Barri Şarpless

Barri Şarpless (28 aprel 1941[1][2], Filadelfiya, Pensilvaniya[5][6][…]) — amerikalı kimyaçı, kimya üzrə iki dəfə Nobel mükafatı laureatı: 2001-ci il üçün (½ mükafat) Ryoci Noyori və Uilyam Noulz ilə birlikdə "Əczaçılıq sənayesində istifadə edilən tədqiqatlar üçün — redoks reaksiyaları üçün xiral katalizatorların yaradılması"[7]; 2022-ci il üçün (mükafatın 1/3) Caroline Bertozzi və Morten Möldahl ilə birlikdə "Klik kimyası və bioortoqonal kimyanın inkişafı üzrə işlərə görə"[8]. B. Şarpless tarixdə Frederik Sangerdən (1958 və 1980 il) sonra kimya üzrə iki Nobel mükafatına layiq görülən ikinci alim oldu. Birinci mükafat xüsusilə alkenlərin enantioselektiv epoksidləşməsinin kəşfinə görə verilmişdir. Bu reaksiya onun şərəfinə Şarpless enantioselektiv epoksidləşmə reaksiyası kimi adlandırılmışdır.

Barri Şarpless
ing. Karl Barry Sharpless
Doğum tarixi 28 aprel 1941(1941-04-28)[1][2] (83 yaş)
Doğum yeri
Uşağı 3
Elm sahəsi kimya
İş yerləri
Təhsili
Üzvlüyü
Mükafatları Benjamin Franklin Medal Kimya üzrə "Nobel" mükafatı Kimya üzrə "Nobel" mükafatı
scripps.edu/chem/sharple…
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Barri Şarpless 28 aprel 1941-ci ildə Filadelfiyada anadan olub, o, həkim-cərrah Edvin Dallett Şarpless (1911–2004 il) və Evelyn Şarplessin (əslən Anderson, 1916–1978il) oğlu idi.[9] Filadelfiyada Quaker məktəbində oxumuş, burada alman dilini mənimsəmişdir[6]. 1968-ci ildə Stanford Universitetində fəlsəfə doktoru dərəcəsi almışdır. ABŞ Milli Elmlər Akademiyasının üzvü (1985il)[10].

  • 1983 il — Sintetik Üzvi Kimyada Yaradıcı Əməyə görə Amerika Kimya Cəmiyyəti Mükafatı
  • 1986 il — Üzvi Sintezdə Yaradıcılığa görə Paul Janssen Mükafatı
  • 1987 il — Guggenheim Təqaüdü[11]
  • 1988 il- Kimya üzrə Pioner Mükafatı
  • 1991 il — Şeele mükafatı
  • 1992 il — Artur Kompton Mükafatı
  • 1993 il — Yüzillik Mükafatı
  • 1993 il — Tetrahedron Mükafatı
  • 1995 il — Kral Feysal Beynəlxalq Mükafatı
  • 1997 il — Roger Adams Mükafatı
  • 1998 il — Harvi Mükafatı
  • 2000 il — Paul N. Rylander Mükafatı
  • 2000 il- ABŞ Milli Elmlər Akademiyasının Kimya Elmləri Mükafatı
  • 2000 il — Xirallıq Medalı
  • 2001 il — Kimya üzrə Volf mükafatı
  • 2001 il — Kimya üzrə Nobel Mükafatı
  • 2001 il — Con Skott medalı
  • 2001 il — Bencamin Franklin medalı
  • 2013 il- Thomson Reuters Sitat Laureatı
  • 2014 il — F. A. Kotton Medalı
  • 2019 il — Pristli medalı
  • 2022 il — Kimya üzrə Nobel Mükafatı[12]
  1. 1 2 K. Barry Sharpless // Encyclopædia Britannica (ing.).
  2. 1 2 K. Barry Sharpless // Brockhauz Ensiklopediyası (alm.).
  3. 1 2 ORCID Public Data File 2020. 2020. doi:10.23640/07243.13066970.V1
  4. 1 2 ORCID Public Data File 2020. 2020. doi:10.23640/07243.13066970.V1
  5. 1 2 Theopold K. H. The 2001 Benjamin Franklin medal in chemistry presented to K. Barry Sharpless (ing.). // Jour. of the Franklin Inst. Elsevier BV, 2002. Vol. 339, Iss. 3. P. 307–314. ISSN 0016-0032; 1879-2693 doi:10.1016/S0016-0032(01)00047-3
  6. 1 2 http://www.chem-station.com/en/?p=653.
  7. The Nobel Prize in Chemistry 2001 (англ.). Дата обращения: 8 октября 2009. Архивировано из оригинала 14 сентября 2009 года.
  8. Максим Абаев Нобелевские премии 2022 года. Раз, два и синтез, или Ещё раз о "рукопожатии" в науке Архивная копия от 4 ноября 2022 на Wayback Machine // Наука и жизнь, 2022, № 11. — с. 34–39
  9. Edwin Sharpless Obituary in The Philadelphia Inquirer, September 19, 2004. Дата обращения: 6 октября 2022. Архивировано 6 октября 2022 года.
  10. K. Barry Sharpless (англ.). nasonline.org. Дата обращения: 11 апреля 2019. Архивировано 5 апреля 2019 года.
  11. K. Barry Sharpless (англ.). John Simon Guggenheim Foundation. gf.org. Дата обращения: 11 апреля 2019. Архивировано 11 апреля 2019 года.
  12. "Arxivlənmiş surət". 2023-10-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-04-17.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]