Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Bibigül Tölegenova
Bibigül Əhməq qızı Tölegenova (qaz. Бибігүл Ахметқызы Төлегенова, 16 dekabr 1929, Semey, Qazaxıstan MSSR) — ata tərəfdən qazax, ana tərəfdən tatar olan opera sənətçisi (lirik və koloratura soprano), aktrisa və müəllim. Mükafatları arasında Sosialist Əməyi Qəhrəmanı (1991), Sovet İttifaqı Xalq Artisti (1967) və Sovet İttifaqı Dövlət Mükafatı (1970) vardır. == Həyatının ilk illəri == Tölegenova 16 dekabr 1929-cu ildə Qazax Muxtar Sosialist Respublikasının Semipalatinsk (hal-hazırkı Semey) bölgəsində musiqiçi ailəsində dünyaya gəlmişdir. Atası kaman ifaçısı, anası isə müğənni olmuşdur. 1937-ci ildə atası Katon-Karagayda həbs edildi və sonra onun haqda məlumat olmadı. 1946-cı ildə axşam məktəbində oxuyarkən, həvəskar formada mahnı oxuya biləcəyi ət fabrikinə işə düzəldi. O zaman sürgündə Semipalatinskidə olan yazıçı Qalina Serebryakovanın diqqətini çəkdi. Ardından Serebryakova Tölegenovanın valideynlik hüquqlarına sahib oldu və ona ilk musiqi dərsləri verdi. Serebryakovanın israrından sonra Bibigül Almatıda olan Kazan Konservatoriyasının vokal və xor fakültəsinə girdi.
Cəbəlül-Ərəb
Cəbəl-Druz və ya Cəbəl əd-Druz (ərəb. جبل الدروز‎), rəsmi olaraq Cəbəlül-Ərəb (ərəb. جبل العرب‎) — Suriyanın сənubunda vulkan massivi. Maksimum hündündürlüyü 1,800 metrdir (Əl-Ceyna dağı). Əsasən bazaltdan ibarətdir, lava axınları ilə əhatələnmişdir. Zirvə və yamaclarında Pliosen püskürmələrinin kraterləri var. Səhra bitkiləri yayılmışdır. Bu vilayətin sakinlərinin əksəriyyəti druzlardır, həmçinin kiçikmiqyaslı müsəlman və əhəmiyyətli xristian icmaları da var. == İstinadlar == == Xarici keçidlər == Vikianbarda Cəbəl-Druz ilə əlaqəli mediafayllar var.
Sərvət Təzəgül
Sərvət Təzəgül (türk. Servet Tazegül) – Olimpiya, Dünya və Avropa çempionu, Azərbaycan əsilli Türk taekvondoçu == Həyatı == 26 sentyabr 1988-ci ildə Türkiyənin Qars əyalətinin Arpaçay bölgəsindən Almaniyaya köç etmiş Azərbaycanlı ailədə anadan olmuşdur. Gültan və Bəylər Təzəgül cütlüyünün ən kiçik uşaqlarıdır. Ailəsi Azərbaycan türklərinin bir qolu olan Qarapapaq türklərindəndir. == Kariyerası == 5 yaşından taekvondo ilə məşğuldur. 2008-ci ildə Pekin 2008 Yay Olimpiya Oyunlarında 68 kq çəkidə rəqibi Perulu Peter Lopezi məğlub edərək bürünc medal qazanmışdır. 2012-ci ildə London yay olimpya Oyunlarında sırayla rəqibləri Terrance Jennings, Hryhorii Husarov, Martin Stamper ilə çıxdığı 3 matçı qazanaraq, eyni kateqoriyada İranlı Məhəmməd Bakiri Mutemedi filan qarşılaşmasında 6–5 məğlub edərək qızıl medal qazanmışdır. 2014-cü ildə Avropa Taekvondo çempionatında finalda rus idmançı Aleksey Denisko ilə 10–10 bərabərliklə davam edən qarşılaşmanı son dəqiqələrdə etdiyi həmlə ilə qalib tamamlayaraq, Avropa çempionu olmuşdur. 2016-cı ildə Olimpiya oyunlarında da iştirak edən həmyerlimiz Venezuelalı Edqar Konterasla çıxdığı qarşılaşmanı 4–0 qalib olduğu halda son dəqiqələrdə məğlub bitirmişdir. Nəticədə bu yarışdan medalsız ayrılmışdır.
Təzəgül Hidayət
Təzəgül Hidayət qızı Məmmədova (d. 26 avqust 1970, Naxçıvan, Naxçıvan MSSR, Azərbaycan SSR) — Azərbaycan teatr və kino aktrisası, müğənni, Azərbaycan Respublikasının Əməkdar Artisti (7 noyabr 2002). == Həyatı == Təzəgül Hidayət 26 avqust 1970-ci ildə Naxçıvan şəhərində müəllim ailəsində anadan olmuşdur. Hələ uşaq yaşlarında 1982-ci ildə Azərbaycan Respublikası üzrə keçirilən mahnı müsabiqəsində Naxçıvan Muxtar Respublikası və daha sonra Azərbaycan Respublikası üzrə qalib olmuşdur. Orta təhsilini, rəssamlıq və musiqi məktəbini Naxçıvan və Şəmkir şəhərində bitirmişdir. Binəli Mamukaşvilinin rəqs ansamblında rəqs dərsləri almışdır. Daha sonra o vaxtlar fəaliyyət gösdərən "Şəmkir Muğam Teatrının", "Ocaq Folklor Ansamblının" və "Xalq Çalğı Alətləri Ansamblının" solisti olmuşdur. Bununla yanaşı 1991-cı ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinə daxil olmuşdur. Və həmçinin universitetin nəznində fəaliyyət gösdərən rəqs ansamblınında solisti olmuşdur. 1992-ci ildən Universitet ilə bərabər, Bakı Bələdiyyə Teatrında, (2006-2009-cu ildə Gənc Tamaşaçılar Teatrında) aktrisa vəzifəsində işləmişdir.
Təzəgül Məmmədova

Avqust Bebel
Avqust Bebel (alm. August Bebel‎; 22 fevral 1840[…] – 13 avqust 1913[…]) — Alman Sosial-Demokratlarının və İkinci İnternasyonalin qurucu və öndərlərindən biri. == İstinadlar == == Xarici keçidlər == Vikianbarda Avqust Bebel ilə əlaqəli mediafayllar var. Биографии: [1], [2], [3] Arxivləşdirilib 2011-10-17 at the Wayback Machine, [4] Бебель А. Женщина и социализм Сталин И. В. Август Бебель, вождь германских рабочих Гемков Г. Август Бебель.