Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Kür altağızı
Kür altağızı (lat. Chondrostoma cyri) — heyvanlar aləminin xordalılar tipinin şüaüzgəclilər sinfinin çəkikimilər dəstəsinin çəkilər fəsiləsinin altağız cinsinə aid heyvan növü. Az saylı, yerli (aborigen) növdür. == Xarakterik morfoloji əlamətləri == Ağızı aypara şəklindədir. Alt çənəsinin arxasında dəliklər yoxdur. Azərbaycan sularından ovlanmış fərdlərinin uzunluğu 25.0 sm-ə, kütləsi 160.0 q-a qədər olur. Cinsi dimorfizmi zəif inkişaf etmişdir. == Yaşayış yeri və həyat tərzi == Şirin su balığı olub, dibi daşlı olan sularda yaşayır. Dib həyatı keçirir. Əksər fərdləri 4 ilə qədər yaşayır.
Terek altağızı
Terek altağızı (lat. Chondrostoma oxyrhynchum) — heyvanlar aləminin xordalılar tipinin şüaüzgəclilər sinfinin çəkikimilər dəstəsinin çəkilər fəsiləsinin altağız cinsinə aid heyvan növü. Az saylı, yerli (aborigen) növdür. == Xarakterik morfoloji əlamətləri == Pulcuqları xırdadır. Alının eni azdır, quyruq gövdəsinin uzunluğu nisbətən çoxdur. Bədənin uzunluğu 25 sm-ə, kütləsi 270 q-a qədər olur. Cinsi dimorfizmi zəif inkişaf etmişdir. == Yaşayış yeri və həyat tərzi == Şirin su balığı olub, dibi qumlu-daşlı olan axar sularda yaşayır. Əsasən, çayların orta hissələrində rast gəlinir. Orta ömrün uzunluğu 4 il olub, cinsi yetkinliyə 2 yaşında çatır.
Hande Ataizi
Hande Ataizi Harvey (2 sentyabr 1973, Bursa) — Türk kino aktrisası. 2012-ci il sentyabr ayının 8-de Amerika Birləşmiş Ştatlarının tanınmış iş adamı Benjamin Harvey ilə ailə həyatı qurub.