Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Dan the Automator
Dan the Automator (tam adı: Deniel M. Nakamura; 9 sentyabr 1967, San-Fransisko, Kaliforniya) — Kaliforniyanın San-Fransisko şəhərindən olan musiqi prodüseri. O, yayım şirkəti Sharkman Music-in və səzyazma leyblı 75 Ark-ın təsisçisidir. Nakamura fəaliyyətinə yeniyetmə yaşlarında dicey kimi başlayıb. O, diceylər DJ Qbert və Mix Master Mike-nin canlı çıxışlarından ilham almış və öz trekləri üzərində işləmək qərarına gəlmişdir. O, repçi Kool Keytin 1996-cı ildə çıxan "Dr. Octagonecologyst" adlı albomu üzərindəki prodüserlik işi ilə diqqətləri özünə çəkib. == Həyatı == Deniel M. Nakamura 1966-cı il dekabrın 20-də San-Fransisko şəhərində anadan olub. Onu dünyaya gətirən valideynləri yapon olduqları üçün keçmişdə, İkinci Dünya müharibəsi zamanı ABŞ-də mövcud olan casusluğa qarşı siyasətlərə görə saxlanılaraq düşərgəyə yerləşdirilmişdilər. Denielin atası San-Fransisko Yenidənqurma Agentliyində işləyirdi, anası isə San-Fransisko Şəhər Kollecində dərs deyirdi. O, uşaq yaşlarında skripka çalmağı öyrənib.