Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Asкorbin turşusu
C vitamini və ya Askorbin turşusu — əsasən bitki mənşəli məhsullarda olur. Gündəlik tələbat 70–100 mq-dır. Ağbaş kələmdə 25–60, kartofda – 5–50, pomidorda – 20–40, limonda – 55, itburnu meyvəsində – 450 mq C vitamini vardır. Çatışmadıqda əsəb sistemi pozulur, yuxusuzluq və həddən artıq hissiyyat yaranır.Bundan başqa portağal, bibər, laym(yaşıl limon) da C vitamini qaynağıdır. == Xüsusiyyətləri == Fiziki xüsusiyyətlərinə görə, askorbin turşusu turş dadı olan ağ kristal tozdur. Alkoqolda və suda asanlıqla həll olur. Askorbin turşusunun ərimə nöqtəsi 190-192 °C-dir (parçalanma ilə).
Skorbit
Sinqa - Qidada vitaminlərin, xüsusilə də C vitamini (abskorbik turşusu), çatışmaması nəticəsində meydana gələn və diş ətinin boşalması, yumşalması və ondan qan axması şəklində təzahür edən xəstəlik. Xəstəliyin erkən əlamətlərinə zəiflik, yorğunluq hissi və qol və ayaq ağrısı göstərilə bilər. Müalicə edilmədən qırmızı qan hüceyrələrinin azalması, diş əti xəstəliyi, saçlarda dəyişiklik və dəridən qanaxma baş verə bilər. Xəstəlik irəlilədikcə yaraların sağalmasında zəiflik, şəxsiyyət dəyişikliyi və nəhayət infeksiya və ya qanaxma nəticəsində ölüm baş verməsi mümkündür.Simptomlar ortaya çıxması üçün ən az bir ay qidalanma rejimində C vitaminin olmamalıdır. Müasir dövrdə sinqa ən çox zehni pozğunluqları, qeyri-adi yemək vərdişləri, alkoqolik olanlarda və tək yaşayan yaşlı insanlarda baş verir. Digər risk faktorlarına bağırsaq malabsorbsiyası və dializ daxildir. Bir çox heyvan öz C vitaminini istehsal etsə də, insanlar və bir sıra canlılarda bu funksiya yoxdur. Kollagenin formalaşması üçün C vitamini tələb olunur. Diaqnozu, ümumiyyətlə, fiziki əlamətlərə, rentgen şüalarına və müalicədən sonrakı yaxşılaşmaya əsaslanır. Müalicəsi C vitaminin ağız yolu vasitəsi ilə qəbul edilməsidir.
Ceremi Korbin
Ceremi Bernard Korbin (ing. Jeremy Bernard Corbyn) — Böyük Britaniyanın Leyboristlər Partiyasının lideri. Özünü demokratik sosialist sayır. == Siyasəti və baxışları == === Milli və konstitusiya məsələləri === Korbinin şəxsi istəyi Britaniyanın respublika olmasıdır. Lakin, o deyib ki, monarx ailəsinin populyarlığı nəzərə alaraq, "bu mənim vuruşduğum döyüş deyil". === İqtisadiyyat === Korbin British Rail və enerji şirkətlərin kimi ictimai infrastrukturunun yenidən milliləşdirməsinin tərəfdarıdır. === Xarici siyasət === Korbin özünü tam pasifist saymır. Onun sözlərinə görə, İspaniya vətəndaş müharibəsi, Britaniya qul alverçiliyi durdurmaq üçün törətdiyi blokadası və BMT-nin 1999-cü ilin Şərqi Timordaki konfliktdəki rolu haqq qazandırıla bilən konfliklər olduğunu deyib. Halbuki, müharibə və zorakılığa müqavimət "həyatının tam mənasıdır". O, 2003-cü ilin İraq müdaxiləyə, Əfqanıstan müharibəsinə, 2011-ci ilin Liviyaya müdaxiləyə, Suriyada Əsədə qarşı hücumlara və DAİŞ-ə qarşı hərbi hərəkətlərə qarşı çıxırdı və Stop the War Coalition hərəkətinin sədri olmuş.
Korbin Blyu
Korbin Blyu (ing. Corbin Bleu Reivers; 21 fevral 1989, Bruklin, Nyu-York ştatı). Amerikalı kino aktyoru və film prodüseri və model və müğənnisi. O hit Disney Channel orjinal filmidir, "Orta məktəb tamaşası" (2006)-ci ildə Çad Danforth rolu qazandı. == Həyatı == Korbin Blyu 1989-ci ildə ABŞ-nin Nyu-York ştatının Bruklin şəhərində dünyaya gəlmişdir. O uşaqlıqdan musiqi alətlərinə maraq göstərmişdir. Özləri də sənət adamları olduqlarına görə valideynləri Nikə həmişə dəstək olmuşlar. Korbin artıq 4 yaşında istedadlı aktyor kimi tanınmışdır. == Filmoqrafiya == == Diskoqrafiya == === Albomlar === 2006 — Digər Tərəfdən (Another Side) 2009 — Speed of Light === Sinqllar === 2006 — "Push It to the Limit" 2007 — "Deal with It" 2008 — "Run It Back Again" 2009 — "Moments That Matter" 2009 — "Celebrate You" === Saundtreklər === 2006: Orta məktəb müzikli 2007: Tullan, görüm!