BADAMBACI
BADAMBUTA
OBASTAN VİKİ
Badambura
Badambura və ya badamlı borucuq - Azərbaycan mətbəxinə aid şirniyyat növüdür. Şərqdə, o cümlədən Azərbaycanda geniş yayılmış şirniyyat növü. Badambura bişirmək üçün buğda unu, xama, yumurta, çay sodası, maya, yaxud xəmir qabartması, badam, şəkər tozu, hil və kərə yağından istifadə olunur. Yoğrulmuş xəmir kündə lənir, yayılır, qat-qat yağlanır və kiçik dairələrə bölünür; hər dairənin arasına hil qatılmış iç (xırdalanmış badam və şəkər tozundan ibarət) qoyulur və kənarları bükülür. Sobada bişdikdən sonra üstünə şəkər tozu səpilir. == Lazım olan məmulatlar == Əla növ buğda unu - 410q, Xama - 185q, kərə yağı - 120q, badam - 220q, şəkər tozu - 180q, hil - 5q, şəkər kirşanı - 35q, maya - 10q, konyak - 3q, duz. == Hazırlanma qaydası == Una kərə yağı, xama, şəkər kirşanı, duz və maya əlavə edilib xəmir yoğrulur. İç hazırlamaq üçün badam qaynar suda pörtülür, qabığı təmizlənir və qurudulur. Quru badam sürtgəcli maşında üyüdülür, ona şəkər tozu, hil və konyak əlavə edilib qarışdırılır. Xəmir gəldikdən sonra 40 qramlıq paylara bölünür.

Значение слова в других словарях

всплыва́ние жа́литься землеустрои́тель камбоджи́йский кише́ть нана́шивание оконча́ние равнозна́чимый до́льщица намазю́киваться перепа́ивать размы́кивать первый aboil altitudinal expectoration hallucinogen needle-bath practic pulverize reiteration загулять кальсоны нелёгкий протаивать