Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Bürhanəddin Rəbbani
Bürhanəddin Rəbbani (20 sentyabr 1940, Feyzabad, Əfqanıstan krallığı[d] – 20 sentyabr 2011[…], Kabil, Əfqanıstan İslam Respublikası[d]) — Əfqanıstan prezidenti (1992-2001) Bürhanəddin Rəbbani 20 sentyabr 2011-ci ildə öldürülmüşdür. == Həyatı == Əfqanıstanın sabiq prezidenti, tacik əsilli Bürhanəddin Rəbbanı 1940-cı ildə Əfqanıstanın şimal-şərqindəki Faizabad şəhərində anadan olub . 1963-cü ildən Kabil Universitetində İslam Hüququndan dərs deyib. Daha sonra 1968-ci ildə Misirin Əzhər universitetində islam fəlsəfəsi ixtisası üzrə təhsil alıb.Həmin il Cəmiyyət-i İslam partiyasını rəhbəri olub. 1973-cü ildə şahzadə Davudun devrilməsindən sonra Pakistanın Pişavər şəhərinə köçüb. 1979-1989-cu illərdə Əfqanıstanda rus ordusuna qarşı aparılan döyüşlərdə iştirak edən Rəbbani Əfqan mücahidlərinə başçılıq edib. Tabeçiliyində 20 minə yaxın döyüşçü vardı. 1992-ci ildə Əfqanıstana qayıdaraq, iyunun 28-də Əfqanıstan İslam Dövlətinin müvəqqəti prezidenti olub. 22 dekabr 2001-ci ildə Rabbani rəsmən prezidentlikdən istefa edib. Əfqanıstanda “Taliban”la müzakirələrə rəhbərlik edən Ali Sülh Şurasının başçısı Rəbbani paytaxt Kabildəki evində 20 sentyabr 2011-ci ildə terror aktı nəticəsində qətlə yetirilib.
Bürhanəddin xəlifə
Bürhanəddin xəlifə (XVII əsr) — Toxmaqlı oymağının məşhur simalarından biri. Urmiya yörəsindəki Dumdum qalasını kürdlərin Mükri əşirəti möhkəmləndirib qızılbaşlara asi olmuşdu. 1610-cu ildə Bürhanəddin xəlifənin atası II İlyas xəlifə qoşunla Dumdum qalası ətrafına gəlib Mükri əşirətini qorxuya salmışdı. Mükrilərin böyükləri (başda Xan Abdal Mükri olmaqla) II İlyas xəlifənin yanına gəlir. Xan Abdalın qardaşı Məhəmməd bəy xəncərlə II İlyas xəlifəni öz çadırında xaincəsinə yaralayır və xəlifə bir neçə gündən sonra dünyasını dəyişir. Çadırına qonaq gələn mükriləri şirin-şərbətlə qarşılayan II İlyas xəlifə qəfil hücuma məruz qalmışdı. "Qonaqlar" düz əqidəli sufi ilə birgə iki qohumunu da öldürmüşlər. Çadırdan bir qədər kənarda olan Bürhanəddin atasının yaralandığını eşidib çadıra qaçaraq "qonaqları" qılıncdan keçirib doğrayır. Şah Abbasın hicri-qəməri ilə 1019-cu ildə (1610-1611)Dizmar və Üzümdil mahallarının xəlifəsi təyin olunub. II İlyas xəlifənin oğlu, II Şəmsəddin xəlifənin atası.
Bürhanəddin Əhməd
Qazi Bürhanəddin (1345, Kayseri – 1398, Sivas) — mənşəcə Azərbaycan türklərindən olan XIV əsrin məşhur şairi, dövlət xadimi və alim. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 7 may 2019-cu il tarixli, 211 nömrəli Qərarı ilə Qazi Bürhanəddin Azərbaycan Respublikasında əsərləri dövlət varidatı elan edilən müəlliflərin siyahısına daxil edilmişdir. == Həyatı == Görkəmli dövlət xadimi, məşhur sərkərdə və şair Qazi Bürhanəddin 1344-cü il-də Qeysəriyə şəhərində dünyaya göz açmışdır. O, mənşəyinə görə, qədim türk-oğuz boylarından sayılan Salur tayfasına mənsub idi. Belə bir ehtimal da var ki, onun qədim babaları Xarəzmdən gəlmişdilər. Şairin adı Əhməd, künyəsi Əbülabbas, təxəllüsü isə Qazi Bürhanəddin idi. O, irsən keçən qazilik hüququna malik, yüksək savad dərəcəsi və əsl-nəcabəti ilə məşhur olan bir ailədən idi. Qeysəri şəhərinin qazıları Cəlaləddin Həbib, Hüsaməddin Hüseyn, Siracəddin Süleyman bu nəsildəndirlər. Onun babası Siracəddin Süleyman Anadoluda yaradılmış Ərətna bəyliyinin banisi Ələddin Ərətnanın sarayında yaşamış və bəyliyin siyasi həyatında mühüm rol oynamışdır. Şairin atası Şəmsəddin Məhəmməd də öz dövrünün məşhur qazilərindən sayılır.
Qazi Bürhanəddin bəyliyi
Qazi Bürhanəddin bəyliyi — Azərbaycan şairi, dövlət xadimi Qazi Bürhanəddin tərəfindən 1381-ci ildə qurulan tarixi dövlət. == Tarixi == Görkəmli dövlət xadimi, məşhur sərkərdə və şair Qazi Bürhanəddin 1344-cü il-də Qeysəriyə şəhərində dünyaya göz açmışdır. O, mənşəyinə görə, qədim türk-oğuz boylarından sayılan Salur tayfasına mənsub idi. Belə bir ehtimal da var ki, onun qədim babaları Xarəzmdən gəlmişdilər. Şairin adı Əhməd, künyəsi Əbülabbas, təxəllüsü isə Qazi Bürhanəddin idi. O, irsən keçən qazilik hüququna malik, yüksək savad dərəcəsi və əsl-nəcabəti ilə məşhur olan bir ailədən idi. Qeysəri şəhərinin qazıları Cəlaləddin Həbib, Hüsaməddin Hüseyn, Siracəddin Süleyman bu nəsildəndirlər. Onun babası Siracəddin Süleyman Anadoluda yaradılmış Ərətna bəyliyinin banisi Sultan Ərətna bəy Uyğurun sarayında yaşamış və bəyliyin siyasi həyatında mühüm rol oynamışdır. Şairin atası Şəmsəddin Məhəmməd də öz dövrünün məşhur qazilərindən sayılır. Əhmədin anası isə səlcuq sarayında yaşamış məşhur dövlət xadimlərin birinin nəvəsi idi.
Qazi Burhanəddin
Qazi Bürhanəddin (1345, Kayseri – 1398, Sivas) — mənşəcə Azərbaycan türklərindən olan XIV əsrin məşhur şairi, dövlət xadimi və alim. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 7 may 2019-cu il tarixli, 211 nömrəli Qərarı ilə Qazi Bürhanəddin Azərbaycan Respublikasında əsərləri dövlət varidatı elan edilən müəlliflərin siyahısına daxil edilmişdir. == Həyatı == Görkəmli dövlət xadimi, məşhur sərkərdə və şair Qazi Bürhanəddin 1344-cü il-də Qeysəriyə şəhərində dünyaya göz açmışdır. O, mənşəyinə görə, qədim türk-oğuz boylarından sayılan Salur tayfasına mənsub idi. Belə bir ehtimal da var ki, onun qədim babaları Xarəzmdən gəlmişdilər. Şairin adı Əhməd, künyəsi Əbülabbas, təxəllüsü isə Qazi Bürhanəddin idi. O, irsən keçən qazilik hüququna malik, yüksək savad dərəcəsi və əsl-nəcabəti ilə məşhur olan bir ailədən idi. Qeysəri şəhərinin qazıları Cəlaləddin Həbib, Hüsaməddin Hüseyn, Siracəddin Süleyman bu nəsildəndirlər. Onun babası Siracəddin Süleyman Anadoluda yaradılmış Ərətna bəyliyinin banisi Ələddin Ərətnanın sarayında yaşamış və bəyliyin siyasi həyatında mühüm rol oynamışdır. Şairin atası Şəmsəddin Məhəmməd də öz dövrünün məşhur qazilərindən sayılır.
Mehmed Burhanəddin Əfəndi
Mehmed Burhanəddin Əfəndi (Əbdülməcidin oğlu)
Qazi Burhanəddin Anəvi
Qazi Burhanəddin Əbu Nəsr ibn Məs’ud Anəvi — Azərbaycan da doğulmuş məşhur sufi, övliya == Həyatı == Qazi Burhanəddin Əbu Nəsr 1143-cü ildə Azərbaycanın şimal-qərbindəki Ani şəhərində dünyaya gəlmişdi. Həmin dövrdə Ani Şəddadi əmirliyinin hakimiyyəti altında idi. Burhanəddin Anəvinin babaları Böyük Səlcuqlu sultanı Alp Arslanın Anini fəthindən (1064) sonra gəlib bu şəhərdə məskunlaşmışdılar. Onun atası Məs’ud, Şəddadi əmirliyinin ordusunda xidmət edən zabit idi. İlk təhsilini Anidə alan Burhanəddin Əbu Nəsr şafi’i fiqhi ilə yanaşı fars dili və ədəbiyyatı, tibb, astronomiya kimi dəqiq elmlər sahəsində də mütəxəssis idi. Xaçpəsətlərin də yaşdığı Anidə xristian teologiyası və İncili öyrənən Burhanəddin Əbu Nəsr gənc yaşlarından etibarən şe’r yazmağa başlamışdı. 1161-ci ildə Anini işğalı vaxtı gürcülərə əsir düşən Burhanəddin Anəvi 6 illik əsarətdən sonra vətənə qayıda bilmişdi Əsirlikdən qayıdandan sonra Anidən Təbrizə gedən gənc Burhanəddin burada vaiz Mahmud Təbrizinin tələbəsi olmuş, ondan fiqh elminin incəliklərini öyrənmişdi. Ondakı şairlik istedadını görən vaiz Mahmud bu qabiliyyətini müsbət istiqamətdə inkişaf etdirməsini tövsiyə etmişdi. Burhanəddin Anəvi ustadının təşviqi ilə peyğəmbərlərin həyatını nəzm etmişdi. Təbrizdə təhsilini tamamlayan Burhanəddin Anəvi Əxlatşahlar hökmdarı əmir Seyfəddin Bəgtemürün (1183-1193) ölkəsinə gedərək burada yaşamış, əmirin yaxın adamlarından biri olmuşdu.
Qaramanoğlu Burhanəddin Musa bəy
Qaramanoğlu Burhanəddin Musa bəy (ö. 1356) — Qaramanoğulları bəyliyinin bəyi.
Mehmed Burhanəddin Əfəndi (Əbdülməcidin oğlu)
Mehmed Burhanəddin Əfəndi (22 may 1849, Konstantinopol – 4 noyabr 1876) — 31. Osmanlı sultanı Əbdülməcidin doqquzuncu oğlu, Osmanlı şahzadəsi. == Həyatı == Şahzadə Mehmed Burhanəddin Əfəndi 1849-cu ildə Bəylərbəyi sarayında dünyaya gəldi. Atası Sultan Əbdülməcid, anası isə onun doqquzuncu xanımı Nükət-səza Qadınəfəndi idi. Anasının vəfatından sonra atasının digər xanımı Nevəsər xanımın himayəsində böyümüşdür. Qərb musiqisiylə məşğul olmuş, bəstəkar bir şahzadə idi. Fleyta çalmağı bacarırdı. 9 aprel 1857-ci ildə Dolmabağça sarayında qardaşları Nurəddin Əfəndi, Kəmaləddin Əfəndi və Rəşad Əfəndiylə birlikdə sünnət edildi. Atası vəfat etdiyi zaman 12 yaşında idi. Ögey qardaşı Şahzadə Əbdülhəmid Əfəndinin (II Əbdülhəmid) ən sevimli qardaşı idi.
Mehmed Burhanəddin Əfəndi (II Əbdülhəmidin oğlu)
Mehmed Burhanəddin Əfəndi (19 dekabr 1885, Konstantinopol – 5 iyun 1949, Nyu-York, Nyu-York ştatı) — 34. Osmanlı sultanı II Əbdülhəmidin dördüncü oğlu, Osmanlı şahzadəsi. == Həyatı == Atası Sultan Əbdülhəmidin səltənətində 19 dekabr 1885-ci ildə Ulduz sarayında dünyaya gəldi. 1891-ci ildə qardaşları Əbdülqadir Əfəndi və Nuri Əfəndi ilə birlikdə sünnət edildi. 29 iyul 1913-cü ildə Albaniya müstəqillik qazandıqdan sonra Albaniya taxtına namizəd seçilsə də, bu təklifi qəbul etmədi. 1921-ci ildə İraq generallarının dəvəti ilə İraq taxtına çıxmaq istəsə də, Birləşmiş krallığın müdaxiləsi ilə bu plan baş tutmadı. 5 iyun 1949-cu ildə Nyu-Yorkda vəfat etdi. Cənazəsi gəmiylə İstanbula gətirilsə də, limana daxil olmasına icazə verilmədi. Bu səbəblə cənazə Dəməşqə göndərildi və burada dəfn olundu. == Ailəsi == Hidayət xanım — 1908-ci ildə evlənmişdir.
Mehmed Burhanəddin Əfəndi (I Əbdülməcidin oğlu)