Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Bəyənmə düyməsi
Bəyənmə düyməsi — sosial şəbəkə xidmətləri, internet forumları, xəbər saytları və bloqlar kimi ünsiyyət proqramlarında istifadəçinin müəyyən məzmunu bəyəndiyini, zövq aldığını və ya dəstəklədiyini ifadə edə biləcəyi xüsusiyyət. Bəyənmə düyməsi olan veb-saytlar adətən hər bir məzmunu bəyənən istifadəçilərin sayını və onların tam və ya qismən siyahısını göstərir. Bəzi veb-saytlarda bəyənməmək düyməsi də var, ona görə də istifadəçi lehinə, əleyhinə və ya neytral səs verə bilər. Digər veb-saytlara daha mürəkkəb veb məzmunlu səsvermə sistemləri daxildir. Məsələn, məzmuna daha geniş formada reaksiya göstərmək üçün beş ulduz və ya reaksiya düymələri. == Tətbiqetmələr == === Vimeo === Video paylaşma saytı Vimeo 2005-ci ilin noyabrında bəyənmə düyməsini əlavə etdi. Tərtibatçı Andryu Payl bunu Digg.com saytındakı "digg" düyməsinin iterasiyası kimi təsvir edərək, "Digg-in konseptini bəyəndik, lakin 'Diggs' deməyi istəmədik, buna görə də biz bunu 'Bəyənmələr' adlandırdıq" dedi. === FriendFeed === FriendFeed-də bəyənmə düyməsi 30 oktyabr 2007-ci ildə elan edildi və icmasında populyarlaşdı. FriendFeed 10 avqust 2009-cu ildə Facebook tərəfindən satın alınmazdan əvvəl funksiya Facebook-a inteqrasiya edildi. === Facebook === "Facebook"un bəyənmə düyməsi "bəyənən əl" olaraq dizayn edilib.
Do Bəralə
Do Bəralə (fars. دوبراله‎) - İranın Həmədan ostanının Əsədabad şəhristanının Mərkəzi bəxşinin ərazisinə daxil olan kənd. == Əhalisi == 2016-cı ilin məlumatına görə kənddə 203 nəfər yaşayır (53 ailə).
Çömçəbaşı bəzəmə
Çömçəbaşı bəzəmə — Azərbaycanda ən çox yazqabağı (bayramqabağı) günlərdə, eləcə də digər vaxtlarda, əsasən uşaq və gənclər arasında, geniş şəkildə oynanılan qədim oyunlarından biridir. Çömçəbaşı bəzəmə ilaxır çərşənbələrdə və Novruz bayramları günlərində uşaqların, yeniyetmələrin oynadıqları oyunlardan biridir. Oyun iştirakçıları sanama üsulu ilə iki dəstəyə ayrılırlar. Hər dəstənin püşk atma yolu ilə seçilmiş başçısı olur. Adi bir çömçənin başını rəngli parçalarla bəzəyir və başından zınqırov asırlar. püşk atma atılır. Püşk hansı dəstəyə düşərsə, oyunu həmin dəstə başlayır. Növbə ilə oyunçuların gözləri dəsmalla bağlanılır. Digər dəstənin oyunçusu çömçəni əlinə alıb çəkilmiş dairənin içərisində o tərəf, bu tərəfə qaçır. Gözübağlı zınqırov səsləndirəni tutmağa çalışır.
Ümumdünya Vərəmlə Mübarizə Günü
Hər il martın 24-də qeyd olunan Ümumdünya Vərəmlə Mübarizə Günü qlobal vərəm epidemiyası və xəstəliyin aradan qaldırılması istiqamətində görülən işlər barədə ictimaiyyəti məlumatlandırmaq məqsədi daşıyır. 2018-ci ildə əsasən aşağı və orta gəlirli ölkələrdə 10 milyon insan vərəmə yoluxub və 1,5 milyon insan bu xəstəlikdən vəfat edib. Bu, onu dünyada ölümə səbəb olan əsas xəstəliklərdən biri edir. Ümumdünya Vərəm Günü Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) tərəfindən qeyd olunan on bir rəsmi qlobal ictimai sağlamlıq kampaniyasından biridir. Ümumdünya Vərəmlə Mübarizə Gününün əsas məqsədi qlobal vərəm epidemiyası və erkən diaqnostika, müalicə və qarşısının alınmasının əhəmiyyəti haqqında ictimaiyyəti maarifləndirməkdir. O, hökumətləri, səhiyyə təşkilatlarını və ictimaiyyəti vərəmlə mübarizədə səylərini gücləndirmək və ÜST-nin "Vərəmə son strategiyası" ilə müəyyən edilmiş hədəflərə nail olmaq üçün fəaliyyətə çağırış kimi xidmət edir. Bu tarix alman həkimi Robert Kox 1882-ci ildə vərəmə səbəb olan bakteriya olan mycobacterium tuberculosis-i müəyyən etdiyi əsas kəşfinin xatirəsinə həsr edilmişdir. 1982-ci ildə Robert Koxun təqdimatının 100 illiyində Beynəlxalq Vərəm və Ağciyər Xəstəliklərinə Qarşı Birlik (IUATLD) 24 mart tarixinin rəsmi Ümumdünya Vərəmlə Mübarizə Günü elan edilməsini təklif etdi.
Bərmə Təpə (Qürvə)
Bərmə Təpə (fars. برمه تپه‎) — İranın Kürdüstan ostanı Qürvə şəhristanının ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 361 nəfər yaşayır (75 ailə). Əhalisini kürdlər təşkil edir.
Heyvanlarda Bruselyoz və Vərəmlə Mübarizə (1980)
Heyvanlarda bruselyoz və vərəmlə mübarizə (film, 1980)
Böqelmə
Buqulma (rus. Бугульма; tatar. Бөгелмә) — Rusiya Federasiyasında yerləşən şəhər. Tatarıstan Respublikasına daxildir. Buqulma rayonunun mərkəzi. == Əhalisi == Əh. 87,2 min (2014). 1736-cı ildən tatarların məskunlaşdığı kənd kimi məlumdur. == Coğrafiyası == Buqulma-Belebey yüksəkliyinin yamaclarında, Buqulminka çayının Zay çayına (Volqa hövzəsi) töküldüyü yerdədir. Dəmiryol stansiyaları Avtomobil yolları qovşağı.
Yerləmə
Yerləndirmə (torpaqlama) — şəbəkənin, elektrik qurğusunun və ya avadanlığın hər hansı bir nöqtəsinin yerləndirici qurğu ilə əlaqələndirilməsidir. Əsas xassələri ondan ibarətdir ki, yerləndirici qurğu yerlə kontakta girərək onunla elektrik birləşməsi yaradır. Bu qurğu elektrik cərəyanını yerə ötürməyə xidmət edir. Elektrotexnikada yerləndirici qurğuları təbii və süni olaraq iki qrupa bölürlər. Təbii yerləndirməyə aid olan konstruksiyalar yerlə daimi kontaktda olurlar. Ancaq onların müqaviməti tənzim olunmadığından və onların müqavimətinə heç bir tələb qoyulmadığından təbii yerləndirmənin konstruksiyalarını elektrik avadanlıqların yerləndirməsində istifadə etmək olmaz. Təbii yerləndiricilərə boruları misal göstərmək olar. Süni yerləndirmə elektrik şəbkəsinin, elektrik qurğu və avadanlığının hər hansı bir nöqtəsinin yerləndirici qurğu ilə məqsədli olaraq elektrik əaqləndirilməsidir. Yerləndirici qurğu (YQ) yerləndirici (yerlə bir başa və dolayı yolla əlaqədə olan keçirici hissə və ya bir-biri ilə əlaqələndirilmiş keçirici hissələr tolumu) və yerləndirməli olan hissəni yerləndirici ilə birləşdirən (yerləndirici) naqildən ibarətdir. Yerləndirici sadə metal içlik şəklində (çox vaxt polad, nadir hallarda mis) və ya xüsusi formalı mürəkkəb elementlərdən hazırlanır.
Berende butası
Berende buxtası (bolq. залив Беренде, ‘Zaliv Berende’ \'za-liv be-ren-'de\) — 3.3 km uzunluğu olan və Antarktidanın Cənubi Şetland adalarının Qrinviç adası sahillərindən 1.15 km cənub-qərbdə yerləşmişdir. Pelişat burnundan cənubda yerləşmişdir. Buxta qərbi Bolqarıstanda yerləşən Berende şəhərinin adını daşıyır. == Yerləşməsi == Berende buxtası 62°28′25″ c. e. 59°58′35″ q. u. koordinatlarında yerləşmişdir. Bolqarıstan xəritəsinə 2009-cu ildə daxil edilmişdir.
Betelle metodu
Betelle metodu-Bu metod su resurslarının inkişafı, suyun keyfiyyətinə nəzarət, avtomagistralların, atom elektrik stansiyalarının planları və s. layihələr tərəfindən ətraf mühitə göstərilən təsirlərin qiymətləndirilməsi üçün hazırlanmışdır. == Giriş == Hər kateqoriya (qrup) daxilində komponentlər mövcuddur, onların təsir göstəricilərinə ayrı-ayrı cərgələr aiddir. Məsələn, çirklənmə-bu kateqoriyadır, suyun çirklənməsi komponentdir, pH isə təsirin bir göstəricisidir. Bu metod dörd əsas faktordan istifadə edir: ekologiya, fiziki-kimyəvi, hiss edilən-mənimsənilən, insan fəaliyyəti (sosıum). Bu kateqoriyalar müəyyən sayda xüsusi seçilmiş komponentlərə malikdirlər.
Varikoz genəlmə
Vena genişlənməsi ya Varikoz genəlmə venaların genişlənərək divarının nazikləşməsi, elastikliyini itirməsi ilə əlaqəli venoz sistemində rast gəlinən patoloji prosesdir. Adətən varikoz genəlmə dedikdə Aşağı ətrafların varikoz genəlməsi başa düşülür. lakin əmələgəlmə nahiyəsindən asıli olaraq varikoz genəlmə bir neçə növlərə malikdir: Aşağı ətrafların varikoz genəlməsi həm müstəqil həm də yanaşı gedən xəstəlik olub, aşağı ətraflarda: topuq, baldır, bud nahiyələrində dərialtı venaların genişlənməsi, damar divarının nasikləşməsi, tromblaşmış vena düyünlərinin üzə çıxması ilə xarakterizə olunur. Varikoz genəlmə venoz təzyiqin artması nəticəsində xüsusən qapı venasında təzyiqin artması — portal hipertenziya zamanı qida borusu venalarının, qarın nahiyəsində dərialtı venaların meduza şəkilli genəlməsinə səbəb olur. Bu cür varikoz genəlmə müstəqil deyil, hər hansı bir xəstəlik: qaraciyər serrozu, şişi zamanı meydana çıxmış olur. Düz bağırsaq venalarının genəlməsi, babasil ya hemorroy xəstəliyi adlanır. Kişilərdə xaya venalarının varikoz genəlməsi, varikosel adlanır. Varikosel kişi sonsuzluğuna səbəb ola bilir.
Zuğaşi Berepe
Zuğaşi Berepe — 1993-1998-ci illər aralığında Türkiyədə fəaliyyət göstərən ilk laz rok qrupu. Qrupun adı azərbaycanca "Dənizin uşaqları" mənasına gəlir. Qrup lazca ilə yanaşı türkcə və hemşincə də mahnılar ifa edib. Mehmedali Barış Beşlinin lazca siyasi çalarlı musiqi yaratma fikriylə Kazım Koyuncu ilə birlikdə 1993-cü ildə yaratdığı "ŞK'U" (Biz) qrupu bir il sonra İlhan Karahan və Metin Kalaçın da qrupa qoşulmasıyla adını dəyişərək Zuğaşi Berepe («Dənizin Uşaqları») etdi. 5 il fəaliyyət göstərən qrup sonuncu albomunu buraxdıqdan qısa bir müddət sonra fəaliyyətini dayandırdı. Mehmedali Barış Beşli - vokal Kazım Koyuncu - akustik gitara, vokal İlhan Karahan - elektrogitara Metin Kalaç - bass-gitara Çingiz Eyvazov - zərb alətləri Mahmut Turan - tulum Zülküfil Murat Dilek - zərb alətləri Cafer İsleyen - bass-gitara Gürsoy Tanç - elektrogitara Uğurcan Sezen - klaviş ° Qeyd: Zuğaşi Berepenin 1995-ci ildə buraxılan «Va Mişkunan» albomunun zərb alətləri hissəsini Yuxu qrupundan Çingiz Eyvazov ifa edib. Avlaskani Cuneli Golas Empula Yulun Yeşili Kamiyoni Bozo Bererttaşa Va Mişkunan Ernesto Ben Oxoşkva Do Oropa Şeni 1995-ci ildə Anadolu Müzik etiketiylə satışa buraxılan «Va Mişkunan» («Bilmirik») albomunun zərb alətləri hissəsini Yuxu qrupundan Çingiz Eyvazov ifa edib. Ma a Koçi Vore Enel Hak K3aperi Oropa Ar Tilifoni Ka Tun Mita Xendasoç Anlat Bana Dadişkimi Sopez Gulur İgzas 1998-ci ildə buraxılan «İgzas» («Yeriyir») albomu qrupun ikinci və sonuncu albomudur. Bu albomdan qısa bir müddət sonra qrup dağılmışdır.