Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Atomizm
Atomistika və ya atomizm (qədim yunan sözü olub a-tomos, bölünməz deməkdir) - materiyanın diskret, arası kəsilmədən (atomlardan və mikrozərrəciklərdən ibarət) quruluşu haqqında təlim. Atomistikanınn ilk tərifi nyaya, vayşeşika qədim hind fəlsəfəsi təlimlərindən daha dolğun isə Levkip, Demokrit, Epikür və Lükretsi fəlsəfəsində verilmişdir. Antik fəlsəfənin sonrakı mərhələləri 1) eklektizm; 2) skeptisizm və sofizm üçün zəmin rolu oynayan qnoseoloji problemlərin meydana gəlməsi, bilik qaydalarını izah edən Sokratın fəlsəfəsi; 3) atomistlər tərəfindən təqdim edilmiş varlıqla olmuşun sintezi. Atomizm, yaxud mexanisizm müxtəlif formalarda ifadə olunmuşdur. Ya bir neçə keyfiyyətinə görə müxtəlif maddələr dünyanın başlan­ğıcı götürülür, yaxud da keyfiyyətinə görə vahid (atom) başlanğıcı kimi qəbul edilirdi. Birinci halda maddələr ilkin şeylər (Anak­saqor) sayılır, yaxud da maddə (cism) və ruh bir– birinə qarşı qoyulurdu (materializm). Hərəkətin mənbəyi də müxtəlif cür başa düşülürdü. Ya maddədən (cismin) özü ilə əlaqələndirilirdi. Atomizm Empedokl və Anaksaqorun mexanizmindən inkişaf etmişdir. Empedokl (b.
Atonizm
Aton dini və ya Atonizm – tarixdə məlum olan ilk monoteist din. Qədim Misirdə 18-ci sülalənin hakimiyyəti dövründə sonradan özünü Exnaton adlandırmış firon IV Amenhotep tərəfindən yaradılmışdır. Bu din e.ə. XIV əsrdə təxminən 20 il müddətinə Qədim Misir dövlətinin rəsmi dini olmuşdur. "Tanrı uludur, birdir, təkdir. Ondan başqası yoxdur. Odur hər varlığı Yaradan. Bir ruhdur Tanrı, görünməyən bir ruh. Ta əzəldən var idi Tanrı. Heç bir şey yox ikən O vardı.
Pax Atomica
Pax Atomica (Paks Atomika; hərf. Atom sülhü) — Soyuq müharibə zamanı Amerika Birləşmiş Ştatları ilə Sovet İttifaqı arasında böyük hərbi münaqişə olmadan şiddətli gərginlik dövrünü təsvir etmək üçün istifadə edilən terminlərdən biri. Termin bəzən İkinci Dünya müharibəsindən sonrakı bütün dövrləri, atom bombasından sonrakı dövrü təsvir etmək üçün də istifadə olunur. İfadənin yalnız Soyuq müharibə dövrünə aid olan daha dar mənalı tətbiqində bu ifadə iki fövqəldövlət arasında sabitliyin hər iki tərəfin qarşılıqlı təminatlı məhv (MAD) vəziyyətinə gətirib çıxaran böyük nüvə arsenalları ilə bağlı olduğu arqumentinə istinad edir. İfadənin daha geniş tətbiqində, bütün İkinci Dünya müharibəsindən sonrakı dövrə şamil edilən bu ifadə dünyanın bir neçə böyük dövlətinin nüvə silahına malik olmasının hər hansı bir dövlət arasında genişmiqyaslı müharibənin başlanmasının qarşısını almaq üçün hərəkətə keçməyə meylli olduğuna dair arqumentə aid edilir.
Atomic Dog
Atomic Dog — Corc Klintonun 1982-ci ildə çıxardığı Computer Games albomunda yer alan sinql.
General Atomics MQ-1 Predator
General Atomics MQ-1 Predator əvvəllər ABŞ Hərbi Hava Qüvvələri və CIA tərəfindən istifadə edilmiş PUA. 1990-cı illərdə sadəcə olaraq müşahidə və önkəşfiyyat məqsədləri üçün istifadə edilməsi nəzərdə tutulan MQ-1 Predator daha sonra yeni kameralar və döyüş raketləri ilə modifikasiya edilmişdir. 1995-ci ildən bu dövrə qədər Əfqanıstan, Pakistan, Bosniya, Serbiya, İraq və Yəməndə mübarizə aparmışdır. Vahidinin qiyməti 4.5 milyon olan bu PUA-lardan təxmini olaraq 360 ədəd istehsal edilmişdir.
General Atomics MQ-9 Reaper
MQ-9 Reaper (ilk adı RQ-9 Predator B) "General Atomics Aeronautical Systems" tərəfindən ABŞ Hərbi Hava Qüvvələri (USAF), ABŞ Hərbi Donanması və Kral Hərbi Hava Qüvvələri üçün yaradılmış PUA. MQ-9 ilk zərbəçi PUA-dır. MQ-9 Reaper PUA-nın turbopərvanə motoru saatda 250 knot sürət yığmasını və 40.000 feet hündürlüyə çıxmasını təmin edir. MQ-9 Reaper UAV-nin uçuş müddəti isə 20 saat təşkil edir. MQ-9 Reaper UAV 1.5 ton ağırlığında olan sursat daşımaq qabiliyyətinə malikdir. (Hellfire döyüş raketi və GBU-12 Lazer Başlıqlı Bombalar). General Atomics MQ-1 Predator PUA-larının baza modeli əsasında yaradılmış olan General Atomics MQ-9 Reaper PUA-larından hal-hazırda 104 ədəd istehsal edilmişdir.
Atamız
Atamız (Ey Atamız) — xristianlıqda ən çox yayılmış dua, İsanın Dağüstü moizəsindən gəlir. Hazırda 1,437 dilə və ləhcəyə tərcümə edilmişdir. [mənbə göstərin] Əhdi-Cədiddə iki variant var (Matta İncili 6:9–13 və Luka İncili 11:2–4). Azərbaycan tərcümələrindən biri: Ey göylərdə olan Atamız, İsmin müqəddəs tutulsun. Padşahlığın gəlsin. Göydə olduğu kimi, Yerdə də Sənin iradən olsun. Gündəlik çörəyimizi bizə bu gün ver; Və bizə borclu olanları bağışladığımız kimi, Bizim borclarımızı da bizə bağışla; Və bizi imtahana çəkmə, Fəqət bizi hiyləgərdən xilas et. Çünki padşahlıq, qüdrət və izzət Əbədi olaraq Sənindir. Amin.
Avtorizə tərcümə
Avtorizə tərcümə — müəllif tərəfindən bəyənilmiş və ya onun razılı ilə edilmiş tərcümə. Müxtəlif ölkələrin qanunvericiliyində bu sahə haqqında fərqli-fərqli hissələr var.