Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Ataraksiya
Ataraksiya (yun. atarakia — təmkinlilik) — ruhi rahatlıq və sakitlik vəziyyəti,bəzi qədim yunan filosof larının fikrincə bu vəziyyətə mütəfəkkir nail ola bilir. Demokrit, Epikur, Lukretsinin hesab etdikləri kimi, Ataraksiyaya çatmağın yolu dünyanı dərk etməkdə, qorxunun kənar edilməsində, həyəcanlardan azad olmaqdadır. Skeptiklər (Pirron və b.) öyrədirdilər ki, Ataraksiya hökm verməkdən çəkinməklə əldə edilir. Stoiklər apatiya haqqında təlimi baş verən hadisələrə, fərəh və kədərə laqeydlik kimi inkişaf etdirmişdir. Müasir elmi etika həyata sırf seyirçi münasibəti rədd edir və şəxsiyyətin fəal həyat mövqeyini ideal kimi nəzərdən keçirir. == Mənbə == Fəlsəfi Ensklopedik Lüğəti. Bakı, "Azərbaycan Ensklopediyası" Nəşriyyat Poliqrafiya Birliyi, 1997, səh. 42.
Abstraksiya
Abstraksiya və ya Abstraktlaşdırma (lat. abstractio — ayırma, təcridetmə) — elmi-tədqiqat metodu; idrak prosesində predmet və hadisələrin əhəmiyyətsiz xassə və əlamətlərinin fikrən ayrılması, mühüm, əsas əlamətlərin ümumiləşdirilməsi. Abstraksiya tədqiq edilən cisim və hadisələrin şəklini sadələşdirməyə,onların inkişaf qanunauyğunluqlarını müəyyənləşdrməyə imkan verir. Abstraktlaşdırma predmetlərin qeyri-mühüm xassə, münasibət və əlaəqlərindən fikrən sərf-nəzər edilməsi, bu predmetlərin tədqiqatçını maraqlandıran bir və ya bir neçə mühüm əlamətinin seçilib götürülməsi deməkdir. Abstraksiyanın öz hüdudları var: necə deyərlər,yanğının alovunu yanan şeydən sərf-nəzər etmək mümkün eyil. Obyektiv gerçəklikdə nəyin seçiləcəyi və nədən sərf-nəzər ediləcəyi hər bir konkret anda öyrənilən obyektin özünün təbiətindən və tədqiqatçının vəzifələrinən asılı olur. Məsələn, planetlərin dövriyyə qanununu təyin etmək üçün İ.Keplerə Marsın rəngini və Günəşin temperaturunu bilmə lazım deyilir. Abstraktlaşdırma prosesinin nəticəsində predmetlər haqqında müxtəlif anlayışlar ("bitki", "heyvan", "insan" və s.), predmetlərin ayrı-ayrı xassələri haqqında fiirlər ("həcm", "uzunluq" və s.) meydana çıxır. İdeallaşdırma abstraktlaşdırmanın spesifik bir növüdür. İdeallaşdırma fikrən abstrakt obyektlərin yaradılmasına deyilir.
Apraksiya
Apraksiya (lat. apraxia yun. ἀπραξία - "fəaliyyətsizlik") - Böyük beyin yarımkürələri və ya döyənək cismin (lat. corpus collosum) aparıcı yollarının zədələnməsindən irəli çıxan məqsədyönlü hərəki fəaliyyət pozğunluğu. Apraksiyanın kinetik, kinestetik və konstruktiv formaları var. Kinetik Apraksiya zamanı müəyyən iş görmək üçün tələb olunan hərəkətlərdə ardıcıllıq pozulur. Xəstə ətrafdakı cismlərdən necə istifadə edəcəyini unudur. Kinestetik Apraksiya zamanı xəstə ayrı-ayrı hərəkətləri ya heç edə bilmir, ya da təhrif olunmuş şəkildə edir. Konstruktiv Apraksiyada xəstə asimmetrik elementli həndəsi fiqurları təsvir edə bilmir. Apraksiya beyin şişi, beyin qan-damar xəstəlikləri, ensefalit və s.-dən irəli gəlir.
Ataksiya
Ataksiya — parez, əzələ tonusunun pozulması və ya istəmsiz hərəkət olmadan hərəkətlərin dayanıqlı və məqsədinə uyğun şəkildə icrasında pozulmanın olması zamanı istifadə olunur. Ümumi olaraq bədən və ətraflarda olmaqla iki qrupa bölünür. Beyincik xəstəliklərinə bağlı yarana bildiyi kimi, vestibulyar nüvələr, vestibulyar sinir və ya arxa ciyə xəstəliklərində də ataksiya rast gəlinir. Qeyd olunan hissələrin funksiyasının pozulmasına irsi, iltihabi, degenerativ, damar, infeksiyon, metabolik, endokrin və ya neoplastik kibi geniş xəstəliklər qrupu səbəb ola bilər.
Traksiya
Traksiya və ya Dartma — sınıqlarda və onurğa sütünü xəstəliklərində istifadə olunan ortopedik metod. Onurğanın traksiyası əzələ kontrakturalarını azaldır, sinir sıxılmaları zamanı dekompressiya törədir, fəqərəarası diskin daxili təzyiqini azaldır . Traksion müalicə ortoped-travmatoloji və nevroloji profilli xəstələrin reablitasiyasında fəqərəarası disk fraqmentlərinin protruziyasının azaldılması, fəqərəarası diskin yerdəyişməsi zamanı, onurğada əyrilik olduqda, bir çox reflektor pozulmalarda istifadə olunur .
Lirik abstraksiya
Lirik abstraksiya müharibədən öncəki modernist üslublu rəssamlıqda iki əlaqəli, lakin fərqli tendensiyalardan biridir. Avropa Lirik Abstraksiyası Paris şəhərində təşəkkül tapmışdır. Bu ad ilk dəfə 1947-ci ildə Jan Joze Merşand tərəfindən işlənmişdir. Abstrakt Ekspresionizm ilə əlaqəli mücərrəd boyama növünü xarakterizə edən təsviri termin 1940-cı ildən bəri istifadə olunur. Arxeil Qorki kimi tanınmış çoxsaylı ekspresyonist rəssamlar kontekstdə göründüyü kimi lirik abstraktlıqdan istifadə etmişdir.