Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Bağırbəyli
Bağırbəyli (Qafan) — Zəngəzur qəzasında, indiki Gorus rayonu ərazisində kənd. Bağırbəyli (Ucar) — Azərbaycan Respublikasının Ucar rayonunun inzibati ərazi vahidində kənd.
Bağırbəyli (Qafan)
Bağırbəyli (keçmiş Zəngəzur mahalı) yerləşən kənd. == Etimologiyası == Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indiki Gorus rayonu ərazisində kənd. Rayon mərkəzindən 21 km cənub-şərqdə yerləşirdi. Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. Burada 1907-ci ildə 836 nəfər azərbaycanlı yaşamışdır. 1918-ci ildə kənd erməni təcavüzünə məruz qalaraq sakinləri -azərbaycanlılar tarixi-etnik torpaqlarından qırğınlarla qovulmuşdur. 1920-ci ildə kənd ləğv edilmişdir. İndi xaraba kənddir. Toponim Bağırbəy şəxs adına mənsubluq bildirən -li şəkilçisinin artırılması ilə əmələ gəlib, «Bağırbəyə mənsub kənd» mənasını bildirir. Antropotoponimdir.
Bağırbəyli (Ucar)
Bağırbəyli — Azərbaycan Respublikasının Ucar rayonunun inzibati ərazi vahidində kənd. == Əhalisi == Əhalisinin sayı 214 nəfərdir (2009-cu il). == Tarixi == Bağırbəyli Ucar rayonunun Qulabənd inzibati ərazi vahidində kənd. Etnotoponimdir. 1917-ci ildə Qubadlı qəzasının Cicimli inzibati ərazi vahidində eyniadlı kənd qeydə alınmışdır. XIX əsrə aid məlumata görə, Göyçay qəzasında bağırbəyli adlı cəmi 5 ailədən ibarət elat yaşayırdı. Onlar XIX əsrin ortalarında Qulabənd qobusu və Qaraqulu yataq adlı yerdə məskunlaşaraq indiki kəndin əsasını qoymuşdular.
Zülfüqar bəy Bağırbəyov
Zülfüqar bəy Bağırbəyov (tam adı: Zülfüqar bəy Mirzə Ələkbər oğlu Bağırbəyov; 1884, Şuşa, Şuşa qəzası, Yelizavetpol quberniyası, Rusiya imperiyası – 1916) — çar ordusunun podpolkovniki. Zülfüqar bəy Bağırbəyov 1874-cü ildə Şuşa şəhərində anadan olmuşdu. Şuşa şəhər real məktəbini bitirmişdi. O, I Dünya müharibəsinə qatılmış, poruçik rütbəsi almışdı. "Niva" jurnalının 1905-ci il iyirmi beşinci nömrəsinin 496-cı səhifəsində onun adı və şəkili var. Həmin jurnalda onun haqqında bu sözlər yazılıb: Port-Artur döyüşlərindən sağ-salamat qayıdan Zülfüqar bəy Bağırbəyov Novobəyazid süvari alayında ştabs-kapitan rütbəsində xidmət edir. 1912-ci ildən 1914-cü ilə qədər Bakı şəhərinin hərbi komendantı olur. Həmin dönəmdə rütbəsi mayor idi. Birinci dünya müharibəsi illərində Avstriya və Ruminiya cəbhələrində iştirak edib. Nağı bəy Şeyxzamanlının Türkiyədə çap etdirdiyi "Xatirələrim" adlı kitabında Zülfüqar bəy Bağırbəyov haqqında yazılmışdır: Ənvər Çingizoğlu, Məhəmmədbağır bəy Cavanşirin törəmələri (Bağırbəyovlar), "Soy" elmi-kütləvi dərgi, 2011, №6, səh.3–6.
Qanat-i Bağırbəy (Çaypara)
Qanat-i Bağırbəy (fars. قنات باقربيك‎‎) — İranın Qərbi Azərbaycan ostanının Çaypara şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 442 nəfər yaşayır (104 ailə).