Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Bədəvilik
Bədəvilik-sufi təriqəti === Yaranması === Onları Əhmədilər də adlandırırlar. Təriqətin banisi Əhməd Bədəvi (vəfatı: 1276-cı il) Fəsdə (Mərakeşdə) dünyaya gəlmişdir. Öncə Qurani-Kərimi, hədisləri və müsəlman hüququnu öyrənmiş, sonra təsəvvüf yolunu seçərək Əbdülqadir Geylani, Əhməd Rifai kimi məşhur sufilərin təlimləri ilə tanış olmuş, onların məzarlarını ziyarət etmişdir. Onun şeyxi məşhur mütəsəvvif Bədrəd-Din Həsən Məğribi olmuşdur. Əhməd Bədəvi həyatının çox hissəsini Misirin Tanta şəhərində keçirmiş, elə ora da vəfat etmişdir. Görkəmli məmlük sultanı Bəybars ona alim kimi böyük hörmət göstərmişdir. Misirdə geniş yayılmış təriqətlərdən olduğuna görə, ölkənin ictimai həyatında da mühüm rol oynamışdır. Lakin təriqət Misirdən kənarda az yayılmışdır. Əhməd Bədəvi "Məhəmməd nuru" ideyası haqqında söhbət açmış ilk şeyxlərdən olmuşdur. O öz mənəvi silsiləsinin Əli ibn Əbu Talibə (ə) qədər yüksəldiyini də qeyd etmişdir.
Bədəvilər
Bədəvilər — Ön Asiyada və Şimali Afrikada yaşayan köçəri ərəblər. Köçəri bədəvilər çoxlu tayfalara və nəsillərə ayrılırdılar. Tayfanın otlaq yeri ümumi idi. Lakin sürülər ayrı-ayrı nəsillərə məxsus idi. Yaxşı otlaqlar üzərində tez-tez tayfa müharibələri – toqquşmaları olurdu. Qan intiqamı adəti də şiddətli vuruşmalara səbəb olurdu. Öldürülmüş və ya təhqir olunmuş ərəbin intiqamını almaq üçün bütün nəsil ayağa qalxırdı. Hər bir tayfa öz tanrısına inanırdı, səcdə edirdi. Bu isə ərəblər arasındakı çəkişməni daha da gücləndirirdi. Hər bir tayfanın başçısı vardı, onlar yürüşlər zamanı döyüşçülərə başçılıq edir, köç üçün yer seçir, nəsil üzvlərini mühakimə edirdilər.
Səfəvilik
Səfəvi təriqəti və ya Səfəviyyə — XIV əsrdə Cənubi Azərbaycanın Ərdəbil şəhərində sufi Şeyx Səfi əd-Din tərəfindən əsası qoyulmuş İslami təriqət. Zamanında Cənubi Azərbaycan, Şərqi Anadolu və Cənubi Qafqaz ərazilərində böyük siyasi təsirə malik olmuş Səfəvi təriqətinin müridləri ilk öncə Sünniliyә etiqad etsələr də, daha sonra XVI əsrin əvvəlində Şiə məzhəbini rəsmi din kimi qəbul etmiş Səfəvilər dövlətinin əsasında durmuşdur. Ərdəbildə böyümüş Şeyx Səfi əd-Din İshaq, Şiraz gəzintisindən sonra Gilanda yerləşmiş və burada Şeyx Zahid Gilaninin tələbəsi olmuşdur. Daha sonra Zahidin qızı ilə ailə quran Şeyx Səfi əd-Din Zahidiyyə təriqətinin baş müridi olmuş və 1291-ci ildə Şeyx Zahidin vəfatından sonra təriqətin piri olmuşdur. O zamandan etibarən, təriqət Səfəviyyə adını daşımışdır. Şeyx Səfi Şeyx Sədrəddin Ərdəbili Şeyx Xacə Əlaəddin Əli Şeyx İbrahim Şeyx Cüneyd Şeyx Heydər Şeyx Sultan Əli Şah İsmayıl Xətai Təsəvvüf – (ərəbcə: تصوف) və ya Sufizm (ərəbcə: صوفية) — İslamda geniş yayılmış ezoterik dini və fəlsəfi cərəyan. Təsəvvüf İslam dinindəki mənəvi həyatın və əxlaqi dəyərlərin adıdır. Bu fəlsəfi – dini təlimdə insanın nəfsi ilə mücadilə edərək onu islah və tərbiyə etməsi, öz varlığından və dünyadan keçərək, Allaha qovuşması məqsədi izlənilir. Bəzi sufilərə görə, təsəvvüf sülhü olmayan bir savaş, nəfsə qul olmamaq, şeytana alçalmamaq, nəfsin nəsibini tərk edərək Haqqın nəsibini axtarmaq, zahirdən uzaqlaşıb batinə yaxınlaşmaq, əziyyətləri gizləmək, comərdlik, zəriflik və təmizlik olaraq qiymətləndirilir. Təriqət qurucusu olan başlıca sufilər bunlardır: Əbdülqədir Geylani (Qadiriyyə), Əhməd Yəsəvi (Yəsəvilik), Əhməd Rifai (Rifailik),Nəcməddin Kübra (Kübrəvilik), Şihabəddin Ömər Sührəverdi (Sührəvərdilik), Əbul-Həsən əş-Şazili (Şazilik), Hacı Bəktaş Vəli (Bəktaşilik), Mövlana Cəlaləddin Rumi (Mövləvilik), Bəhaəddin Nəqşibənd (Nəqşibəndilik), Hacı Bayram Vəli (Bayramilik), Nəimi Təbrizi (Hürufilik), Şeyx Səfiəddin Ərdəbili (Səfəvilik), Ömər Xəlvəti (Xəlvətilik).
Yəsəvilik
Yəsəvilər — sufi təriqəti Bu sufi təriqəti əslən türk olan Əhməd Yəsəvinin (vəfatı: 1166-cı il) adı ilə bağlıdır. O, məşhur sufi Yusif Həmədaninin davamçılarından olmuş və Mərkəzi Asiyada türk xalqlarının İslamı qəbul etmələri prosesində böyük rol oynamışdır. Dünyagörüşü və hüquqi məsələlərdə hənəfi məzhəbinə mənsub olan Yəsəvi, ənənəvi İslamla sufilikdəki mənəvi təcrübə arasındakı ziddiyyətləri aradan qaldırmağa çalışmışdır. Əhməd Türküstanda (müasir Qazaxıstanın Çimkənt şəhərinin yaxınlığında) anadan olmuş, təhsilini Buxarada almış və təsəvvüf yoluna qədəm qoymuşdur. Sonra o Yasiyə (Türküstana) gedərək ömrünün sonuna qədər orada yaşamışdır. Onun qələmə aldığı çoxsaylı kitablar arasında türk dilində ibrətamiz şeirlər toplusu olan «Divani Hikmət» əsəri dövrümüzədək gəlib çatmışdır. Bundan başqa o, tədrislə məşğul olaraq çoxlu tələbələr yetişdirmişdi. Onların sırasında türk soylu Süleyman Hakim Ata və Mənsur Ata kimi sufi xadimləri də olmuşdur. İlk vaxtlar Əhməd Yəsəvinin təriqəti Məvarənnəhr və Xarəzmdə məşhurlaşmışdır. Sonra isə bu təriqət Qafqazda, Anadoluda və Balkanlarda yayılmışdır.
Bədiilik
Bədiilik — estetik kateqoriya; ədəbiyyat və incəsənət əsərlərinin əsas spesifik xüsusiyyəti; sənətdə gözəllik meyarı, yaradıcı əmək məhsulunun keyfiyyət və elementlərinin məcmusu. Bədiiliyin əsas prinsipini tarixilik, yəni cəmiyyətin ayrı-ayrı inkişaf dövrlərinin bədii funksiyalarının həmin dövrün konkret vəzifə və tələbləri ilə dialektik üzvi bağlılığı təşkil edir. Bədiiliyin zəruri amili və şərti bədii istedaddır. Bədiilik üç əsas aspektin vəhdəti kimi dərk edilməlidir: yaradıcı şəxsiyyət və yaradıcılıq prosesi; bədii əsər və onun vahid bədii sistemi; qavrayış prosesi. Bədiilikdə əsərin zamanla, dövrlə əlaqəsi, onun dərin ictimai-fəlsəfi dəyəri mühüm əhəmiyyət kəsb edir. Bədiilik bu və ya başqa məzmundan irəli gələn əsas bədii ifadə vasitələrinin uyğunluğu, daxilən təşkil olunması deməkdir. Bu, müəllifin istedadından və yaradıcılıq təcrübəsindən, sənətkarlığından, bədii əsərin məzmunundakı ideya gerçəkliyinin nə dərəcədə əhəmiyyətli olmasından asılıdır. Bədiiliyin mühüm şərtlərindən biri də əsərin kamil bədii dildə olmasıdır. Holland rəssaamı Van Qoqun "insanları sevmək qədər bədii heç bir şey yoxdur" sözləri bədiilik meyarının emosional-psixoloji tərifini təşkil edir. Geniş mənada bədiilik sənətşünaslıq kateqoriyası olub, ictimai şüurun başqa növlərindən fərqli olaraq həyatın obrazlı — bədii inikasını verən sənətin ümumi növ əlamətini bildirir.
Ələvilik
Ələvilik — islamda mövcud məzhəblərdən biri. Daha çox şiəliyə və bəktaşiliyə yaxındır. Aşiqlər – bunları assosiativ üzvlər də adlandırmaq olar, elektorat da. Təriqətə rəğbətlə yanaşan, amma hələ Yolu seçməyənlər belə adlanardı. Mühibb – təqdimetmə mərasimini keçmiş aşiqlərdir. Bunlara bir sıra mərasim və ayinlərin icrasında iştirak etməyə icazə verilərdi. Dərviş – özündən böyüklərə qulluq eləmək qaydalarını öyrənmiş, Yolu keçmək üçün and içib icazə al/götürmüş, xirqə və digər simvolları daşımaq hüququ əldə eləmiş kəslər. Ata – Dədə-baba və ya regional təkyənin xəlifəsi tərəfindən təyin olunardı. Bu titulun sahibi yerli təkyənin başçısı, ya da regional təkyədə şöbə rəhbəri ola bilərdi. Dərvişi-mücərrəd – nikahsızlıq andı içmiş dərviş.
Ocaq (ələvilik)
Ocaq (türk. Alevi Ocakları; kürd. Ocaxên elewî) — əsasən ələvilikdə, həmçinin bəktaşilikdə imam məqamında oturan dədələrin soyunu ifadə edən termin, dədəlik anlayışı strukturuna görə nəslə tabe olan qurum. Odur ki, ata öləndə oğlu onun yerinə keçir və bu, ələvi ənənəsində ocaq adlanır. Ələvi Ocaqları bir-birinə bağlıdır və aralarında nəsil ağacı tipli bir əlaqə mövcuddur. Nəsil ağacının başında Hacı Bektaş Vəlidir. Hər ocağın nəslindən gələn insanlar var. Ocaqların böyük oğulları olan dədələr kiçik qardaşlarından daha yüksək mövqedədirlər. Bu iyerarxik quruluş "əl-ələ, haqq" zehniyyətinin bir hissəsidir. Türkiyədə elə ocaqlar var ki, onların iyerarxiyası tədqiq olunmadığından qurulmamışdır.