tropiki adlanır.
Rentgen astronomiya
Rentgen astronomiyası — astronomiyanın rentgen şüalarının müşahidəsi və göy cisimləridən gələn rentgen şüallarının aşkarlanması ilə məşğul olan müşahidə bölməsidir. Rentgen şüaları Yer atmosferi tərəfindən absorbsiya edilildiyindən, rentgen şüalarının aşkarlanması üçün müşahidələr balonların, meteoroloji raketlərin və peyklərin vasitəsilə yüksək hündürlüklərdə aparılmalıdır. Rentgen astronomiyası kosmik elm olub, standart işıq-udulma teleskoplarından rentgen şüaları vasitəsilə daha uzağa nüfuz edə bilən kosmik teleskopla, məsələn Mauna Kea Rəsədxanaları kimi teleskoplarla bağlıdır. Rentgen emissiyası təxminən bir milyon kelvindən (K) yüz milyonlarla kelvin (MK) qədər istiliyə malik qaynar göy cisimlərindən gözləniləndir. Rentgen şüaları Günəşdə 1940-cı illərdə aşkar edilməsinə baxmayaraq, 1962-ci ildə ilk kosmik rentgen şüalana mənbəyinin kəşfi surpiriz oldu. Bu mənbəyə Əqrəb bürcündə tapılan ilk rentgen şüalanma mənbəyi olduğundan Əqrəb X-1 (Scorpius X-1 və yaSco X-1) adı verilmişdir. Əqrəb X-1-in rentgen emissiyası vizual emissiyadan 10.000 dəfə çoxdur, Günəşinkindən isə təxminən milyon dəfə azdır. Bundan başqa, rentgen şüalarında enerji çıxışı bütün dalğa uzunluğunda Günəşin ümumi emissiyasından 100.000 dəfə çoxdur. Rentgen astronomiyasının Əqrəb X-1 ilə başlayan bu yeni sahədəki kəşflərinə əsaslanaraq Rikkardo Cakkoni 2002-ci ildə Fizika üzrə Nobel mükafatı almışdır. Artıq məlumdur ki rentgen mənbələri Əqrəb X-1 kimi kompakt, neytron ulduzları və ya qara dəliklərdir.
Teorik astronomiya
Nəzəri astronomiya — astronomik obyektləri və astronomik hadisələri təsvir etmək üçün fizika və kimyanın analitik modellərini istifadə etməkdir. Ptolemaiosun Almagest nəzəri astronomiya üzərinə mükəmməl bir məqalə ilə birlikdə hesablama üçün praktik bir əl kitabı olsa da, yenə də uyuşmayan müşahidələri uzlaşdırmaq üçün bir çox güzəşt verməyi ehtiva edir. Nəzəri astronomiya ümumiyyətlə Johannes Kepler (1571–1630) və Keplərin qanunları ilə başlamış olaraq qəbul edilir. Müşahidə ilə bərabərdir. Astronomiyanın ümumi tarixi XVI əsrin sonundan XIX əsrin sonuna qədər Günəş Sisteminin identifikator və nəzəri astronomisinin tarixiylə əlaqədardır. Müasir astronomiya tarixindəki əsərlər arasında ümumi tarixlər, milli və təşkilati tarixlər, cihazları, identifikator astronomiya, nəzəri astronomiya, konumsal astronomiya və astrofizika yer alır. Göy elm, ulduzlar və qalaktik formalaşması və səma mexanikası modellemek üçün hesablama texnikalarını mənimsəmək üçün erkəndən başlamışdı. Nəzəri astronomiya baxımından, riyazi ifadə məqbul dərəcədə doğru olmalıdır, ancaq spesifik problemlərdə istifadə edildiyində, daha irəli riyazi analizə tabe tutula bilən bir formada olmalıdır. Bilinən gərçək, nəzəri astronomiya, göylərdə olan hər ulduzun yerini, ölçüsünü və istiliyini təxmin edə bilməz (və deyilməz). Nəzəri astronomiya, göy cisimlərinin görünüşcə kompleks, lakin vaxtaşırı hərəkətlərini analiz edərək cəmlənmişdir.
Tutulma (astronomiya)
Tutulma — Yerdəki müşahidəçiyə nəzərən bir Göy cisminin digərinin qarşısından keçməsi hadisəsi. Məsələn, Ay Günəşin qarşısından keçəndə Günəş tutulması, Yer Ayın qarşısından keçdikdə Ay tutulması, qoşa ulduz sistemində bir ulduz digərinin qarşısından keçdikdə ulduz tutulması baş verir.
Tərəzi (astronomiya)
Tərəzi bürcü — səmada 534 kvadrat dərəcəlik sahəni tutur. Onun tərkibinə adi gözlə görünən 50 ulduz daxildir. "Tərəzi"də parlaq ulduz yoxdur, amma onu himayə edən Venera ("Dan ulduzu") Ay və Günəşdən sonra Yerdən görünən ən parlaq planetdir. Qədim romalılar tərəfindən məhəbbət, gözəllik və izdivac ilahəsi Veneranın şərəfinə adlandırılan bu planet təkcə "Tərəzi"ni deyil, həmçinin Buğa bürcünü də idarə edir. Onun radiusu 6050 km, elementi hava, tərkibi istilik, xarakteri isə hakimiyyətlilikdir. Göydə dördbucaqlı şəklində düzülmüş ən parlaq ulduzlardandır: α Tərəzi, Zuben Əl-Cənubi, Parıltılıq dərəcəsi: 5,15m, 2,75m β Tərəzi, Zuben Əl-Şimali; γ Tərəzi, Zuben Əl-Əqrəb; δ Tərəzi — dəyişkən ulduz. Parıltılıq dərəcəsi 4,8m — 6,0m; σ Tərəzi — dəyişkən ulduz.. α və β tərəzinin birləşdirici xəttini, а γ и σ — tərəzi qapanlarını təşkil edir.
Xərçəng (astronomiya)
Xərçəng (lat. Cancer) — ən az nəzərə çarpan zodiak bürcü. Xərçəng bürcünü yalnız aydın gecədə Şir və Əkizlər bürcləri arasında görmək olar.
Əkizlər (astronomiya)
Əkizlər (lat. Gemini) — Zodiak Qurşağında yerləşir. Ən parlaq ulduzları Kastor və Polluksdur. Qədim adları ilə bilinən Əlmeysan və Məbsutə adlı ulduzlar da bu bürcə daxildir.
Fotometriya (astronomiya)
Fotometriya (astronomiya) — astronomiyanın göy cisimlərinin elektromaqnit şüalanmasının axınlarının və intensivliyinin ölçülməsi, habelə bunun üçün üsul və üsulların işlənib hazırlanması ilə məşğul olan bölməsi. Yalnız radiasiya miqdarının deyil, həm də dalğa uzunluqları üzrə paylanmasının ölçüldüyü halda, spektroskopiya termini istifadə olunur. == Metodologiya == Fotometriyanı yerinə yetirmək üçün istifadə olunan üsullar ölçmələrin aparıldığı dalğa uzunluğu diapazonundan asılıdır. Ən sadə variantda fotometriya teleskopda radiasiya toplayaraq həyata keçirilir. Bundan əlavə, işığa həssas alətlərdən istifadə edərək işıq enerjisinin sonradan tutulması və qeyd edilməsi ilə xüsusi optik filtrlər vasitəsilə qəbul edilmiş elektromaqnit şüalanmanı ötürmək mümkündür. Ölçmə sisteminin konsepsiyasına bir sıra lentlər daxildir. Tarixən spektrin yaxın infraqırmızı və uzun dalğalı ultrabənövşəyi bölgələrində fotometriya eyni obyektdən gələn işığın intensivliyini onun şüasını fotohəssas elementə yönəltməklə ölçmək üçün nəzərdə tutulmuş fotoelektrik cihaz olan fotometrdən istifadə etməklə həyata keçirilirdi. Sonradan bu fotometrlər əsasən eyni vaxtda bir neçə obyektin şəklini çəkə bilən CCD kameralarına əsaslanan cihazlarla əvəz olundu. Bununla belə, fotoelektrik fotometrlər hələ də bəzi tətbiqlərdə, məsələn, yüksək qətnamə tələb olunmadığı hallarda istifadə olunur. 1896–1898-ci illərdə Şvarşilzd Vyanadakı Kufner Rəsədxanasındaassistent kimi çalışdı, burada astronomik fotometriya üçün ekspozisiya müddətini təyin etmək üçün bir düstur işləyib hazırladı və fotoqrafiyada qeyri-mütənasiblik fenomenini kəşf etdi.
Qarşıdurma (astronomiya)
Qarşıdurma — iki səma cisminin verilən mövqedən (adətən Yerdən) əks tərəflərdə olmasıdır. Planetin (asteroidin və ya kometin də ola bilər) qarşıdurması Günəşin əks tərəfində olanda baş verir.
Astronomiya İnstitutu (NKU)
Astronomiya İnstitutu, NCU — 1 oktyabr 2019-cu il tarixindən əvvəl elmi nəşrlərdə Toruń Astronomiya Mərkəzi kimi tanınan Torundakı Nikolay Kopernik Universitetinin, Polşanın Torun şəhərindən təxminən 15 km şimalda, Pivnise şəhərində (53°5′42.9″N 18°33′45.9″E) yerləşən optik və radio rəsədxanasıdır. Burada diametri 32 metr və 15 metr olan iki tək qablı antennalı teleskop, həmçinin ən böyük Polşa optik teleskopu var. Obyekt Nikolay Kopernik Universiteti tərəfindən idarə olunur. Həmçinin, 60 sm Kaseqarian teleskopu ilə fotometriya aparılır və 1958-ci ildən bəri 23 m interferometrdən istifadə etməklə Günəşin 127 MHz tezliyində radioölçmələri gündəlik olaraq qeydə alınır. == Radio astronomiya == 1981-ci ildən bəri rəsədxana VLBI proqramında iştirak edən ümumdünya radioteleskoplar şəbəkəsinin bir hissəsidir. 32 m teleskop Zeqmunt Bujovski tərəfindən Cerri Usovik tərəfindən yaradılmış ilkin həndəsi parametrlər əsasında hazırlanmış 620 tonluq konstruksiyadır. O, VLBI təcrübələrində, həmçinin spektroskopik, axın, qütbləşmə ölçmələrində və pulsar müşahidələrində istifadə olunur. Hal-hazırda 1.4–1.8 GHz, 5 GHz, 6.5 GHz, 10.8 GHz və 30 GHz tezlikləri üçün qəbuledicilər istifadə olunur. 15 m-lik teleskop Nikolay Kopernik Universitetinin tələbələrinə təlim keçmək üçün istifadə olunur. Rəsədxananın VLBI stansiyası kimi rolu mərkəzi/şərqi Avropada unikaldır.
Beynəlxalq Astronomiya İttifaqı
Beynəlxalq Astronomiya İttifaqı (BAİ, IAU) — dünyanın astronomik təşkilatlarını birləşdirən beynəlxalq birlik. 1919-cu ilin iyulunda Brüsseldə yaranlıb (Belçika). == Tərkibi və təşkilati strukturu == İAU üzv dövlətləri (milli akademiyalar və ya hansısa müvafiq dövlət təşkilatı ilə) və peşəkar astronomik təşkilatları birləşdirir. 7 dekabr 2012-ci ilə ittifaq 73 dövləti və 10886 fərdi təşkilatı birləşdirir.
Tərəzi bürcü (astronomiya)
Tərəzi bürcü — səmada 534 kvadrat dərəcəlik sahəni tutur. Onun tərkibinə adi gözlə görünən 50 ulduz daxildir. "Tərəzi"də parlaq ulduz yoxdur, amma onu himayə edən Venera ("Dan ulduzu") Ay və Günəşdən sonra Yerdən görünən ən parlaq planetdir. Qədim romalılar tərəfindən məhəbbət, gözəllik və izdivac ilahəsi Veneranın şərəfinə adlandırılan bu planet təkcə "Tərəzi"ni deyil, həmçinin Buğa bürcünü də idarə edir. Onun radiusu 6050 km, elementi hava, tərkibi istilik, xarakteri isə hakimiyyətlilikdir. Göydə dördbucaqlı şəklində düzülmüş ən parlaq ulduzlardandır: α Tərəzi, Zuben Əl-Cənubi, Parıltılıq dərəcəsi: 5,15m, 2,75m β Tərəzi, Zuben Əl-Şimali; γ Tərəzi, Zuben Əl-Əqrəb; δ Tərəzi — dəyişkən ulduz. Parıltılıq dərəcəsi 4,8m — 6,0m; σ Tərəzi — dəyişkən ulduz.. α və β tərəzinin birləşdirici xəttini, а γ и σ — tərəzi qapanlarını təşkil edir.