Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Başnalı
Başnalı — İrəvan quberniyasının İrəvan qəzasında, indi Qəmərli (Artaşat) rayonunda kənd. == Tarixi == Rayon mərkəzindən 4 km şimal-qərbdə, Gərni çayından ayrılan arxın kənarında yerləşir. «İrəvan əyalətinin icmal dəftəri»ndə, Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. Toponim türk mənşəli başnalı tayfasının adı əsasında əmələ gəlmişdir. Etnotoponimdir. Quruluşca sadə toponimdir. Erm. SSR AS RH-nin I.XII. 1949 - cu il fərmanı ilə kəndin adı dəyişdirilib Bağramyan qoyulmuşdur. == Əhalisi == Kəddə tarixən yalnız azərbaycanlılar yaşamışdır. 1829-32-cı illərdə İranın Xoy və Salmas bölgələrindən ermənilər köçürülüb burada yerləşdirilmişdir.