Başnalı — İrəvan quberniyasının İrəvan qəzasında, indi Qəmərli (Artaşat) rayonunda kənd.[2]
Kənd | |
Başnalı | |
---|---|
39°58′36″ şm. e. 44°31′10″ ş. u.HGYO | |
Ölkə | Ermənistan |
Region | Gərnibasar mahalı |
Rayon | Qəmərli rayonu |
Tarixi və coğrafiyası | |
Əsası qoyulub | 1829 |
Sahəsi |
|
Mərkəzin hündürlüyü | 830 m |
Saat qurşağı | UTC+4 |
Əhalisi | |
Əhalisi |
|
Rəsmi dili | |
Rəqəmsal identifikatorlar | |
Nəqliyyat kodu | 25 |
Vikianbarda əlaqəli mediafayllar |
Rayon mərkəzindən 4 km şimal-qərbdə, Gərni çayından ayrılan arxın kənarında yerləşir. «İrəvan əyalətinin icmal dəftəri»ndə[3], Qafqazın 5 verstlik xəritəsində[4] qeyd edilmişdir.
Toponim türk mənşəli başnalı tayfasının adı əsasında əmələ gəlmişdir. Etnotoponimdir. Quruluşca sadə toponimdir.
Erm. SSR AS RH-nin I.XII. 1949 - cu il fərmanı ilə kəndin adı dəyişdirilib Bağramyan qoyulmuşdur.
Kəddə tarixən yalnız azərbaycanlılar yaşamışdır. 1829-32-cı illərdə İranın Xoy və Salmas bölgələrindən ermənilər köçürülüb burada yerləşdirilmişdir[5].
Kənddə ermənilərlə yanaşı 1831-ci ildə 30 nəfər, 1873 - cü ildə 85 nəfər, 1886-cı ildə 56 nəfər, 1897-ci ildə 70 nəfər, 1904 - cü ildə 85 nəfər azərbaycanlı yaşamışdır[6].
1918-ci ilin martında azərbaycanlılar erməni soyqırımına məruz qalaraq deportasiya olunmuşdur. İndiki Ermənistanda sovet hökuməti qurulandan sonra kəndin sağ qalan sakinləri öz yurdlarına dönə bilmişdir. Burada 1922-ci ildə 14 nəfər, 1926-cı ildə 10 nəfər, 1931-ci ildə 7 nəfər azərbaycanlı yaşamışdır[7].
1940-cı illərdə azərbaycanlılar tamamilə qovulmuşdur. İndi burada ermənilər yaşayır.