Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Autofobiya
Autofobiya — təcridolunma fobiyası və ya tək qalma qorxusudur. Zərərçəkənlar fiziki olaraq tək deyillər, lakin onlar inanırlar ki, başqaları onlara qarşı etinazsızdır, sevilmirlər və xəbərsiz gələn adamlar onları qorxudur. Autofobiya bədii mətnlərdə "kimsə tərəfindən" mənasında işlənir və kimdənsə qeyri-ixtiyari olaraq qorxmaq deməkdir. Bu, bəzən özünə nifrətlə əlaqədar olur. Autofobiya digər psixoloji pozğunluqların simptomu ola bilər və ya bir şəxsdə psixoloji problemlərin yaranmasının göstəricisi ola bilər. Bu, həmçinin kiməsə inanmamaq, arxalana biləcəyi kiminsə olmaması və ya dostunun olmaması deməkdir... == Simptomlar == Autofobiyadan əziyyət çəkən insanlar xəstəliyin simptomlarını büruzə verə bilər, lakin bundan əziyyət çəkdiklərinin fərqində olmaya bilərlər. Autofobiyanın simptomlarına daxildir: Şəxs tənhalıq haqda düşünəndə qeyri-ixtiyari qəzəblənir. Düşünür ki, onun tək olmaması üçün kimsə nəysə etməlidir. Tək qalmağı bacarmamaq və ya təkliyin öhdəsindən gələ bilməmək.
Avtonomiya
Muxtariyyət — dövlətin müəyyən bir hissəsinə müstəqilliyin hər hansı formasının verilməsi. Muxtariyyət bütün ərazilərə deyil, unitar dövlətin yalnız coğrafi vəziyyəti və milli tərkibinə görə fərqlənən bir hissəsinə verilir. Muxtariyyətin iki növü vardır: 1. Korporativ muxtariyyət — adətən linqvistik icmanın mövcudluğu ilə əlaqələndirilir ki, bunun üçün də bir qayda olaraq dövlət aparatında müəyyən yerlər ehtiyyatda saxlanılır. Digər etnik qrupların həmin rayonda işləyən dövlət qulluqçuları isə həmin azlığın dilini, məişətini və adət-ənənələrini bilməlidir. Bundan başqa, məhkəmə prosesi, məktəblərdə tədris yerli dildə aparıla bilər. Muxtariyyətin belə forması Hindistanda geniş tətbiq olunur. 2. Ərazi muxtariyyəti — adətən milli-ərazi və geosiyasi səciyyə daşıyır. Etnik əlamətə deyil, konkret ərazidə yaşayan əhalinin adət-ənənələrinə və mədəni xüsusiyyətlərinə əsaslanan muxtariyyətdir.