Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Aynişah Sultan
Aynişah Sultan (1463, Amasya ili – 1514, Konstantinopol) — 8. Osmanlı sultanı II Bəyazidin qızı. == Həyatı == Aynişah Sultan 1475-ci ildə Amasyada dünyaya gəldi. Atası Fateh Sultan Mehmedin oğlu və o illərdə Amasya sancaqbəyi olan Şahzadə Bəyazid, anası isə onun kənizlərindən Şirin Xatundur. Uşaqlıq illəri Amasyada keçən Aynişah Sultan və anası 1480-ci ildə Trabzon sancaqbəyi təyin edilən qardaşı Şahzadə Abdullahla birlikdə Trabzona, ertəsi il isə Konyaya yollandı. Qardaşının ölümünədək burada qalan Aynişah Sultan və anası daha sonra Bursaya getdi. 1489-cu ildə Aynişah Sultan atasının istəyilə, Ağqoyunlu sultanı Uzun Həsən Osmanlılara sığınan oğlu Uğurlu Məhəmmədlə bibisi Gövhər Sultanın oğlu Gödək Əhməd bəylə nigahlandı. Bir neçə il sonra Şərqi Anadoluda başlayan taxt mübarizəsinə qatılan Gödək Əhməd qısa müddət hakimiyyətdə qaldıqdan sonra 1497-ci ildə qətlə yetirildi. Bu müddət ərzində İstanbulda qalan Aynişah Sultan müxtəlif xeyriyyə işləriylə məşğul oldu. 1506-cı ildə Fatehdə sübyan məktəbi inşa etdirdi və vəfatından sonra vəsiyyətinə əsasən, bu məktəbin həyətinə dəfn edildi.
Animal Planet
Animal Planet (azərb. Heyvanlar aləmi‎) — Discovery Channel şirkətinə məxsus Amerika kabel kanalıdır. 1 oktyabr 1996-cı ildə yaradılıb, şəbəkə əsasən vəhşi və ev heyvanları haqqında seriya və sənədli filmlərə həsr olunub. Peyk və kabel versiyalarında yayılmışdır. Kanal, yaşayış yerlərində heyvanları göstərən filmləri, Qırmızı Kitabda qeyd olunan növlərlə bağlı hekayələr yayımlayır. Kanalın şüarı — «Planetimizdə 2 milyondan çox canlı var. Onlardan biri — sənsən. Qalan hissəsini isə Animal Planet kanalının proqramlarında tanış ol.» Kanalın müəyyən versiyaları Kanada, Hindistan, Yaponiya, Tayvan və digər ölkələrdə yaradılmışdır. Bəzi yayımları DVD şəklində buraxılır. == Tarixi == «Animal Planet» kanalı 1 oktyabr 1996-cı ildə əsası qoyulmuşdur.
Arenaria (animal)
Daşçevirən (lat. Arenaria) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin çovdarçıkimilər dəstəsinin tənbəlcüllütlər fəsiləsinə aid heyvan cinsi.
Antimax (Frasianoranın oğlu)
Antimax (q.yun. Ἀντίμαχος) — yunan mifologiyasında personaj. O, Heraklın övladlarından, Frasianoranın oğlu olmuşdur. Antik müəllif Pavsani qeyd edir ki, Antimax Peloponnesi fəth edən dori liderlərindən biri olan Deifonun atası idi. Onun liderlik bacarığı sayəsində dorilər Arqosu fəth etmişdilər.
Anima mundi
Anima mundi — yəni dünyanın saf, səmavi ruhu. Antik filosoflara görə təbiətin hər yanına nüfuz etdiyi irəli sürülmüşdür. == Haqında == Fikrin Platon ilə ortaya çıxdığı deyilsə də, qavramın kökəninin daha antik olduğu və ilk dəfə bəzi şərqli filosofların sistemlərində irəli sürüldüyü iddiası da vardır. Stoaçılara görə, o bəşəriyyətdəki tək mühüm, həyati gücdür. Bənzər qavramlara Parakelsus kimi hermetik filosoflar və daha sonra Fridrix Şellinq (1775–1854) də sahib olmuşdur. == Okultizmdə Anima mundi == Anime mundi termini Ökult terminologiyasının termini olub, dünyanın tamamilə canlı varlıq olduğu qavramını dilə gətirmək üçün "Dünya canı" anlamında isifadə edilir. Latıncadan da tərcüməsi bu mənaya gəlir. Basilius Valentinusun "dünya ölü bir vücuddan ibarət deyildir" sözü ilə bildirdiyi Anima mundi Okultistlərin ardından Teozoflar tərəfindən də qəbul edilmişdir. Bu qavramı qəbul edən düşüncəyə görə, insan bədənində olduğu kimi Anime mundinin bədənində də sinir sistemi, hərəkət sistemləri, nəfəs sistemi mövcuddur. Anima mundinin insan varlığında olduğu kimi ruh, sübtil bədən və maddi bədən olaraq üçlü quruluşa sahib olduğu qəbul edilir.
Animal Planet Germany
«Animal Planet Germany» — «Discovery Networks CEEMEA» şirkətinin sahibləndiyi və təbiət, heyvan və vəhşi həyatdan bəhs edən Almaniya telekanalı. Telekanal Almaniya, İsveçrə və Avstriyada yayımlanır. Telekanalın açılması və «Premiere» platformasında yayımlanması haqqında razılıq 2003-cü ilin oktyabrında «Discovery Networks Deutschland» və «Premiere» arasında əldə olunmuşdur. Telekanal 31 mart 2004-cü il saat 21:00-da yayınlanmağa başlamışdır. Yeni «Animal Planet» loqosu 2008-ci ilin noyabr ayında qəbul olunmuşdur. 30 iyun 2009-cu ildə kanalın əsas rəqibi «Nat Geo Wild» yayımını dayandırmışdır. Bu, iyul ayında kanalın «Sky Deutschland» platformasında yayımlanması üçün «Discovery Networks Deutschland» və «Premiere» arasında müqavilə imzalanmasına səbəb olmuşdur. Telekanal hal-hazırda «Unitymedia» rəqəmsal kabel şəbəkəsində mövcuddur.
Animal Diversity Web
Animal Diversity Web minlərlə heyvan növlərinin tarixini, təsnifatını, növlərin xüsusiyyətlərini, və yayılması məlumatlarını toplayan onlayn verilənlər bazasıdır.