PATRUL

[fr.] патруль (са чкада къайда хуьн патал ччара авунвай аскеррин, полициядин ва мс. яракьар гвай гъвечӀи десте ва я дяведин гими, самолёт); гьа дестеда авай ксарикай гьар сад; // патрулдин; патрулрин (мес. десте).
PATRONSUZ
PAUZA
OBASTAN VİKİ
Dəniz patrul təyyarəsi
Dəniz patrul təyyarəsi uzun müddət dəniz patrul rollarında işləmək üçün hazırlanmış sabit qanadlı təyyarədir. Dəniz patrul təyyarələri xüsusilə sualtı, donanma və axtarış-xilasetmə missiyalarında iştirak edir.
Gürzə patrul maşını
Müdafiə Sənayesi Nazirliyi mühəndisləri tərəfindən yaradılmış patrul maşını barədə məlumatı ictimaiyyətə 2012-ci ilin dekabr ayının 17-sində nazir Yavər Camalov açıqlayıb. Toyota HILUX 12 modelinin bazasında hazırlanmış "Gürzə" 4x4 təkər formuluna və 2500 kq yük daşıma imkanına malikdir. Maşının silahlanmasına üst hissədə 360 dərəcə bucaq altında fırlana və 45 dərəcə bucaq altında hədəflərə atəş aça bilən 12.7 mm-lik 1 ədəd pulemyot, yanlarda isə 2 ədəd 7.62 mm çaplı pulemyot, bu silahlar üçün böyük həcmdə patron ehtiyatı daxildir. Maşının silahlanmasına həmçinin avtomatik qumbaraatan və digər vasitələr əlavə etmək olur. Yüksək keçicilik qabiliyyətinə malik maşın 114 at gücündə mühərriklə təchiz olunub. Müdafiə Sənayesi Nazirliyinin istehsalı olan, xüsusi təyinatlı qüvvələr və güc strukturları üçün nəzərdə tutulmuş "Gürzə" adlı patrul maşını mayın 7-dən 10-dək Türkiyənin İstanbul şəhərində keçiriləcək İDEF-2013 beynəlxalq müdafiə sərgisində nümayiş olunmuşdur. Hərbi maşın tam silahlandırılmış şəkildə sərgilənəmişdir.
ASPA Patrulu
Aspa Patrulu (isp. Patrulla ASPA) — İspaniya Hərbi Hava Qüvvələrinə məxsus aerobatika eskadronudur. Uçuşlar üçün 5 ədəd Eurocopter EC120 Colibri helikopteri istifadə olunur. == Tarixi == Komanda 23 sentyabr 2003-cü ildə qurulmuşdur. İlk aviaşou 16 may 2004-cü ildə baş tutmuşdur. Komandanın ölkə kənarlarındakı ilk debütü 2005-ci ildə Portuqaliyada baş tutmuşdur.
Fransanın Aerobatik Patrulu (aerobatika eskadronu)
Fransanın Aerobatik Patrulu (fr. Patrouille acrobatique de France) Fransa Hərbi Hava Qüvvələrinə məxsus aerobatika eskadronudur. Ən qədim aerobatika eskadronudur. 1981-ci ildən etibarən uçuşlar üçün Alpha Jet təyyarələri istifadə olunur. Təyyarələr ağ, qırmızı və göy rəngli tüstü generatorları ilə təchiz olunub. Komanda Paris aviaşousunun daimi iştirakçısıdır.
Qartal Patrulu
Qartal Patrulu (isp. Patrulla Águila) (ing. Eagle Patrol) İspaniya Hava və Kosmik Qüvvələrinə məxsus aerobatika eskadronudur. 4 iyul 1985 tarixində qurulmuşdur. 27 fevral 2020: Solo pilot Eduardo Fermín Garvalena La-Manqa dili yaxınlığında təyyarəsinin okeana çırpılması nəticəsində həlak olub.
REVA patrulu
REVA patrulu (Patrouille REVA) Fransada mərkəzləşən mülki aerobatika komandasıdır. Uçuşlar üçün Rutan LongEZ və Rutan VariEZ təyyarələri istifadə olunurdu. Komanda 1992-ci ildə qurulmuşdur. 30 illik fəaliyyətdən sonra komanda fəaliyyətinə son qoyduğunu və təyyarələrin satışa çıxarıldığını açıqladı.
İsveçrə Patrulu (aerobatika eskadronu)
İsveçrə Patrulu (fr. Patrouille Suisse) İsveçrə Hərbi Hava Qüvvələrinə məxsus aerobatika eskadronudur. 1964-cü il 22 avqust tarixində qurulmuşdur. Uçuşlar üçün Northrop F-5 təyyarələri istifadə olunur. 2016-cı ilin iyun ayında Leuwarden aviabazasında təşkil edilən hava şousunda havada toxunuş baş verib, pilot katapult edərək qurtulub. 15 iyun 2023-cü il tarixində təlim zamanı komandanın 2 təyyarəsi hava bir-birinə toxunub, təyyarələrdən birinin burnu qoparaq evin fasadına dəyib. Təyyarə qəza enişi edə bilib.
Polis Akademiyası 4: Vətəndaşlar patrulda
Polis Akademiyası 4: Vətəndaşlar patrulda (ing. Police Academy 4: Citizens On Patrol) — 1987-ci ildə kriminal komediya janrında Cim Dreyk tərəfindən çəkilən ABŞ filmidir. Hər cür günahın bir yaşandığı Los-Anceles şəhərini quldurlardan təmizləməyə and içmiş, cəsur amma bir az qorxaq qəhrəmanlarımız, eyni zamanda da polis olmağı öyrəndikləri akademiyalarını yaşatma döyüşü içindədirlər. Yaşlı müdir Lassard, həm cinayətə qarşı daha güclü olmaq, həm də Polis Akademiyasının vacibliyini isbat etmək üçün xalqı öyrədib onları da polis təşkilatının bir parçası halına gətirmək lazım olduğunu düşünür. Bunun üçün də köhnə məzunlarını köməyə çağırır. Amma zəncisi, ağı, gülməlisi, dəlisi ilə dolu olan Los Anceles xalqını öyrətmək heç də asan olmayacaqdır... Polis Akademiyası 4 — Internet Movie Database saytında.

Значение слова в других словарях