Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Atlıxan
Atlıxan — Azərbaycan Respublikasının Qusar rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == Kənd 1999-cu ildə yaradılmışdır. == Toponimikası == Atlıxan oyk, sadə. Qusar rayonunun Quzuqışlaq i.ə.v.-də kənd. Qusarçayın sahilində, Yan silsiləsinin ətəyindədir. Oykonim Atlıxan şəxs adı ilə bağlı yaranmışdır. Yerli əhalinin verdiyi məlumata görə, Atlıxan əslən Kuzun kəndindən olan bir tayfa başçısının adıdır. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 664 nəfər əhali yaşayır. == Təhsilin vəziyyəti == Bir orta məktəb binası var.
Atlıxan Cahangirov
Atlıxan Paşa oğlu Cahangirov Qubadlı Qəza Partiya Komitəsinin birinci katibi 1919-ci ildə Zəngəzur qəzasının (Qubadlı) Qayalı kəndində doğulub. Qubadlıda orta məktəbi bitirdikdən sonra Pedoqoji institutda və iki illik Partiya məktəbində təhsil alıb. Qubadlı rayon partiya komitəsində bir sıra vəzifələrdə çalışan A.cahangirov 1951-ci ilin aprelindən 1954-cü ilin iyuluna kimi Qubadlı rayon partiya komitəsinin birinci katibi vəzifəsində çalışıb.
Ataxan Paşayev
Ataxan Əvəz oğlu Paşayev (1 may 1938, Disər, Ordubad rayonu – 4 avqust 2022) — Azərbaycan tarixçisi, əməkdar mədəniyyət işçisi, tarix elmləri doktoru, professor, Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin rəisi. == Həyatı == Ataxan Paşayev 1938-ci ildə Naxçıvan Muxtar Sovet Sosialist Respublikasının Culfa rayonunun Başkənd kəndində anadan olub. 1963-cü ildə Azərbaycan Dövlət Universitetinin Tarix fakültəsini fərqlənmə diplomu ilə bitirib. Əmək fəaliyyətinə 1962-ci ildə Oktyabr İnqilabı və Sosialist Quruculuğu arxivində böyük elmi işçi kimi başlayıb. 1963–1965-ci illərdə Arxiv İdarəsinin baş metodisti, 1966–1982-ci illərdə Respublika Mərkəzi Dövlət Ədəbiyyat və İncəsənət Arxivinin direktoru, 1982–1984-cü illərdə Azərbaycan Dövlət Politexnik İnstitutunun baş müəllimi işləyib. 1984-cü ildən 2018-ci ilə qədər Milli Arxiv İdarəsinin rəisi olmuşdur. == Fəaliyyəti == 1981-ci ildə Tarix İnstitutunun İxtisaslaşdırılmış Müdafiə Şurasında dissertasiya müdafiə edərək tarix elmləri namizədi, 2008-ci ildə isə AMEA-nın A.A. Bakıxanov adına Tarix İnstitutunun Müdafiə Şurasında "XIX-XX əsrlərdə ermənilərin azərbaycanlılara qarşı törətdikləri soyqırımları və deportasiyalar" mövzusunda doktorluq dissertasiyası müdafiə edərək tarix elmləri doktoru elmi dərəcəsi alıb. 1984-cü ildən "Azərbaycan arxivi" jurnalının baş redaktorudur. 1968-ci ildə Azərbaycan Respublikası Ali Soveti Rəyasət Heyətinin fəxri fərmanı ilə təltif edilıb. Azərbaycan Respublikasının əməkdar mədəniyyət işçisidir (1981).
Atıkan adası
Atıkan adası — Oxot dənizinə aid olan Şelixov körfəzinin cənub hissəsində yerləşən ada. İnzibati cəhətdən Rusiyanın Maqadan vilayəti ərazisinə daxildir. Yams adalarında ikinci ən böyük adadır. == Toponim == SSRİ-nin Şimal-Şərqi Toponimik lüğətinə görə, Atıkan adı even dilindən olan "qoca qadın", "nənə" sözlərindən yaranmışdır. == Coğrafiya == Matıkil adasının miniatür surətidir. Şəffaf divarları və sıldırım talusu olan qayalı zirvəli tirələr sudan səthə çıxır. Silsilə şimal-qərbdən cənub-şərqə yönəldilmişdir, yamaclar dənli və mamır bitkiləri ilə örtülmüşdür. Adanın cənub ucunda dərin, geniş bir mağara vardır. Onun yaxınlığında avtomatik mayak quraşdırılmışdır. Dənizdən adaya eniş çox təhlükəlidir, praktiki olaraq çimərliklər yoxdur.
Alıxan pəyəsi körpüsü
Alıxan pəyəsi körpüsü — Dərələyəz mahalının Keşişkənd (06.12.1957-ci ildən — Yeğeqnadzor) rayonu ərazisində, Səlim çayının üzərində, Qoytul kəndi ilə Həsənkənd kəndi arasında, hazırda xarabalıqları qalan Alıxan pəyəsi kəndinin aşağısında yerləşən biraşırımlı daş körpüdür. == Haqqında == Tarixi abidənin hazırda Səlim çayının sağ sahilində bir hissəsi qalmaqdadır. Körpünün yerində çayın sağ və sol sahilləri arasında məsafə 13 m, körpünün eni 4 m, su səthindən orta xətti 9 m, ümumi uzunluğu 30 m olmuşdur. Körpü divarındakı kitabələrin birində Süleyman şahın adı qeyd olunduğundan onun 1666-cı ildə tikildiyi ehtimal edilsə də, körpünün 1340-1344-cü illərdə Elxani hökmdarı Süleyman xan tərəfindən tikdirilməsi versiyası da mövcuddur.
Mirzə Tağıxan Rafət Təbrizi
Mirzə Tağı xan Rafət Təbrizi — şair, yazıçı və jurnalist. == Həyatı == Mirzə Tağıxan Rafət Təbrizi 1890-cu ildə Təbrizdə anadan olub. == Yaradıcılığı == Mirzə Tağı xan Rafət Təbrizi müasir İran poeziyasının birinci şairi kimi tanınır. O Azərbaycan dilində, fars və fransız dillərində poemalar yazırdı. O "Azadistan"' qazetinin baş redaktoru olmuş və "Təcaddüd "(Müasirlik) qəzetində sosial və ədəbi sahədə məqalələr nəşr etdirmişdi. O Həbib Sahir, Əhməd Xürrəm, Yəhya Mirzə Daneş və başqa şairlərin və yazıçıların ardıcılları olduqları "Rafət Məktəbi" adlandırılan ədəbi məktəbin yaradıcısı idi. O Trabzonda (Türkiyə) Naseri məktəbinin rəhbəri olmuşdu və həmçinin orada fransız məktəbində müəllim idi. O Paris qəzetlərində ədəbi və siyasi məqalələr ilə cıxış edirdi və Trabzonda fransız konsulluğu tərəfindən fransız hökuməti tərəfindən göndərilən fəxri medal ilə təltif edilmişdi. O, Modernistlərin Bəyənatını nəşr etdi : "Əziz yoldaşlar, biz ədəbi inqilabın çətin vaxtlarını yaşayırıq. Bizim istədiklərimiz heç də düşüncə və incəsənət dünyasında , ədəbiyyatda müasir eranın yaratmaqdan az deyil.
Men ştatındakı dik atılan fransız sindromu
Men ştatındakı dik atılan fransız sindromu (ing. Jumping Frenchmen of Maine) - 1878-ci ildə amerikalı nevropatoloq Georq Börd tərəfindən aşkarlanmış müəmmalı xəstəlik. Nevropatoloq müşahidə edib ki, Men ştatında meşələrdə ağac qıran və odun tədarükü görən kanadalı fransızlar belə xəstəliyin daşıyıcılarıdır. Onlar Men ştatının şimalındakı Mushed gölünün yanındakı meşələrdə çalışırdılar. Yekəpər, cüssəli kanadalılar qəflətən yerlərində dik atılır və bərk qorxmuş adamlar kimi qışqırırdılar. Həkimlər hesab edirlər ki, indi də yüzlərlə adamın mübtəla olduğu bu xəstəlik ifrat qorxu refleksi ilə bağlıdır. Üstəlik, xəstəlik yalnız kanadalılar arasında müşahidə olunub. Xəstələrdən bəzilərində eşidilən söz və ifadələrin avtomatik təkrarı olan exolalliya sindromu da var. Amerikalı psixiatrların fikrincə, xəstəlik Turett sindromunun xüsusi forması ilə bağlıdır. Bu sindrom xəstələrində mərkəzi əsəb sistemində ciddi fəsadlar müşahidə olunur.
Adilxan Bayramov
Bayramov Adilxan Hüseynəli oğlu (19 fevral 1949, Sadaxlı, Marneuli rayonu -14 aprel 2021, Bakı) — azərbaycanlı tənqidçi, ədəbiyyatşünas, sənətşünas, publisist, tərcüməçi, filologiya elmləri doktoru. == Həyatı == Adilxan Bayramov 1949-cu il 19 fevralda Gürcüstanın Marneuli rayonunun (Borçalı bölgəsi) Sadaxlı kəndində anadan olmuşdur. 1966-cı ildə Sadaxlı kənd orta məktəbini gümüş medalla bitirmişdir. 1966-1971-ci illərdə Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) Filologiya fakültəsində ali təhsil almışdır. 1971-1979-cu illərdə Sadaxlı 2 saylı kənd orta məktəbində tərbiyə işləri üzrə direktor müavini, Azərbaycan dili və ədəbiyyatı müəllimi, 1979-1980-ci illərdə Səməd Vurğunun ev-muzeyində elmi işçi, şöbə müdiri işləmişdir. 1980-2007-ci illərdə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyində (indiki Mədəniyyət və Turizm Nazirliyində) böyük inspektor, aparıcı inspektor, baş inspektor, baş idarənin rəis müavini, baş idarənin rəisi, aparatın rəhbəri vəzifələrində çalışmışdır. 2007-ci ilin oktyabr ayında doktorluq dissertasiyası müdafiə etmiş və həmin vaxtdan Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzinin direktor müavini vəzifəsində çalışır. Adilxan Bayramov elmi-tədqiqat işi ilə də fəal məşğul olur. Əsasən xalq şairi Səməd Vurğunun yaradıcılığını tədqiq edir. 1990-cı ildə "Səməd Vurğun yaradıcılığında xalqlar dostluğu" mövzusunda namizədlik, 2007-ci ildə "Səməd Vurğun yaradıcılığında insan: millilik və ümumbəşərilik" mövzusunda doktorluq dissertasiyaları müdafiə etmişdir.
Atmiyan-i Süfla (Sərab)
Atmiyan-i Süfla (fars. تميان سفلي‎) və ya Aşağı Atmiyan - İranın Şərqi Azərbaycan ostanının Sərab şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 53 nəfər yaşayır (11 ailə).
Atmiyan-i Vüsta (Sərab)
Atmiyan-i Vüsta (fars. اتمیان وسطی‎) və ya Orta Atmiyan - İranın Şərqi Azərbaycan ostanının Sərab şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 35 nəfər yaşayır (9 ailə).