Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Badambura
Badambura və ya badamlı borucuq - Azərbaycan mətbəxinə aid şirniyyat növüdür. Şərqdə, o cümlədən Azərbaycanda geniş yayılmış şirniyyat növü. Badambura bişirmək üçün buğda unu, xama, yumurta, çay sodası, maya, yaxud xəmir qabartması, badam, şəkər tozu, hil və kərə yağından istifadə olunur. Yoğrulmuş xəmir kündə lənir, yayılır, qat-qat yağlanır və kiçik dairələrə bölünür; hər dairənin arasına hil qatılmış iç (xırdalanmış badam və şəkər tozundan ibarət) qoyulur və kənarları bükülür. Sobada bişdikdən sonra üstünə şəkər tozu səpilir. == Lazım olan məmulatlar == Əla növ buğda unu - 410q, Xama - 185q, kərə yağı - 120q, badam - 220q, şəkər tozu - 180q, hil - 5q, şəkər kirşanı - 35q, maya - 10q, konyak - 3q, duz. == Hazırlanma qaydası == Una kərə yağı, xama, şəkər kirşanı, duz və maya əlavə edilib xəmir yoğrulur. İç hazırlamaq üçün badam qaynar suda pörtülür, qabığı təmizlənir və qurudulur. Quru badam sürtgəcli maşında üyüdülür, ona şəkər tozu, hil və konyak əlavə edilib qarışdırılır. Xəmir gəldikdən sonra 40 qramlıq paylara bölünür.
Badamburma

Bağamburq
Öksəotu (lat. Viscum) - səndəlkimilər fəsiləsinə aid bitki cinsi. == Növləri == == İstinadlar == Öksəotu:The Plant List saytında takson barədə məlumat.
Ağ bağamburq, Hәmişәcavan
Ağ öksəotu (lat. Viscum album) — öksəotu cinsinə aid bitki növü. == Haqqında == Hündürlüyü 50 sm-ə qədər olan, sıx çəngəlvari budaqlanmış şarşəkilli koldur; budaqları oduncağabənzərdir, qışlayan yarpaqları vardır. Bitki bütünlüklə çılpaq olub, sarımtıl-yaşıl rəngdədir. === Yarpaq === Yarpaqları oturaqdır, qalındır, uzunsov və ya uzunsov-ovaldır, qaidə hissəsinə doğru qısa daralmış, kütdür. === Çiçək === Martda çiçək açır. Çiçəkləri sarımtıl-yaşıl rəngdə olub, 5–6 ədəd olmaqla haçalanmış budaqlarda toplanmışdır. === Meyvə === Giləmeyvələri şarşəkilli formalı, ağ və ya sarımtıl rənglidir, diametri 9–10 mm-dir. Mart-İyun aylarında çiçək açır. == Yayılması == Samur-Şabran oval., Qobustan, BQ şərq, BQ qərb, KQ mərkəzi, KQ cənub, Lənk.dağ., Lənk.