Bibigül Tölegenova

Bibigül Əhməq qızı Tölegenova (qaz. Бибігүл Ахметқызы Төлегенова, 16 dekabr 1929[1], Semey, Qazaxıstan MSSR) — ata tərəfdən qazax, ana tərəfdən tatar olan opera sənətçisi (lirik və koloratura soprano), aktrisa və müəllim. Mükafatları arasında Sosialist Əməyi Qəhrəmanı (1991), Sovet İttifaqı Xalq Artisti (1967) və Sovet İttifaqı Dövlət Mükafatı (1970) vardır.[2][3]

Bibigül Tölegenova
qaz. Бибігүл Төлегенова
Doğum tarixi 16 dekabr 1929(1929-12-16)[1] (95 yaş)
Doğum yeri
Təhsili
Fəaliyyəti opera müğənnisi, musiqi pedaqoqu, aktrisa
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Həyatının ilk illəri

[redaktə | mənbəni redaktə et]

Tölegenova 16 dekabr 1929-cu ildə Qazax Muxtar Sosialist Respublikasının Semipalatinsk (hal-hazırkı Semey) bölgəsində musiqiçi ailəsində dünyaya gəlmişdir.[4] Atası kaman ifaçısı, anası isə müğənni olmuşdur. 1937-ci ildə atası Katon-Karagayda həbs edildi və sonra onun haqda məlumat olmadı. 1946-cı ildə axşam məktəbində oxuyarkən, həvəskar formada mahnı oxuya biləcəyi ət fabrikinə işə düzəldi. O zaman sürgündə Semipalatinskidə olan yazıçı Qalina Serebryakovanın diqqətini çəkdi. Ardından Serebryakova Tölegenovanın valideynlik hüquqlarına sahib oldu və ona ilk musiqi dərsləri verdi. Serebryakovanın israrından sonra Bibigül Almatıda olan Kazan Konservatoriyasının vokal və xor fakültəsinə girdi. Burada N. N. Samyshinanın bölməsində oxudu və 1954-cü ildə məzun oldu. 1951-ci ildə Qazax radiosunda solist olaraq işləməyə başladı, burada xalq və pop musiqiləri ilə məşğul oldu.[5]

1954-cü ildə Almatidakı Abay Opera Evində, 1956-cı ildə isə Qazaxıstan Orkestrasının Kurmanqazi adlı Qazax Filormaniyası Xalq Musiqisi Orkestrası qrupunun solisti oldu. 1958-ci ildə All Union yarışmasının qalibi mükafatını qazandı və 1971-ci ildə Abay Opera Evinə geri döndü. 1980-ci ildən etibarən isə Qazax Milli Konservatoriyası, Kurmanqazidə vokal dərsləri verdi. Ardıyca, 2001, 2004, 2007, 2010, 2011, 2012 və 2014-cü illərdə beynəlxalq vokalistlər yarışmasında münsif sənət prodüseri və münsiflərin rəhbəri olaraq çalışdı.[6]

Tölegenova Sovet İttifaqı Xalq Artisti ünvanını qazanan yegana qazaxıstanlı qadındır. Bundan əlavə, Sovet İttifaqı tarixində Sosialist Əmək Qəhrəmanı ünvanını alan son insandır.[7]

Rol aldığı operalar

[redaktə | mənbəni redaktə et]

Rolları:[8]

  • Kyz Zhibek, (Kyz Zhibek Yevgeni Brusilovsky)
  • Azhar, (Abay by Əhməd Çubanov ve Lətif Həmidi)
  • Enlik, (Enlik-Kebek by Qaziza Çubanova)
  • Gulbarshin, (Alpamış by Yerkegali Raxmadiyev)
  • Altynshash, (Altınşaş by Nazib Zhiganov)
  • Violetta, (La traviata by Cüzeppe Verdi)
  • Gilda, (Rigoletto Cüzeppe Verdi)
  • Rosina, (The Barber of Seville Gioacchino Rossini)
  • Norina, (Don Pasquale by Gaetano Donizetti)
  • Zerlina, (Don Giovanni Volfqanq Amadey Motsart)
  • The Snow Maiden, The Snow Maiden (Nikolay Rimski-Korsakov)
İl İstehsal Rolu
1954 Bozqırların qızı Karaşaş
1955 Şuğlada baş verib Maira (mahnı performansı)
1957 Mənim sevimli doktorum "Yazın valsı" Aleksandr Zatsepinin mahnı performansı
1968 Mələk tubeteyka geyinir Angel Özü
1975 Ulduzunu saxla Mahnı performansı
2005 Paralel səslər Özü
2011 Aldar Kose Aldarın nənəsi
2011 Uşaqlıq dövrümün səması Nursultanın nənəsi[9]
  1. 1 2 Тулегенова Бибигуль Ахметовна // Большая советская энциклопедия (rus.): [в 30 т.]. / под ред. А. М. Прохорова 3-е изд. Москва: Советская энциклопедия, 1969.
  2. Kazinform (2 December 2019). "‘Kazakh Nightingale’ Bibigul Tulegenova to celebrate her 90th anniversary at Astana Opera" Arxivləşdirilib 2020-05-21 at the Wayback Machine. Retrieved 17 December 2019.
  3. DKN World News (4 December 2019). "The Queen of Opera Stage Bibigul Tulegenova Delighted Her Admirers" Arxivləşdirilib 2023-07-03 at the Wayback Machine. Retrieved 17 December 2019.
  4. Тулегенова Бибигуль Ахметовна // Большая советская энциклопедия (Great Soviet Encyclopedia): [в 30 т.] / под ред. А. М. Прохоров — 3-е изд. — М.: Советская энциклопедия, 1969. English version, "Tulegenova, Bibigul’ Akhmetovna" Arxivləşdirilib 2017-09-27 at the Wayback Machine, retrieved 17 December 2019.
  5. Интернет Решения (IR.KZ). "Тулегенова Бибигуль Ахметовна | Почетные граждане Нур-Султана | Официальный интернет-ресурс акимата города Нур-Султан". Astana.gov.kz. 1999-11-19. 2020-01-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-02-04.
  6. the Republic of Kazakhstan, Office of the President (26 January 2018). "Вручение Государственным секретарем Республики Казахстан Гульшарой Абдыкаликовой государственных стипендий Первого Президента Республики Казахстан" Arxivləşdirilib 2020-02-25 at the Wayback Machine. Retrieved 17 December 2019  (rus.).
  7. ""Тарих" - История Казахстана - школьникам | Исторические вехи | Послевоенный Казахстан (1946-1980-е г.г.) | Исторические личности | Тулегенова Бибигуль (1929 г.)". www.tarih.spring.kz. 2020-10-24 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2021-02-18.
  8. Kazinform (16 December 2014). "Kazakhstan's Bibugul Tulegenova celebrates her 85th birthday anniversary" Arxivləşdirilib 2019-12-17 at the Wayback Machine. Retrieved 17 December 2019.
  9. Laruelle, Marlene (ed.) (2019). The Nazarbayev Generation: Youth in Kazakhstan, p. 204. Rowman & Littlefield. ISBN 1-79360-914-4