Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Asqırma
Asqırmaq — ani, qeyri-iradi, səsli şəkildə ağız və burundan havanın xaric olunmasıdır. == İzahat == Asqırma burun dəliyi kanallarındakı sinirlərin (beyin tərəfindən) xəbərdar edilməsi nəticəsində əmələ gələn bir reaksiyadır. Hava burnun dar kanallarından təzyiq əmələ gətirərək keçərkən həm istiliyi nizamlanır, həm də kanallardakı toz burada filtrdən keçirilir. Burun sinirlərinin xəbərdar olunmasının fərqli səbəbləri vardır. Ən çox allergik təsirlər, daha sonra isə toz, tüstü, ətirlər və hətta anidən işığa baxmanın nəticəsində ola bilər. Bu zaman burnumuzda ifrazat əmələ gəlir, beyinə gedən siqnal nəticəsində baş və boynumuzdakı əzələlər də beyin tərəfindən xəbərdar olunaraq ani nəfəs boşalması hadisəsi baş verir. Səs tellərinin olduğu nahiyə əvvəlcə bağlanır və buradakı havanın təzyiqi olduqca qalxır. Sonra anidən açılaraq hava yüksək bir səslə çölə çıxarılır. Təbii ki, bu zaman burnumuzdakı toz və bir sıra mikroblar da çölə çıxarılır. Ancaq tibb sahəsi asqırma ilə yayılan mikrobların da yoluxucu qabiliyyətdə olduğunu təyin etmişdir.
Ağqıraq
Ağqıraq, Astğadzor — İrəvan quberniyasının Yeni Bəyazid qəzasında, indiki Qaranlıq (Martuni) rayonunda kənd. == Tarixi == Ağqıraq kəndi rayon mərkəzindən 55,5 km cənub-şərqdə, Göyçə gölünün sahilində yerləşir. Kəndin qədim adı Ağqıraq olsa da sonralar erməni mənbələrində Əliqırıq, Əliqrağı, Əliqraq kəndi kimi sabitləşmişdir. XX əsrin ortalarında kənd Əliqoıx adlandırılmışdır. Qafqazın 5 verstlik xəritəsində Əlikrıx kimi qeyd edilmişdir. 1897-ci ildə burada ermənilərdən başqa 3 nəfər azərbaycanlı yaşamışdır. Sonradan onlar kənddən deportasiya edilmişdir. 1828-ci ilə kimi burada yalnız azərbaycanlılar yaşamışdır. Türkmənçay müqaviləsindən sonra Ağqıraq kəndinə ermənilər 1829-1930-cu illərdə Türkiyənin Alaşkert və Van bölgəsindən köçürülmüş azərbaycanlılar deportasiya olunmuşdur. Kəndin ərazisində türklərlə bağlı VIII-IX əsrlərə aid tarixi abidələr vardır.