Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Barri Şarpless
Barri Şarpless (28 aprel 1941, Filadelfiya, Pensilvaniya[…]) — amerikalı kimyaçı, kimya üzrə iki dəfə Nobel mükafatı laureatı: 2001-ci il üçün (½ mükafat) Ryoci Noyori və Uilyam Noulz ilə birlikdə "Əczaçılıq sənayesində istifadə edilən tədqiqatlar üçün — redoks reaksiyaları üçün xiral katalizatorların yaradılması"; 2022-ci il üçün (mükafatın 1/3) Caroline Bertozzi və Morten Möldahl ilə birlikdə "Klik kimyası və bioortoqonal kimyanın inkişafı üzrə işlərə görə". B. Şarpless tarixdə Frederik Sangerdən (1958 və 1980 il) sonra kimya üzrə iki Nobel mükafatına layiq görülən ikinci alim oldu. Birinci mükafat xüsusilə alkenlərin enantioselektiv epoksidləşməsinin kəşfinə görə verilmişdir. Bu reaksiya onun şərəfinə Şarpless enantioselektiv epoksidləşmə reaksiyası kimi adlandırılmışdır. Barri Şarpless 28 aprel 1941-ci ildə Filadelfiyada anadan olub, o, həkim-cərrah Edvin Dallett Şarpless (1911–2004 il) və Evelyn Şarplessin (əslən Anderson, 1916–1978il) oğlu idi. Filadelfiyada Quaker məktəbində oxumuş, burada alman dilini mənimsəmişdir[6]. 1968-ci ildə Stanford Universitetində fəlsəfə doktoru dərəcəsi almışdır. ABŞ Milli Elmlər Akademiyasının üzvü (1985il).
Corc Arliss
Corc Arliss (ing. Augustus George Andrews, 10 aprel 1868 — 5 fevral 1946) — Böyük Britaniya kinoaktyoru."Oskar" mükafatına layiq görülüb.
Heartless (Kanye Uest mahnı)
Heartless Amerikalı hip-hop sənətçisi, mahnı yazarı və prodüseri Kanye Vest dördüncü studiya albomundan "808s & Heartbreak" -dan ikinci bir mahnı olaraq çıxardığı bir mahnıdır. Ürək Billboard Hot 100-də iki nömrədə səsləndirildi. Mahnı, 2009-cu ildə 5.5 milyondan çox rəqəm nüsxəsi ilə satılan ən çox satılan teklilərdən biri hesab olunur. Mahnını məşhur Denver qrupu The Frey, eləcə də Amerikan İdol 8'in qalibi səsləndirdi. Chris Allen.
Heartless (Kanye Vestin mahnısı)
Heartless Amerikalı hip-hop sənətçisi, mahnı yazarı və prodüseri Kanye Vest dördüncü studiya albomundan "808s & Heartbreak" -dan ikinci bir mahnı olaraq çıxardığı bir mahnıdır. Ürək Billboard Hot 100-də iki nömrədə səsləndirildi. Mahnı, 2009-cu ildə 5.5 milyondan çox rəqəm nüsxəsi ilə satılan ən çox satılan teklilərdən biri hesab olunur. Mahnını məşhur Denver qrupu The Frey, eləcə də Amerikan İdol 8'in qalibi səsləndirdi. Chris Allen.
Estadio Francisco Artes Carrasco
Estadio Francisco Artes Carrasco İspaniyanın Lorca şəhərində çox məqsədli olaraq inşa edilən stadion Stadionda əksəriyyətlə Futbol müsabiqələri oynanılmaqdadır. İspaniyanın Lorca Deportiva komandasının matçlarını oynadığı stadion 8.000 tamaşaçı tutumuna malikdir.
Artaşes Arzumanyan
Artaşes Nikolayeviç Arzumanyan (5 (17) may 1898, Şuşa – 1985) — erməni mənşəli Azərbaycan SSR xalq artisti (1954). 17 may 1898-ci ildə Şuşada anadan olmuşdur. Bakı, Xankəndi və Gümrü teatrlarında aktyor kimi fəaliyyət göstərmişdir. Repertuarında Cəfər Cabbarlının "1905-ci ildə" əsərindəki Salamov obrazı xüsusilə məşhur olmuşdur. 1985-ci ildə vəfat edib.
Artaşes Babalyan
Artaşes Babalyan (erm. Արտաշես Բաբալյան; 17 noyabr 1886, Şuşa – 1 avqust 1959, Tehran) — erməni siyasətçi, görkəmli dövlət və ictimai xadim, Ermənistan İnqilabi Federasiyasının üzvü, Ermənistan Demokratik Respublikasının sosial müdafiə naziri (31 oktyabr 1919–5 may 1920). Sankt-Peterburq, Bakı və Xarkovda həkim işləmişdir. Birinci Dünya Müharibəsinin iştirakçısı olmuşdur. Vartan könüllülər alayının baş həkimi vəzifəsini icra edirdi. 1917-ci ildə Ermənistan Demokratik Respublikasının yaranmasında fəal iştirak edirdi. 1917-ci ildə respublikada Milli Məclisin üzvü təyin olundu. 1918-ci il erməni-gürcü müharibəsi zamanı iddia edirdi ki, erməni ordusunun Tiflisə çatmaq və orada yığılan bütün problemləri həll etmək üçün kifayət qədər qüvvələri var. 1920-ci il avqustun 10-da Arşak Camalyan ilə birlikdə Tiflisdə RSFSR-in elçisi bolşevik Boris Leqranla, Zəngəzur, Qarabağ və Naxçıvan bölgələrinin ərazilərini Qırmızı Ordu tərəfindən işğalı, habelə Ermənistan Respublikasının müstəqilliyinin tanınması ilə bağlı danışıqlarda iştirak etdi. RSFSR ilə Ermənistan arasında sülh müqaviləsinin bağlanmasında iştirak etmişdir.
Artaşes sülaləsi
Artaksiad Xanədanı, və ya Artaşes Xanədanı (Ermənicə: Արտաշեսյանների հարստություն / Artaşesyanneri harstutyun), Eramızdan əvvəl 189 - Bizim eranın 1-ci illəri arasında Ermənistan torpaqlarını idarə etmiş sülalənin adıdır. Bu sülalə Arsax krallığı və Tiqran Krallığı adlı dövlətləri yaratmış və həmin dövlətləri idarə etmişdir. Artaşes sülaləsi İran mənşəli Yevrandid sülaləsinin qolu idi. Aşağıda bu xanədana məxsus olan hökmdarlar göstərilmişdir: I Artaksiad (I. Arsax), eramızdan əvvəl 189-160-cı illər. → Arsax Krallığını qurub idarə etmişdir. I Artavazde, eramızdan əvvəl 160-149-cu illər → Arsax Kralı I Tigran, eramızdan əvvəl 149-128-ci illər → Arsax Kralı II Artavazde, eramızdan əvvəl 128-95-ci illər → Arsax Kralı II Tigran (Böyük Tiqran), eramızdan əvvəl 95-55-ci illər → Tiqran Krallığını qurmuş və idarə etmişdir. III Artavazde, eramızdan əvvəl 55-34 → Tiqran Kralı III Artavazde zamanından sonra gələn xanədan mənsubları Tiqran Krallığının süqutundan sonra digər dövlətlərə vassallıq etmişdirlər.
II Artaşes
II Artaşes (e. ə. I əsr və ya bilinmir – e.ə. 20) (arm: Արտաշես II) - Təxminən eramızdan əvvəl 60-cı illərdə anadan olmuş Ermənistanın kralı, II Artavazdın oğlu, Artaşes sülaləsinin nümayəndəsi.[mənbə göstərin] Onun ölümündən sonra Artaşes sülaləsinin və erməni dövlətinin tənəzzülü başlayır.
I Artaşes
I Artaşes (yun. Άρταξίας, lat. Artaxias; bilinmir – təq. e.ə. 160) — Ermənistan Krallığının dövlət xadimi.