Bu məqalənin sonunda mənbə siyahısı var, ancaq mətndaxili mənbələr heç və ya kifayət qədər istifadə edilmədiyi üçün bəzi məlumatların mənbəsi bilinmir. Lütfən mənbələri uyğun şəkildə mətnin daxilində yerləşdirərək məqalənin təkmilləşdirilməsinə kömək edin. |
Mehmed Burhanəddin Əfəndi (19 dekabr 1885, Konstantinopol – 5 iyun 1949, Nyu-York, Nyu-York ştatı) — 34. Osmanlı sultanı II Əbdülhəmidin dördüncü oğlu, Osmanlı şahzadəsi.
Mehmed Burhanəddin Əfəndi | |
---|---|
محمد برهان الدين أفندي | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Ulduz sarayı, İstanbul, Osmanlı imperiyası |
Vəfat tarixi | (63 yaşında) |
Vəfat yeri | |
Atası | II Əbdülhəmid |
Anası | Məzidə Qadınəfəndi |
Həyat yoldaşları |
Hidayət xanım Aliyə Mələk Nazlıyar xanım Georgina Leonora Mosselmans Elsie Deming Lackson |
Uşaqları |
Mehmed Fəxrəddin Əfəndi Ərtoğrul Osman Əfəndi |
Ailəsi | Osmanlı sülaləsi |
Dini | Sünni, İslam |
Atası Sultan Əbdülhəmidin səltənətində 19 dekabr 1885-ci ildə Ulduz sarayında dünyaya gəldi. 1891-ci ildə qardaşları Əbdülqadir Əfəndi və Nuri Əfəndi ilə birlikdə sünnət edildi. 29 iyul 1913-cü ildə Albaniya müstəqillik qazandıqdan sonra Albaniya taxtına namizəd seçilsə də, bu təklifi qəbul etmədi. 1921-ci ildə İraq generallarının dəvəti ilə İraq taxtına çıxmaq istəsə də, Birləşmiş krallığın müdaxiləsi ilə bu plan baş tutmadı. 5 iyun 1949-cu ildə Nyu-Yorkda vəfat etdi. Cənazəsi gəmiylə İstanbula gətirilsə də, limana daxil olmasına icazə verilmədi. Bu səbəblə cənazə Dəməşqə göndərildi və burada dəfn olundu.