Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Babəki
Babəki — Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Şərur rayonunda kənd. == Toponimikası və tarixi == Araz çayı yaxınlığında, şərur düzündədir. XX əsrin ortalarında qonşu Çərçiboğan kəndindən çıxmış bir qrup gənc ailənin burada məskunlaşması nəticəsində yaranmışdır. Toponim özündə xalq qəhrəmanı Babəkin adını əks etdirir. "Babəkə məxsus, Babəkin tərəfdarları" deməkdir. SSRİ dövründə Çərçiboğan, Arbatan, Dərvişlər, Keştaz, Sovetabad və Qara Həsənəli kəndləri ilə birlikdə "SSRİ-nin 50 illiyi" adına kolxozda birləşmişdir. == İnfrastruktur == 1982-ci ildə kəndə qaz və su kəməri çəkilib.
Babəki yaşayış yeri
Babəki yaşayış yeri — Şərur rayonunda, eyni adlı kəndin yaxınlığın da оrta əsrlərə aid yaşayış yeri. == Coğrafi mövqeyi == Аbidə Şərur rаyоnunun Bаbəki kəndi yахınlığındа yеrləşir. == Tədqiqi == Ərаzisi 3 hеktаrdır. Hazırda əkin sahələrinin altında qalmışdır. Tоrpaq işləri aparılarkən skelet qalıqları, gil qab qırıqları aşkar edilmişdir. Mədəni təbəqənin qalınlığı bəzi yerlərdə 2 m-dən artıqdır. Təbəqə tоrpaq qarışıq kül laylarından ibarət оlub, çəhrayı və sarı rəngli saxsı məmulatı (küpə, kasa, çanaq, qazan, səhəng və s.), tikinti qalıqları ilə və оsteоlоji materiallarla zəngindir. Yаşаyış yеri hаzırdа əkin sаhələrinin аltındа qаlmışdır. Yаşаyış yеrinin mərkəzi hissəsi uzunsоv-оvаl fоrmаlı təpə şəklində оlmuşdur. Təpənin аşınmаsı nəticəsində skеlеt qаlıqlаrı və gil qаb sınıqlаrı аşkаr еdilmişdir.
Babəkiyyə
Babəkiyyə və ya Məzyariyyə — Transubstantiasiya və reenkarnasiyaya inanan Hürrəmiyənin davamı olan Qulat-i Şiə məzhəbi. == Hürrəmilərin davamçıları olan Babəkilər == Onlar sələfləri Hürrəmilərin dünyada həmişə bir peyğəmbər olacağına, yer üzünün peyğəmbərsiz qala bilməyəcəyinə, peyğəmbərliyin ancaq peyğəmbərlik yolu ilə keçə biləcəyinə inandıqlarına uyğun olaraq, Babək Xürrəminin peyğəmbər olduğunu iddia edirdilər. == Babək Hürrəminin ilahiliyi == İbn Nedimin Babəkin ilahlıq iddiasına cəhd etdiyi qeydindən də anlaşıldığı kimi, Hürrəmiyənin davamı olan Qulat-i Şia bir təriqət meydana gətirmişdir. Babək Hürrəminin öz ilahiliyindən başqa, Hürrəmiyədən aldıqları siyasi taktiki dəyişikliklərdən ibarət idi. == Babəkilərin İslam anlayışı və əməlləri == Övladlarını Quran kurslarına göndərsələr də, namaz qılmayıb, Ramazan orucu tutmazlarmış. Bundan əlavə, kafirlərlə cihada getməyi lazımsız hesab edən bir icma qurmuşlardır. == Məzyəriyyə təriqətinin yaranması və Məzyar üsyanı == Babək üsyanında Babək Hürrəmiyə ən güclü dəstək verənlərdən biri də Babəkiyyə təriqətinin ən sadiq davamçılarından olan “Məz-Yar” olmuşdur. Orta əsr tarixçisi “Bəhaddin Məhəmməd ibn Həsən ibn İsfəndiyar” “Tarik-i Təbəristan” adlı əsərində, əslən dindar zərdüşt olan və miladi IX əsrdə Abbasi xilafətinə qarşı 839-cu ildə qiyam qaldıran Məzyarın bu sözləri dediyi bilinir: . == Məzyarın ölümü == Məzyar və Babək Hürrəmi birlikdə Abbasi xəlifəsi Əbu İshaq əl-Mötəsim bil-Lahın onlara qarşı göndərdiyi qoşunların əksəriyyətini dəf edə bilsələr də, qardaşı Kuhyarın xəyanətinə məruz qalan Məzyar nəhayət əsir götürülür. O, Bağdadda edamını gözləyən zaman xəlifənin cəlladları tərəfindən camaat qarşısında işgəncələrə məruz qalmamaq və alçaldıcı şəkildə edam edilməmək üçün zəhər içərək həyatına son qoyur.
Badəki
Badəki (Çaypara) — İranda kənd. Badəki (Urmiya) — İranda kənd.
Babək
Babək və ya Babək Xürrəmi və ya Babək Xürrəmdin (fars. بابک خرمدین‎; 1 iyul 798, Ərdəbil – yanvar 838, Səmərra, Səlahəddin mühafəzəsi) — Xürrəmilər hərəkatının rəhbəri, Ərəb Xilafətinə qarşı Cənubi Azərbaycandakı azadlıq müharibəsinə rəhbərlik etmiş sərkərdə. Fars mənbələrində adı "Bapak", erməni mənbələrində "Bab", "Baban" kimi də qeyd edilir. == Həyatı == Babəkin həyat və fəaliyyəti ilə bağlı olan başlıca əsər Baqid ibn Əmr ət-Təmiminin "Babəkin tarixi" əsəridir. Dövrümüzə qədər gəlib çatmamış bu əsər haqqında X əsr ərəb müəllifi İbn İshaq ən-Nədim özünün "əl-Fehrist" əsərində məlumat vermişdir. O, təqribən 798-ci ildə Ərdəbil yaxınlığındakı Bilalabad kəndində doğulmuşdur. Onun atasının adı Abdulla idi. Əbu Hənifə Dinavərin "Əxbar-ət tival" adlı əsərində isə belə yazır: "Babək Əbu Muslimin qızı Fatimənin oğlu Mutəhərrin övladından biridir. Və xurrəmiyidən olan Fatimiyə qəbiləsi ona mənsubdur". Bu ad sırf ərəb mənşəli olduğundan belə güman edilir ki, o, müsəlman olub.
Badəki (Çaypara)
Badəki (fars. بادكي‎‎) — İranın Qərbi Azərbaycan ostanının Çaypara şəhristanı ərazisinə daxil olan kənd. == Coğrafi yerləşməsi == Xoy şəhristanının Qaraziyəddin bölgəsinin Çaypara kəndistanında, Qaraziyəddin qəsəbəsindən 2,5 km qərbdədir. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 84 nəfər yaşayır (19 ailə).
Keçəltəpə (Babək)
Keçəltəpə — Azərbaycanın Babək rayonu ərazisində dağ. Arazın sol sahilində yerləşir. Naxçıvan şəhərindən 7 km. qərbdədir. Babək rayonu ərazisində dağ (hünd. 818,9 m). Naxçıvan dağarası çökəkliyinin tərkib hissəsi olan Naxçıvan düzünün qərbində, Araz su qovşağı su anbarının şimal sahilində, Naxçıvan şəhərindən 7 km qərbdədir. Orta Miosenin Çokrak regiomərtəbəsinə aid Xaçaparaq lay dəstəsinin terrigen-çökmə süxurlarından təşkil olunmuş erozion-denudasion mənşəli qalıq günbəzvari yüksəklikdir. Tektonik cəhətdən Naxçıvan qoyulma çökəkliyinin geoloji quruluşunda mühüm yer tutan Duzdağ sinklinalının cənub-şərq qanadının tərkibində iştirak edir.
Kültəpə (Babək)
Kültəpə (əvvəlki adı: Gültəpə) — Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Kültəpə kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 1 mart 2003-cü il tarixli, 423-IIQ saylı Qərarı ilə Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Kərimbəyli kənd inzibati ərazi dairəsi tərkibindəki Gültəpə kəndi Kültəpə kəndi adlandırılmışdır. Azərbaycan Respublikası Milli Məclisinin 30 sentyabr 2003-cü il tarixli, 500-IIQ saylı Qərarı ilə Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Kültəpə kəndi Kərimbəyli kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, bu kənd mərkəz olmaqla, Kültəpə kənd inzibati ərazi dairəsi yaradılmışdır. == Toponimikası == == Tarixi == 1951-ci ildə Azərbaycan ЕА Tarix İnstitutunun arxеoloji ekspedisiyası О. H. Həbibullayevin rəhbərliyi ilə I Kültəpədə sistemli tədqiqat işlərinə başlanmışdır. 1951–1964-cü illərdə aparılan tədqiqatlar zamanı müxtəlif dövrlərə aid dörd mədəni təbəqə aşkar edilmişdir. Nеolit təbəqəsində aparılan tədqiqatlar zamanı 5 tikinti qatı aşkar olunmuşdur. Üçüncü tikinti qatınta aşkar olunan evlər dördkünc formalıdır. Eneolit dövründə tikintilər əsasən dairəvi formada, çay daşları və möhrə ilə inşa edilmişdir. Evlərin qızdırılması üçün otağın mərkəzində yerləşdirilmiş ocaqdan, yаxud gil manqallardan istifadə edilmişdir. Diametri orta hesabla 7 metrə çatan, 35–55 sm qalınlığında divarları olan belə evlər çox hallarda arakəsmələrlə ayrı-ayrı hissələrə bölünmüşdür.
Kərimbəyli (Babək)
Kərimbəyli (əvvəlki adı: Leninabad) — Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Kərimbəyli kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 5 oktyabr 1999-cu il tarixli, 708-IQ saylı Qərarı ilə Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Leninabad kənd inzibati-ərazi vahidi tərkibindəki Leninabad kəndi Kərimbəyli kəndi, Leninabad kənd inzibati-ərazi vahidi Kərimbəyli kənd inzibati-ərazi vahidi adlandırılmışdır. == Toponimikası == == Tarixi == === Tarixi abidələri === Kənddə daşınmaz tarix və mədəniyyət abidəsi qeydə alınmamışdır. == Coğrafiyası və iqlimi == == Əhalisi == == İqtisadiyyatı == == Mədəniyyəti == Kənddə mədəniyyət müəssisəsi mövcud deyil. == Təhsil == Kənddə Kərimbəyli kənd tam orta məktəbi fəaliyyət göstərir. == Din == Kənddə dini ibadət yeri və ya dini icma qeydə alınmamışdır. == Səhiyyə == Kənddə səhiyyə müəssisəsi mövcud deyil.
Mərkəz (Babək)
Mərkəz — Babək rayonu ərazisində, Paiz kəndinin şimalındakı Çalxanqala ilə üzbəüz dağın yamacında orta əsrlərə aid yaşayır yeri. == Haqqında == Şimala doğru uzanan dar keçidlər Cəhriçayla birləşir. Ərazidə çay daşı və möhrədən inşa edilmiş, gil məhlulla bir-birinə bərkidilmiş dairəvi və dördkünc planlı tikinti qlaıqları vardır. Yaşayış yerinin üzərindən boz və çəhrayı rəngli keramika məmulatı və s. toplanmışdır. == Mənbə == Naxçıvan Ensiklopediyası. Bakı. 2002. səh. 319.
Məzrə (Babək)
Məzrə (əvvəlki adı: Alagözməzrə) — Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Məzrə kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 1 mart 2003-cü il tarixli, 423-IIQ saylı Qərarı ilə Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Alagözməzrə kənd inzibati ərazi dairəsi tərkibindəki Alagözməzrə kəndi Məzrə kəndi, Alagözməzrə kənd inzibati ərazi dairəsi Məzrə kənd inzibati ərazi dairəsi adlandırılmışdır. == Toponimikası == Elmi ədəbiyyatda bu oykonim Alagözmərzə şəklində də izah olunur. Oykonim Alagöz (ərazidəki eyniadlı dağın adı ilə bağlıdır) və məzrə (ər. "əkin yeri", "tarla") sözlərindən düzəlib, "Alagöz dağının ətəyində əkin yeri" deməkdir. == Tarixi == === Tarixi abidələri === Məzrə kəndində aşağıdakı daşınmaz tarix və mədəniyyət abidələri qeydə alınmışdır: == Coğrafiyası və iqlimi == Kənd Naxçıvançayın sol sahilində, Zəngəzur silsiləsinin cənub-qərb ətəyində yerləşir. == Əhalisi == == İqtisadiyyatı == == Mədəniyyəti == Kənddə mədəniyyət müəssisəsi mövcud deyil. == Təhsil == Kənddə Məzrə kənd tam orta məktəbi fəaliyyət göstərir. == Din == Kənddə dini ibadət yeri və ya dini icma qeydə alınmamışdır. == Səhiyyə == Kənddə səhiyyə müəssisəsi mövcud deyil.
Nəhəcir (Babək)
Nəhəcir — Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Nəhəcir kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 1 mart 2003-cü il tarixli, 423-IIQ saylı Qərarı ilə Naxçıvan Muxtar Respublikasının Culfa rayonunun Nəhəcir kəndi Qazançı kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, bu kənd mərkəz olmaqla, Nəhəcir kənd inzibati ərazi dairəsi yaradılmışdır. Azərbaycan Respublikası Milli Məclisinin 28 noyabr 2014-cü il tarixli, 1119-IVQ saylı Qərarı ilə Naxçıvan Muxtar Respublikasının Culfa rayonunun inzibati ərazi bölgüsünə daxil olan Nəhəcir kənd inzibati ərazi dairəsi tərkibindəki Nəhəcir kəndi Babək rayonunun inzibati ərazi bölgüsünə daxil edilmiş, Nəhəcir kənd inzibati ərazi dairəsi Culfa rayonunun tabeliyindən çıxarılaraq Babək rayonunun tabeliyinə verilmişdir. == Toponimikası == Bəzi tədqiqatçılara görə, kəndin əsl adı Nuhəcərdir. Oykonim "Nuh" (peyğəmbər adı) və fars dilindəki "cir" (yamac, maili yer) sözlərindən ibarət olub, "Nuhun yamacı" mənasındadır. Bu tədqiqatçılar Naxçıvan zonasında geniş yayılmış Nuh haqqında əfsanəyə əsaslanırlar. Kəndin yaxınlığındakı Nəhəcir qayasının məşhur Gəmiqaya dağının yaxınlığında olması da buna əsas verir. Naxçıvanda Nuh mağarası, Nuhdaban, Nuh gəmisinin qayhası və s. Adlar da Nuhəcir toponimi ilə əlaqələndirilir, lakin tədqiqatçıların bir qismi bu fikirdədir ki, oykonim Nəxcir adının təhrif formasıdır. Ərəb dilində nəxcir "vəhşi keçi, ov heyvanı, şikar" deməkdir.
Nəzərabad (Babək)
Nəzərabad — Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Nəzərabad kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 30 sentyabr 2003-cü il tarixli, 500-IIQ saylı Qərarı ilə Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Nəzərabad kəndi Şıxmahmud kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, Didivar kəndi mərkəz olmaqla, Didivar kənd inzibati ərazi dairəsi yaradılmışdır. == Toponimikası == Kəndin keçmiş adı Dəmirzindan (oradakı dəmir körpünün adı) olmuşdur. Yaşayış məntəqəsi vaxtı ilə Dərələyəz mahalından köçməyə məcbur olmuş ailələrin Dəmirzindan adlı yerdə məskunlaşması nəticəsində yaranmışdır. XIX əsrə aid məlumata görə Naxçıvan əyalətində suvarma məqsədilə istifadə edilən su ayrı-ayrı qolçomaqlara məxsus olduğu halda tək-tək hallarda bütün icmaya məxsus idi. Belə icmalardan biri də Nehrəm icması olmuşdur. Tədqiqatçılara görə oykonim ərəb dilindəki nəhr (çay, kanal, axar su) və am/əm icma komponentlərindən düzəlib. İcmaya məxsus su mənasındadır. Oykonim "Nəzərə məxsus kənd"mənasındadır. == Tarixi == === Tarixi abidələri === Nəzərabad kəndində aşağıdakı daşınmaz tarix və mədəniyyət abidələri qeydə alınmışdır: == Coğrafiyası və iqlimi == Kənd Cəhriçayın sahilində, dağətəyi düzənlikdə yerləşir.
Payız (Babək)
Payız (əvvəlki adı: Paiz) — Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Payız kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 1 mart 2003-cü il tarixli, 423-IIQ saylı Qərarı ilə Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Cəhri kənd inzibati ərazi dairəsi tərkibindəki Paiz kəndi Payız kəndi adlandırılmışdır. Azərbaycan Respublikası Milli Məclisinin 30 sentyabr 2003-cü il tarixli, 500-IIQ saylı Qərarı ilə Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Payız kəndi Cəhri kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, bu kənd mərkəz olmaqla, Payız kənd inzibati ərazi dairəsi yaradılmışdır. == Toponimikası == Yerli əhalinin məlumatına görə kəndin əsl adı Payızdır və payızlıq sahədə yerləşdiyinə görə belə adlandırılır. Kəndin ərazisi payızlıq əkin üçün yararlıdır. Əslində kəndin adı İran dillərinnə məxsus payız sözündən olub "uc, son nöktə, ətək, ayaq, dib" deməkdir. Kənd həqiqətəndə dağ ətəyində yerləşir. == Tarixi == === Tarixi abidələri === Kənddə daşınmaz tarix və mədəniyyət abidəsi qeydə alınmamışdır. Vəlibaba mağarası == Coğrafiyası və iqlimi == Kənd dağətəyi ərazidə yerləşir. == Əhalisi == === Tanınmış şəxsləri === Qurban Abbasov — fəxri neftçi, əməkdar mühəndis.
Qaraqala (Babək)
Qaraqala — Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Məmmədrza Dizə kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 30 sentyabr 2003-cü il tarixli, 500-IIQ saylı Qərarı ilə Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Qaraqala kəndi Məzrə kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, Məmmədrza Dizə kəndi mərkəz olmaqla, Məmmədrza Dizə kənd inzibati ərazi dairəsi yaradılmışdır. == Toponimikası == == Tarixi == === Tarixi abidələri === Qaraqala kəndində aşağıdakı daşınmaz tarix və mədəniyyət abidələri qeydə alınmışdır: == Coğrafiyası və iqlimi == Kənd rayon mərkəzindən 15 kilometr şimalda, düzənlikdə yerləşir. == Əhalisi == == İqtisadiyyatı == Əhalisi taxılçılıq, heyvandarlıq, meyvəçilik və quşçuluqla məşğuldur. == Mədəniyyəti == Kənddə mədəniyyət müəssisəsi mövcud deyil. == Təhsil == Kənddə Qaraqala kənd tam orta məktəbi fəaliyyət göstərir. == Din == Kənddə dini ibadət yeri olaraq məscid qeydə alınmışdır. == Səhiyyə == Kənddə səhiyyə müəssisəsi mövcud deyil.
Qoşadizə (Babək)
Qoşadizə (əvvəlki adı: Qoşa Dizə) — Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Qoşadizə kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 1 mart 2003-cü il tarixli, 423-IIQ saylı Qərarı ilə Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Qoşa Dizə kənd inzibati ərazi dairəsi tərkibindəki Qoşa Dizə kəndi Qoşadizə kəndi, Qoşa Dizə kənd inzibati ərazi dairəsi Qoşadizə kənd inzibati ərazi dairəsi adlandırılmış, Qoşadizə kənd inzibati ərazi dairəsi tərkibindəki Araz qəsəbəsi və Təzəkənd kəndi rayonun ərazi vahidləri uçot məlumatından çıxarılmışdır. Azərbaycan Respublikası Milli Məclisinin 30 sentyabr 2015-ci il tarixli, 1342-IVQ saylı Qərarı ilə Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Qoşadizə kənd inzibati ərazi dairəsi tərkibindəki Qoşadizə kəndinin 658 ha (bundan dövlət mülkiyyətində olan 28 ha, bələdiyyə mülkiyyətində olan 311 ha və xüsusi mülkiyyətdə olan 319 ha) təşkil edən ərazisi Qanuna əlavə edilmiş xəritəyə uyğun olaraq, Babək qəsəbə inzibati ərazi dairəsi tərkibindəki Babək qəsəbəsinin ərazisinə birləşdirilmiş, Babək rayonunun Qoşadizə kənd inzibati ərazi dairəsi ləğv edilmiş, Babək rayonunun Qoşadizə kənd inzibati ərazi dairəsi və onun tərkibindəki Qoşadizə kəndi Azərbaycan Respublikasının ərazi vahidlərinin Dövlət reyestrindən çıxarılmışdır. == Toponimikası == Məlumatlara görə oykonim qoşa və İran dillərinə məxsus olan dizə, "qala", "kənd", "istehkam", "hasar" mənalarında işlədilən sözlərdən ibarət olub, "qoşa qala, istehkam" deməkdir. == Tarixi == === Tarixi abidələri === Qoşadizə kəndində aşağıdakı daşınmaz tarix və mədəniyyət abidəsi qeydə alınmışdır: == Coğrafiyası və iqlimi == Kənd Naxçıvançayın sahilində yerləşirdi. == Əhalisi == == İqtisadiyyatı == == Mədəniyyəti == Kənddə mədəniyyət müəssisəsi mövcud deyil. == Təhsil == Kənddə təhsil müəssisəsi mövcud deyil. == Din == Kənddə dini ibadət yeri və ya dini icma qeydə alınmamışdır. == Səhiyyə == Kənddə səhiyyə müəssisəsi mövcud deyil.
Qızılvəng (Babək)
Qızılvəng — Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Qoşa Dizə kənd inzibati ərazi dairəsində qəsəbə. Azərbaycan Respublikası Milli Məclisinin 8 fevral 2000-ci il tarixli, 809-IQ saylı Qərarı ilə Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Qoşa Dizə kənd inzibati ərazi dairəsi tərkibindəki Qızılvəng qəsəbəsi rayonun yaşayış məntəqələri uçot məlumatından çıxarılmışdır. == Toponimikası == == Tarixi == === Tarixi abidələri === Qızılvəng qəsəbəsində aşağıdakı daşınmaz tarix və mədəniyyət abidəsi qeydə alınmışdır: == Coğrafiyası və iqlimi == == Əhalisi == == İqtisadiyyatı == == Mədəniyyəti == Qəsəbədə mədəniyyət müəssisəsi mövcud deyil. == Təhsil == Qəsəbədə təhsil müəssisəsi mövcud deyil. == Din == Qəsəbədə dini ibadət yeri və ya dini icma qeydə alınmamışdır. == Səhiyyə == Qəsəbədə səhiyyə müəssisəsi mövcud deyil.
Sirab (Babək)
Sirab — Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Sirab kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 5 oktyabr 1999-cu il tarixli, 708-IQ saylı Qərarı ilə Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Sirab kəndi Qahab kənd inzibati-ərazi vahidi tərkibindən ayrılaraq, bu kənd mərkəz olmaqla Sirab kənd inzibati-ərazi vahidi yaradılmışdır. == Toponimikası == Kəndin cənubundakı antik dövrə və orta əsrlərə aid yaşayış yeri və qəbir abidələri, kənddən şimal-qərbdəki Sarıdağda isə karst mağarası bu ərazinin qədim insan məskəni olduğundan xəbər verir. Xalq etimologiyasına görə bu toponim "baş su" (sərab) və ya "sirli su" (sirab) mənasındadır. Tədqiqatçılara görə isə fars dilindəki sir (bol, doymuş) və ab (su) sözlərinin birləşməsindən düzəlib "bol sulu, sudan doymuş" mənasındadır. Kəndin yaxınlığında 1979-cu ildə istifadəyə verilmiş Sirab su anbarı da var. == Tarixi == === Tarixi abidələri === Sirab kəndində aşağıdakı daşınmaz tarix və mədəniyyət abidələri qeydə alınmışdır: == Coğrafiyası və iqlimi == Kənd dağətəyi ərazidə yerləşir. == Əhalisi == == İqtisadiyyatı == == Mədəniyyəti == Kənddə mədəniyyət müəssisəsi mövcud deyil. == Təhsil == Kənddə Sirab kənd tam orta məktəbi fəaliyyət göstərir. == Din == Kənddə dini ibadət yeri və ya dini icma qeydə alınmamışdır.
Sust (Babək)
Sust — Naxçıvan Muxtar Respublikasının Babək rayonu ərazisində kənd. == Toponimikası == Kəndin ətrafında qəribə bir sakitlik var. Kəndin adı "sakitlik", "sustalmaq" sözündən götürülüb və bəzi tədqiqatçılar duzla əlaqələndirsələr də, "sakit guşə" anlamında işlənir. == Tarixi == Hazırda kənd ərazisi Kəngərli rayonun ərazisi hesab olunur. Sustdə vaxtilə çox böyük bir şəhər olub. Bu yaşayış məntəqəsi XV-XVII əsrlərdə ölkə üçün mühüm əhəmiyyət kəsb edib. Şərqdən Qərbə gedən karvanların bir çoxu buradan keçib. Kəndin şərqində duz emal olunub və Avropadan bura karvanlar duz aparmaq üçün gəlib. Buranın duzu yüksək keyfiyyəti ilə seçilib. Amma XX əsrin 70-ci illərindən başlanan köçürülmə siyasəti kəndin tamamilə boşalmasına səbəb olub.
Susuzdağ (Babək)
Susuzdağ — Babək rayonu ərazisində dağ (hünd. 2672,7 m). Dərələyəz silsiləsinin suayırıcısında zirvə. Yuxarı Buzqov kəndindən 3,8 km şimal-qərbdə, Lizbitçayın mənbə hissəsindədir. Orta Triasın Anizi və Ladin mərtəbələrinə aid Ərdağı lay dəstəsinin dolomitlərindən təşkil olunmuş konusvari yüksəklikdir. Tektonik cəhətdən Şərur-Culfa qalxım zonasının Şərur seqmentinin şimal-şərq cinahında müşahidə edilən Buzqov sinklinalının nüvə hissəsində yerləşir.
Topdağ (Babək)
Topdağ — Babək rayonu ərazisində dağ (hünd. 786,6 m). Naxçıvan dağarası çökəkliyinin cənub-şərqində, Naxçıvan düzü sahəsində, Araz su anbarının sahilindəki alçaq burunu əmələ gətirən zirvə. Qaraçuq qəsəbəsindən 1,75 km qərbdədir. Üst Pleystosenin allüvial-prolüvial çöküntülərdən təşkil olunmuşdur. Tektonik cəhətdən Naxçıvan qoyulma çökəkliyinin cənub-qərb cinahında yerləşir.
Təzəkənd (Babək)
Təzəkənd — Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Kəngərli rayonunda kənd. Azərbaycan Respublikası Milli Məclisinin 1 mart 2003-cü il tarixli, 423-IIQ saylı Qərarı ilə Babək rayonunun Çalxanqala kənd inzibati arazi dairəsi tərkibindəki Təzəkənd kəndi Təzəkənd adlandırılmış, Təzəkənd və Xıncab kəndləri Çalxanqala kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, Xıncab kəndi mərkəz olmaqla, Babək rayonunun tərkibində Xıncab kənd inzibati ərazi dairəsi yaradılmışdır. == Tarixi == Kəndin keçmiş adı Sərdərabad olmuşdur, sonralar dəyişdirilərək Təzəkənd adlandırılmışdır. === Tarixi abidələri === Təzəkənd kəndində aşağıdakı daşınmaz tarix və mədəniyyət abidələri qeydə alınmışdır: == Mədəniyyəti == Kənd mərkəzində yeni tikilmiş məktəb, ictimai-iaşə, və s. binalar fəaliyyət göstərir. == Coğrafiyası və iqlimi == Kəngərli rayonunun Təzəkənd kəndi Şərur düzündədir. Şimaldan Kəngərli rayonunun Çalxanqala kəndi, cənubdan Naxçıvan-Sədərək yolunun əhatə etdiyi ərazi (Duz dağı mədəni əhatəsi), şərqdən Babək rayonunun Payız kəndi, qərbdən Kəngərli rayonunun Xıncab kəndi ilə qonşu sərhəddə yerləşir İqlimi kəskin kontinentaldır – yayda çox isti, qışda soyuq olur. == Əhalisi == Əhalisi 538 nəfərdir. Kəndin köhnə adı Əznəbürddür. (Təzəkənd (Babək)) == Şəxsiyyətlər == Səfərəli Babayev == İqtisadiyyatı == Kənd əhalisi əsasən əkinçilik və heyvandarlıqla məşğul olur.
Vayxır (Babək)
Vayxır — Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Vayxır kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 5 oktyabr 1999-cu il tarixli, 708-IQ saylı Qərarı ilə Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Vayxır kəndi Alagözməzrə kənd inzibati-ərazi vahidi tərkibindən ayrılaraq, bu kənd mərkəz olmaqla Vayxır kənd inzibati-ərazi vahidi yaradılmışdır. == Toponimikası == Kəndin yaxınlığında Köhnə Vayxır adlı xarabalıq mövcuddur. Həmin kəndin dağılması nəticəsində indiki Vayxır yaşayış məntəqəsi yaranmışdır. Kəndin adı oradakı Vayxır mineral bulağının adındandır. Bulağın adı isə orta fars dilində vah – "yaxşı", "xeyirxah" (müasir "beh/bəh" sözünün qədim halı) və xvar – "yer" sözlərindən ibarətdir ki, bu da bulağın müalicə əhəmiyyətli mineral su olması ilə əlaqədardır. == Tarixi == === Tarixi abidələri === Vayxır kəndində aşağıdakı daşınmaz tarix və mədəniyyət abidələri qeydə alınmışdır: == Coğrafiyası və iqlimi == Kənd Naxçıvançayın sahilində, alçaq təpəlikdə yerləşir. == Əhalisi == === Tanınmış şəxsləri === Əhməd Qəşəmoğlu — şair, publisist, sosioloq, 1988-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, iqtisad elmləri doktoru (1978). == İqtisadiyyatı == == Mədəniyyəti == Kənddə mədəniyyət müəssisəsi mövcud deyil. == Təhsil == Kənddə Vayxır kənd tam orta məktəbi fəaliyyət göstərir.
Xalxal (Babək)
Xalxal — Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Vayxır kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 5 oktyabr 1999-cu il tarixli, 708-IQ saylı Qərarı ilə Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Alagözməzrə kənd inzibati-ərazi vahidinin Xalxal kəndi Vayxır kənd inzibati-ərazi vahidinin tərkibinə verilmişdir. == Toponimikası == Cənubi Azərbaycanda Xalxal şəhəri, Xalxal məhəllə, Xalxal Kuçek yaşayış məntəqələri mövcuddur. XIX əsrdə İrəvan quberniyasında Xalxallı adlı iki dağ, Gürcüstan ərazisində Xalxal dağı qeydə alınmışdır. Tədqiqatçılar bu toponimi Azərbaycan dialektlərində "açıq hava şəraitində mal-qara saxlamaq üçün ətrafı hasarlanmış yer, ağıl" mənasında işlənən xalxal sözü ilə bağlayırlar. == Tarixi == === Tarixi abidələri === Kənddə daşınmaz tarix və mədəniyyət abidəsi qeydə alınmamışdır. == Coğrafiyası və iqlimi == Kənd Naxçıvançayın sahilində, Zəngəzur silsiləsinin ətəyində yerləşir. == Əhalisi == == İqtisadiyyatı == == Mədəniyyəti == Kənddə mədəniyyət müəssisəsi mövcud deyil. == Təhsil == Kənddə Xalxal kənd tam orta məktəbi fəaliyyət göstərir. == Din == Kənddə dini ibadət yeri və ya dini icma qeydə alınmamışdır.
Xəlilli (Babək)
Xəlilli — Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Şıxmahmud kənd inzibati ərazi dairəsində kənd. == Toponimikası == == Tarixi == === Tarixi abidələri === Kənddə daşınmaz tarix və mədəniyyət abidəsi qeydə alınmamışdır. == Coğrafiyası və iqlimi == Kənd Arazboyu düzənlikdə yerləşir. == Əhalisi == == İqtisadiyyatı == == Mədəniyyəti == Kənddə mədəniyyət müəssisəsi mövcud deyil. == Təhsil == Kənddə Xəlilli kənd tam orta məktəbi fəaliyyət göstərir. == Din == Kənddə dini ibadət yeri və ya dini icma qeydə alınmamışdır. == Səhiyyə == Kənddə səhiyyə müəssisəsi mövcud deyil.
Yarımca (Babək)
Yarımca — Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Yarımca kənd inzibati ərazi dairəsində kənd. == Toponimikası == Oykonim "kəndin yarısı" mənasındadır. == Tarixi == === Tarixi abidələri === Yarımca kəndində aşağıdakı daşınmaz tarix və mədəniyyət abidələri qeydə alınmışdır: == Coğrafiyası və iqlimi == Kənd Naxçıvan şəhərindən 4 km şimal-şərqdə, Naxçıvançayın sahilində, Naxçıvan-Sirab avtomobil yolunun kənarında, dağ ətəyində yerləşir. == Əhalisi == == İqtisadiyyatı == Əhali taxılçılıq, tütünçülük, üzümçülük və heyvandarlıqla məşğuldur. == Mədəniyyəti == Kənddə mədəniyyət evi mövcuddur. == Təhsil == Kənddə Yarımca kənd tam orta məktəbi fəaliyyət göstərir. == Din == Kənddə dini ibadət yeri və ya dini icma qeydə alınmamışdır. == Səhiyyə == Kənddə tibb məntəqəsi mövcuddur.
Bağəli
Bağəli (əvvəlki adı: Bəğələ) — Azərbaycan Respublikasının İsmayıllı rayonunun inzibati ərazi vahidində kənd. Lahıc turizm zonasında yerləşir. == Əhalisi == Kənd əhalisi tatlardan ibarətdir. Kənddə 44 nəfər yaşayır ki, onun da 22 nəfəri kişi, 22 nəfəri isə qadındır. Əhali maldarlıq və bostançılıqla məşğul olur. Kənd elektrik enercisi ilə təmin edilir. Kənddə yeməkxana və çayxana yoxdur. Kəndə yay mövsümündə avtomobillə, qış mövsümündə isə Lahıc qəsəbəsindən sonra 5 km yolu piyada getmək olar. == Tarixi == Yaşayış məntəqəsi XIX əsrdə Lahıcdan çıxmış ailələrin Bağəli adlı yerdə məskunlaşması nəticəsində yaranmışdır.
Bəbəli
Bəbəli — Azərbaycan Respublikasının Xaçmaz rayonunun inzibati-ərazi vahidində kənd.
Daləki
Daləki— İranın Buşehr ostanının Dəştistan şəhristanının Mərkəzi bəxşində şəhər. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 7,861 nəfər və 1,637 ailədən ibarət idi.
Kabuki
Kabuki (yap. 歌舞伎) — ənənəvi Yaponiya teatr sənəti. Mahnı ifa etməyin, musiqinin, rəqsin və dramın sintezini özündə əks etdirir. Kabuki sənət ustaları ağır qrimdən və yüksək rəmzli geyimlərdən istifadə edirlər. “Kabuki” sözü yapon dilində üç heroqlifdən ibarətdir — 歌舞伎. Burada 歌舞 (kabu) simvolları “mahnı və rəqs”, 伎 (ki) işarəsi isə “ustalıq” mənasını daşıyır. Kabuki janrı XVII əsrdə Edo dövründə xalq mahnıları və rəqslərinin əsasında yaranıb. Bu janrın yaranması Okuni adlı İdzumi Taysya məbədinin qulluqçusu ilə əlaqəlidir. Belə ki, Okuni 1603-cü ildə Kioto çayının qurumuş qolunda və şəhərin küçələrində ayini rəqslər ifa etməyə başlayır. Müasir Yaponiyada kabuki ən məşhur teatr sənəti kimi tanınır.
Baləli
Balaəli (Balaəli Maştağalı olaraq da bilinir; tam adıyla: Balaəli Oqtay oğlu Rzayev; d. 28 avqust 1986, Bakı) — azərbaycanlı meyxanaçı. == Həyatı == Balaəli Maştağalı 1986-cı il avqustun 28-də Azərbaycanın Bakı şəhərində doğulub. === Populyarlıq qazanması === 2010-cu və 2011-ci ildə Azərbaycan telekanallarında yayımlanan "De Gəlsin" meyxana yarışmasında iştirak edib. Meyxanaçı 2022-ci ildə "Vurularam hərdən" meyxanası ilə populyarlıq qazanmışdır. == Ailəsi == Ailəlidir, bir qızı var.
Babalı
Babalı (Cəlilabad) — Cəlilabad rayonunun inzibati ərazi vahidində kənd. Babalı (Çaldıran) — Bəbəli — Xaçmaz rayonunun inzibati ərazi vahidində kənd.
Babarı
Babarı (az.-əski. بابارێ‎, fars. بابارود‎) - İranın Zəncan ostanının Tarım şəhristanının Mərkəzi bəxşinin Dəram qəsəbəsinin ərazisinə daxil olan kənd. == Əhalisi == 2016-cı ilin məlumatına görə kənddə 59 nəfər yaşayır (25 ailə).
Bareli
Bareli, bəzən Bareyli (hind. बरेली, urdu بریلی, ing. Bareilly) — Hindistanın şimalında, Uttar-Pradeş ştatında şəhər. Əhalisi 979,9 min nəfərdir (2011). Ramqanqa çayı sahilindədir. Eyni adlı Bareli dairəsinin mərkəzidir. Nəqliyyat qovşağıdır. == Tarixi == Şəhər 1537-ci ildə salınmışdır. 1707–20-ci illərdə Şimali Hindistanın Rohilkhanda (hərfi mənada “rohillər ölkəsi”) racalığının paytaxtı olmuşdur. 1740-cı illərdə əfqanlar tərəfindən işğal edilmişdir.
Baseri
Basiri eli — İranın Fars ostanının Fars dilli Xəmsə ellərindən biridir ki Abadə, İqlid, Mərvdəşt, Cəhrom, Şiraz və Larda yaşayırlar. == Oymaqlar == Külümbey Ləbu Musa Əlqulu Zöhrabi Eli Xas Əli Qənbari Kərəmi Əli Şahqulu Hənnayi Mir Cövçin Əbdüli (Abdullahi) Fərhadi Nənə Ərəb Hüseynəhmədi, İqlidin Aspas kəndi və Sərvistanın Çahəncir kəndində, == İstinadlar == == Mənbə == Nomads Of South Persia — The Basseri Tribe Of The Khamseh Confederacy. — Frederik Barth.
Bateti
Bateti — Tiflis quberniyasının Qori qəzasında kənd adı. == Toponimkası == Bateti- Tiflis quberniyasının Qori qəzasında kənd adı. Şimali Qafqazda Ter əyalətinin Xasav-Yurt dairəsində Bat-Yurd, həmin əyalətin Kızıl-Yar dairəsində Bada-Yurd (yenə orada), Yelizavetpol (Gəncə) quberniyasında Badakənd, Badaçay, Lənkəran-Astara bölgəsində Bədəlan, Qazax qəzasında Bayta (qışlaq adı), Borçalı qəzasında Baytalı və b. adlarla eynidir. VII əsr müəllifi Musa Kalankatlının "Alban tarixi" əsərində Albaniyada Saz-Baday (türk dillərində saz "qamışlıq" "bataqlıq yeri") toponimi ilə ("Alban tarixi" I kitab, 33-cü fəsil) səsləşir. Pateti (əsli görünür Bata-eti) toponimi bizdə Bata, Bada tayfasının adını göstərir. Bunu İrəvan quberniyasının Eçmiadzin qəzasında Badalı və Göyçə bölgəsində Bədəli kənd adları da göstərir. Erkən orta əsrlərdə Cənub-şərqi Avropada yaşamış və qədim rus mənbələrində adı Bout kimi yazılmış bir türk mənşəli tayfanın adını əks etdirir.
Batexi
Batexi Tiflis quberniyasının Tioneti qəzasında dağ adı. == Toponimkası == Batexi - Tiflis quberniyasının Tioneti qəzasında dağ adı. XIX əsrdə Şimali Qafqazın Ter əyalətinin Kizil-Yar ərazisində Bata-Yurd və Xasavyurd dairəsində Badayurt (yenə orada) toponimləri ilə eynidir. Qədim türkmənşəli Bout tayfa adı ilə bağlıdır.