AVTOMATİZM

i. automatism

AVTOMATİKLİK
AVTOMATLAŞDIRILMAQ
OBASTAN VİKİ
Avtomatizm (fiziologiya)
Avtomatizm — orqanın və ya ayrı-ayrı hüceyrələrin zahiri səbəblərdən asılı olmayaraq ritmik, dövri və ya qeyri-dövri fəaliyyət qabiliyyəti. Bu, hətta orqanizmdən ayrılmış ürəyin, bağırsaq ilgəyinin yığılması, bəzi epiteli hüceyrələri "kirpikciklərinin" titrəməsi, bitki hüceyrələrində mübadilə proseslərinin dövriliyi, ya da inkişafın daha yüksək pilləsində oyanıcılığa malik hüceyrələr sisteminin fəaliyyətidir. Məsələn, ürək əzələlərində və ya beynin tənəffüs mərkəzində yerləşən sinir hüceyrələri. Avtomatizmin digər forması şərti refleks əlaqələrinin möhkəmlənməsi nəticəsində yaranan passiv, mexaniki sürətdə edilən stereotip hərəkətlər, məsələn, yeriyərkən ətrafların hərəkəti, həmçinin müxtəlif əzələ qruplarını (boyun, bədən, ətraflar) əhatə edən köməkçi hərəkətlər və s. hərəki avtomatizmdir. == İstinadlar == == Əlavə ədəbiyyat == Автоматизм // Большой энциклопедический словарь / Гл. ред. А. М. Прохоров. — 1-е изд. — М. : Большая российская энциклопедия, 1991.
Avtomatizm (psixologiya)
Avtomatizm — şüur nəzarəti olmayan hərəkət. Əzəli qeyri-iradi olan fizioloji proseslərdən (tənəffüs, ürək fəaliyyəti və s.) fərqli olaraq, psixi hərəkətlər əvvəlcə şüurun nəzarəti altında icra olunur və yalnız tədricən, mümarisə sayəsində vərdiş halına keçdikdən sonra avtomatlaşır (məsələn, yerimək, danışmaq, yazmaq və s.).

Значение слова в других словарях