Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Babilistan
Babilistan və ya Babiloniya (akkad. Karduniaš; q.misir Sangar) —Mesopotamiyanın cənubunda (müasir İraq ərazisi), Dəclə və Fərat çayları arasında e.ə. II minilliyin əvvəllərində yaranmış və e.ə. 539-cu ildə müstəqilliyini itirmiş qədim vilayət və dövlət. Dövlətin paytaxtı Babil şəhəri idi və adını buradan almışdır. Babilin qurucuları olan sami amoreylər qədim Mesopotamiyanın keçmiş dövlətləri Şumer və Akkadın mədəniyyətini miras qoymuşdular. Babilin rəsmi dili yazılı Akkad dili idi və köhnəlmiş şumer dili uzun müddət kult dili kimi qorunub saxlanılmışdır.
Bilistan
Bilistan — Azərbaycan Respublikasının İsmayıllı rayonunun inzibati ərazi vahidində kənd. == Coğrafiyası və iqlimi == Bilistan kəndi Baş Qafqaz silsiləsinin cənub ətəyində yerləşir. Toponim tat dilindəki bil (sucaq yer, bataqlıq, çökəklik) və stan (yer, məkan) sözlərindən (- i birləşdirici şəkilçidir) ibarət olub, “çökəklik (sucaq) yer” mənasındadır. == Əhalisi == Əhali əsasən ləzgilərdən ibarətdir. Əhalisi 79 nəfərdir ki onunda 37 nəfəri kişi, 42 nəfəri qadındır.
Balistan (Urmiya)
Balistan (fars. بالستان‎) — İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 973 nəfər yaşayır (248 ailə).