Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Sakon aşırımlı körpüsü
Sakon aşırımlı körpüsü (yun. Τοξωτή Γέφυρα Τσακώνας) — Yunanıstanda, Megalopolis şəhəri yaxınlığında yerləşən və Sakon vadisindən keçən dünyanın ən böyük aşırımlı köprülərindən biri. Körpü son bir neçə on il ərzində çoxlu sürüşmənin baş verdiyi təhlükəli bir ərazidə yerləşir. Aşırımlı körpünün ümumi uzunluğu 490 metrdir. Bu Paradeziya-Sakona və Tripolis-Kalamata nəqliyyat xətlərinin tikintisi zəncirində son iş olmuşdur. Tikinti işləri «Moreas» konsorsiumu tərəfindən Yunanıstan hökumətinin dəstəyi ilə aparılmışdır. Layihəni hazırlayan Nikods Donas olmuşdur. O, bu layihəni «Cəsarət» adlandırırdı. Sakon aşırımlı körpüsü Harilaos Trikupis Körpüsündən sonra ən çətin mühəndislik layihələrindən biri hesab edilir. Layihənin ümumi dəyəri tikintidə çıxan problemlərdən dolayı 94 milyondan 131,5 mln avroya qədər artmışdır.