Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Azovboyu yüksəklik
Azovboyu yüksəklik (ukr. Приазовська височина) — Ukraynanın cənub-şərqində yüksəklik. Hündürlüyü 326 metrə qədərdir (Mogila-Belmak). Səthi, əsasən, löss çöküntüləri ilə örtülüdür. Cənub qaratorpaqları geniş sahə tutur. == İstinadlar == == Əlavə ədəbiyyat == Бондарчук В. Г. Геоморфологія УРСР. — Х. : Радянська школа, 1949. — 246 с. Дмітрієв М. І. Геоморфологія УСРР. — Х. : Радянська школа, 1936. Заставний Ф. Д. Географія України. У 2-х кн / Ред.
Marina Akobiya
Marina Akobiya (d. 12 yanvar 1975) — Rusiyanı təmsil edən su poloçusu. == Karyerası == Marina Akobiya, Rusiya yığmasının heyətində 2000-ci ildə Avstraliyanın Sidney şəhərinin ev sahibliyində baş tutan XXVII Yay Olimpiya Oyunlarında mübarizə apardı. Bürünc medal uğrunda görüşdə Niderland yığmasını 5:4 hesabı ilə məğlub edən Rusiya yığması, Sidney Olimpiadasının bürünc medalına sahib oldu.
İyoboya Muzeyi
İyoboya Muzeyi (イヨボヤ会館, İyoboya Kaykan) – Yaponiyanın Niiqata prefekturasının Murakami şəhərində yerləşən muzey. Yaponiyada yaşayan qızılbalıqlara həsr olunmuşdur. Muzey 1987-ci ilin aprelində açılmışdır. 1998-ci ilin oktyabrında muzeyin altında Miomote Qızılbalıq Müşahidə Muzeyinin açılışı baş tutmuşdur. 2000-ci ilin martında muzeydə yenidənqurma işləri aparılmışdır. 2018-ci ilin martında muzeyin ümumi ziyarətçi sayı 2,5 milyona çatmışdır. Muzey Miomote çayının sahilində yaradılmış Qızılbalıq Parkının tərkib hissəsinə daxildir. "İyoboya" sözü Murakami şəhərinin dialektində qızılbalığı bildirmək üçün istifadə olunan sözdür. Tarixən qızılbalıqlar Murakami regionunun xalqı üçün əhəmiyyətli qida mənbəyi olmuşdur. Muzey Miomote çayının Murakami şəhərindən keçən hissəsində qızılbalıq mədəniyyəti və tarixinə həsr olunmuşdur.