Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Badaxos sülh müqaviləsi.
Badaxos sülh müqaviləsi (1801) - Portuqaliyanın Fransa və İspaniyaya qarşı müharibədə məğlub olması nəticəsində 1801-ci il 6 dekabrda İspaniyanın Badaxos şəhərində bağlanmış sülh müqaviləsi. == Haqqında == Müharibəyə səbəb I Napoleon Bonapartın Böyük Britaniya ilə münasibətləri kəsmək tələbinin Portuqaliya tərəfindən rədd edilməsi idi. Badaxos sülh müqaviləsi İspaniya-Portuqaliya (11 maddə) və Fransa-Portuqaliya (6 maddə) sülh və dostluq müqavilələrindən ibarətdir. Portuqaliya öz portlarını Böyük Britaniya donanması üçün bağlamağı, müttəfiqlərin donanmaları üçün açmağı, Fransaya Qvineyanın bir hissəsini verməyi, Fransa ilə onun üçün əlverişli olan ticarət müqaviləsini bağlamağı və ona 20 milyon frank məbləğində təzminat ödəməyi, İspaniya ilə müttəfiq ittifaqını bərpa etməyi və Badaxos şəhərinə iddialardan əl çəkməyi öhdəsinə götürürdü.İspaniya işğal etdiyi Alenteju və Alqarvi əyalətlərini (ətrafı ilə birlikdə Olivensa qalası və Qvadiana çayının sağsahil torpaqları istisna olmaqla) Portuqaliyaya qaytarırdı. Trafalqar vuruşmasında (1805) Fransa-İspaniya donanması ingilislər tərəfindən darmadağın edildikdən sonra Portuqaliya Badaxos sülh müqaviləsinin şərtlərini pozdu və öz portlarını Böyük Britaniya ölkələri üçün açdı. == Mənbə == Azərbaycan Milli Ensiklopediyası. III cild. Bakı,2011. səh. 11.
Badaxos vilayəti
== Ərazisi == Badaxos vilayətinin ərazisi 21 766 km2-dır. İspaniyanın 50 vilayəti sırasında Badaxos vilayəti ərazisinə görə 1-ci yeri tutur. == Əhalisi == 2013-cü ilə olan məlumatlara əsasən Badaxos vilayətinin əhalisi 694 730 nəfərdir. İspaniyanın 50 vilayəti sırasında - vilayəti ərazisinə görə - pilləni tutur.
Badam
Badam (lat. Prunus subg. Amygdalus) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin gavalı cinsinə aid bitki növü. Badam yarımcinsinin 40 növə qədər ağac və kolu məlumdur. Azərbaycanda 4 növü yayılmışdır. Badam yabanı halda Orta Asiyada, Dağıstanda, Azərbaycanda bitir. Naxçıvanın dağlıq hissələrində yabanı badamlıqlar vaxtilə böyük sahələr tutmuşdur. "Badamlı" adını daşıyan suyu ilə məşhur olan kənd keçmişdə yabanı badamlıqla əhatə olunduğu halda, indi əl çatmayan yerlərdə azacıq badam ağacları qalmışdır. Qeyd etmək lazımdır ki, mədəni badam sortları yabanı badama çox yaxındır və ancaq meyvələrinin böyüklüyü, qabıqlarının nazikliyi ilə fərqlənirlər. Badam yarpaqlar əmələ gəlməmiş mart-apreldə (bəzən fevralda) çiçəkləyir.
Banax
Stefan Banax (pol. Stefan Banach; 30 mart 1892[…], Krakov, Sisleytaniya – 31 avqust 1945[…], Lvov) — polyak riyaziyyatçısı. == Həyatı == 1924-cü ildən Lvov Universitetinin professoru olub. Müasir funksional analizin yaradıcılarından biri. Xətti funksionalların və operatorların öyrənildiyi xətti fəzanı (Banax fəzası) daxil etmiş və onun əsas xassələrini öyrənmişdir. "Xətti operasiyalar nəzəriyyəsi" əsəri polyak (1931), fransız (1933) və ukrayn (1948) dillərində nəşr edilmişdir.
Bada
Bada (kor. 바다 — dəniz) — sensor ekranlı mobil telefonlar üçün platformadır. Samsung Electronics şirkəti tərəfindən SHP (Samsung Hand-Held Platform) platformasının üzərində davamı kimi hazırlanıb. == Tarix == İlk versiyası 10 noyabr 2009-cu ildə anons edilmişdir. Platformanın 1.0 versiyası və ilk bada-telefonu(badafon) Samsung Wave S8500 14 fevral 2010-cu ildə Barselonada təqdim olunmuşdur. 2010-cu ilin may ayında isə Samsung Wave S8500-in satışı başlanmışdır. Həmçinin bada SDK/IDE proqramm təminatının yaradılması üçün ilk alətlər vasitəsi istifadəyə verilmişdir. 15 fevral 2011-ci ildə bada 2.0 alfa versiyası nümayiş olundu. == Təsvir == bada bağlı tipli platformadı, hansında ki istehsalçının SDK-sını istifadə etməklə, yalnız bu platformada işləyən programlar yaratmaq mümkündür. bada çoxsəviyyəli arxitekturaya malikdir.
Acı badam
Acı badam (lat.
Adi badam
Adi badam (lat. Prunus amygdalus) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin gavalı cinsinə aid bitki növü. Müxtəlifliyinə görə iki yerə ayrılır: Şirin badam – Prunus dulcis var. dulcis; Acı badam – Prunus dulcis var. amara.Şirin badam təzə halda yeyilir və geniş miqyasda qənnadı sənayesində istifadə edilir. Acı badamdan badam yağı və 0,5-0,8% miqdarında efir yağı alırlar. Bu məhsullar ətriyyat, əczaçılıq sənayesində kamfora, məlhəm, emulsiya istehsalı üçün istifadə olunur. Badam efir yağından bəzi ətriyyat məmulatlarının ətirləndirilməsi üçün istifadə edilir. Ondan, həmçinin aktivləşdirilmiş kömür də alırlar. Gülçiçəklilər fəsiləsindən alçaqboylu ağac və ya kol cinsi.
Alçaq badam
Alçaq badam (lat. Prunus tenella) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin gavalı cinsinə aid bitki növü. == Təbii yayılması == Avropada əsasən meşə və səhralarda təbii halda bitir. == Botaniki təsviri == Hündürlüyü 1,5 m olan koldur. Düzduran budaqları enli yumurtavari çətir əmələ gətirir. Budaqlarının üzəri ensiz, uzunluğu 6 sm olan xətvari-neştərvari, üstü tünd yaşıl, aşağıdan açıq yaşıl yarpaqlarla örtülmüşdür. Aprel ayında çiçəkləyir. Al-çəhrayı rəngdə çiçəkləri budaqları tam örtür. Meyvələri iyul ayında yetişir. Uzunluğu 2 sm, tüklü, ağ və ya açıq sarı rəngli meyvəyanlıqlı meyvələri olan çəyirdəklidir.
Badal Muradyan
Badal Muradyan (8 yanvar 1915, Çubuxçu, Eçmiədzin qəzası – 30 sentyabr 1991, İrəvan) — Ermənistan SSR Nazirlər Sovetinin 4-cü sədri. == Həyatı == 1966-cı il sentyabrın 30-da erməni elm və mədəniyyət xadimlərinin Naxçıvan və Dağlıq Qarabağla bağlı XXIII qurultaya ünvanladıqları məktub respublika KP MK bürosunda müzakirə edildikdən sonra birinci katib Anton Koçinyan və Ermənistan Nazirlər Sovetinin sədri Badal Muradyanın birgə imzası ilə Moskvaya geniş cavab göndərildi. Cavabdan aydın olur ki, əslində elm və mədəniyyət xadimlərinin adından XXIII qurultaya göndərilmiş müraciət elə Ermənistan rəhbərliyinin fikridir. Onlar Sov.IKP MK-ya yazırdılar ki, Ermənistan SSR-in elm və mədəniyyət xadimlərinin müraciətdə qaldırdığı məsələ birinci dəfə deyil və bundan əvvəl də, xüsusilə son vaxtlar böyük alimlər qurupu, yaradıcılıq birlikləri, ziyalıların nümayəndələri, fəhlələr, kənd təsərrüfatı işçiləri, tələbələr və digərləri bu məsələ ilə bağlı Sov.IKP MK və Ermənistan KP MK-ya çoxsaylı analoci məktub və müraciətlər göndəriblər. Məktub və müraciət müəlliflərinin fikrincə, bu torpaqların Ermənistana qaytarılması xalqlar arasında dostluğu daha da möhkəmləndirəcək, Lenin milli siyasətinin təntənəsini bir daha nümayiş etdirəcək. Koçinyan və Muradyan belə bir əhval-ruhiyyənin Dağlıq Qarabağ vilayəti əhalisi arasında yayıldığını və bunun ifadəsi kimi vilayətdən Ermənistan KP MK-ya əhalinin müxtəlif qruplarının çoxsaylı müraciətlər göndərdiyini vurğulayırdı. Onlar xatırladırdılar ki, erməni xalqı və digər xalqlar üçün ərazi məsələləri həyati əhəmiyyət kəsb edir. Bunu onlar Ermənistan ərazilərinin 2/3 hissəsinin, guya Ermənistanın qərb vilayətlərinin Türkiyə tərəfindən “qəsb” edilməsi ilə izah edirdilər. Koçinyan və Muradyan yazırdılar: “Indiki vaxtda Türkiyə tərəfindən ələ keçirilmiş torpaqların qaytarılması məsələsinin qoyulmasının məqsəduyğun olmadığı əhali tərəfindən anlayışla qarşılansa da, Qarabağ və Naxçıvanın Ermənistan SSR-ə qaytarılması ilə bağlı məsələlərdə biz ciddi çətinliklərlə üzləşirik”.
Badam (Soyuqbulaq)
Badam (fars. بادام‎) - (az.-əbcəd بادام‎) - İranın Qərbi Azərbaycan ostanının Soyuqbulaq şəhristanı ərazisinə daxil olan kənd. Badam kəndi Souyuq Bulaqın ən ucqar kəndi olaraq, elə həmin şəhərdən 50 km şimalda və Soyuq Bulaq-Qoşaçay avtomobil yolunun yaxınlığında yerləşir. == İqtisadiyyat == Əhalisi əsasən əkinçilik, meyvəçilik, quşçuluq və toxuculuqla məşquldur. Ancaq kəndlilərin əsas qazanc qaynağı buğda və arpanın əkib-becərilməsindən əldə edilən gəlirdir. == Mədəniyyət == Bu kənddə sünni olan kürdlər və şiə olan türklərin hər birinin özlərinə aid məscidləri vardır. Sünnilərin məscidi altmış il və şiələrin məscidi isə 20 ildiki xidmət göstərir. Sünni müsəlmanların məscidində 2004-ci ildə quruculq işləri aparılaraq yenidən inşa edilmişdir. Badamda bir ibtidai məktəb və bir orta məktəb fəaliyyət göstərir. Tədris farscadır.
Badam (yarımcins)
Badam noxud
Badam noxud - konfetəoxşar Azərbaycan şirniyyatı == Mənbə == Əhmədov Ə. 1002 şirniyyat. Bakı, «Gənclik», 2010.
Badam taxtabitisi
Badam taxtabitisi (lat. Apodiphus amygdali Germ. ) - Buğumayaqlılar tipinin Yarımsərtqanadlılar və ya Taxtabitilər dəstəsinə aid olan növ. == Biologiyası == Bədəninin rəngi qırmızımtıl olub, üzəri qara, batıq nöqtələrlə doludur. Başı düzbucaqlı şəkildə olub, qabağa çıxmışdır. Skul lövhələri qabağa çıxıb, dilçəyi onlardan onlardan qısa və aşağı basıq şəkildədir. Ona görə qabaqdan başın qurtaracağı üçbucaq şəklində görünür. Gözləri iri olub, başın qurtaracağında yerləşmişdir. Qalxancığı üçbucaq şəklindədir. Taxtabitilər içərisində bədəncə iri növlərdən biridir.
Badam xəmiri
Badam xəmiri, Badam əzməsi, Marzipan, Marsipan və ya Martsipan — Badam tozu, yumurta sarısı və şəkər ya bal qarışıqından hazırlanır və tortlar və şokoladlarda istifadə olunur.
Badam yağı
Badam yağı — badam ağacının toxumlarından soyuq sıxma nəticəsində əldə edilmiş, açıq sarı rəngli, yüngül qoxulu və qoz dadında yağ. Badam yağında yüksək miqdarda doymamış yağ, kalsium, kalium, dəmir və manqan mövcuddur.
Stefan Banax
Stefan Banax (pol. Stefan Banach; 30 mart 1892[…], Krakov, Sisleytaniya – 31 avqust 1945[…], Lvov) — polyak riyaziyyatçısı. == Həyatı == 1924-cü ildən Lvov Universitetinin professoru olub. Müasir funksional analizin yaradıcılarından biri. Xətti funksionalların və operatorların öyrənildiyi xətti fəzanı (Banax fəzası) daxil etmiş və onun əsas xassələrini öyrənmişdir. "Xətti operasiyalar nəzəriyyəsi" əsəri polyak (1931), fransız (1933) və ukrayn (1948) dillərində nəşr edilmişdir.
Tikanlı badam
Tikanlı badam (lat. Prunus spinosissima) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin gavalı cinsinə aid bitki növü. == Təbii yayılması == Vətəni Qərbi Sibir, Orta və Kiçik Asiya, Avropadır. == Botaniki təsviri == Hündürlüyü 0,5–2 m olan, dağınıq çətirli, yarpağı tökülən koldur. Düz dayanan, şaxələnmiş budaqları üzərində tikanlar yerləşir. Yarpaqları xətvari-neştərvari və ya uzunsov-oval formalı olub, bünövrəsində daralmışdır. Mart-aprel ayında çiçəkləyir. Çəhrayı və ağ rəngli ətirli çiçəkləri yarpaqlarla eyni vaxtda açılır. Meyvələri iyun ayında yetişir. Meyvələrinin diametri təxminən 2,5 sm, uzunluğu 1–2 sm-dir, yumurtaşəkilli, sıx boz rəngli, cod tüklərlə örtülmüş olur.
Üçayalı badam
Şirin badam
Şirin badam (lat.
Üçpərli badam
Üçpərli badam (lat. Prunus triloba) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin gavalı cinsinə aid bitki növü. == Təbii yayılması == Vətəni Çindir. Qərbi Asiyada, Şimali Koreyada dəniz səviyyəsindən 600-2500 m hündürlükdə, dağlıq meşələrdə təbii yayılmışdır. == Botaniki təsviri == Hündürlüyü 5 m, çətirinin diametri 1,5 -2,0 m, tünd qonur rəngli zoğları olan yarpağın tökən ağac və ya koldur. Yarpaqları tünd-yaşıl, tərs-yumurtavaridir, kənarları 3 ayalıdır. Uzunluğu 2,5-6,5 sm, eni 3 sm, kənarları kül rəngli, üst tərəfdən zəif sallanandır. Çiçəkləri kasaşəkilli, yumurtavari və ya lansetvari olub, açıq çəhrayı və ya məxməri rəngdədir, diametri 2-2,5 sm-ə çatıb, tək-tək, bəzən ikisi bir yerdə qısa çiçək saplağında yerləşirlər. Ləçəkləri dairəvi və ya enli yumurtavaridir. Mayda çiçəkləyir, iyul-avqustda yumru, şişkin, sümüklü, 1,8 sm diametrində, qırmızı rəngli meyvəsi yetişir.
Xan-Banax teoremi
== Teorem == Tutaq ki, p {\displaystyle p} funksionalı E {\displaystyle E} həqiqi xətti fəzasında təyin olunmuş bircins qabarıq funksional, f {\displaystyle f} isə müəyyən L ⊂ E {\displaystyle L\subset E} xətti altfəzasında təyin olunmuş və istənilən x ∈ L {\displaystyle x\in L} ünsürü üçün f ( x ) ≤ p ( x ) {\displaystyle f(x)\leq p(x)} şərtini ödəyən həqiqi xətti funksionaldır. Onda f {\displaystyle f} funksionalını bütün E {\displaystyle E} fəzasında təyin olunan və istənilən x ∈ E {\displaystyle x\in E} ünsürü üçün F ( x ) ≤ p ( x ) {\displaystyle F(x)\leq p(x)} şərtini ödəyən F {\displaystyle F} həqiqi xətti funksionalına davam etdirmək olar. == İsbatı == f {\displaystyle f} funksionalının hər bir x ∈ D ( f ′ ) {\displaystyle x\in D(f^{\prime })} ünsürü üçün f ′ ( x ) ≤ p ( x ) {\displaystyle f^{\prime }(x)\leq p(x)} bərabərsizliyini ödəyən bütün f ′ {\displaystyle f^{\prime }} xətti davamları çoxluğunu F p {\displaystyle F_{p}} ilə işarə edək. Burada D ( f ′ ) {\displaystyle D(f^{\prime })} f ′ {\displaystyle f^{\prime }} funksionalının təyin oblastıdır. f 1 ′ , f 2 ′ ∈ F p {\displaystyle f_{1}^{\prime },f_{2}^{\prime }\in F_{p}} funksionallarından f 2 ′ {\displaystyle f_{2}^{\prime }} funksionalı f 1 ′ {\displaystyle f_{1}^{\prime }} -in davamı olduqda bunu f 1 ′ < f 2 ′ {\displaystyle f_{1}^{\prime }<f_{2}^{\prime }} şəklində ifadə edək. Onda F p {\displaystyle F_{p}} bu münasibətə nəzərən qismən nizamlanmış çoxluq olar. Əgər F p ′ {\displaystyle F_{p}^{\prime }} -lə F p {\displaystyle F_{p}} -nin (xətti) nizamlanmış hissəsini işarə etsək, ⋃ f ′ ∈ F p D ( f ′ ) {\displaystyle \bigcup \limits _{f^{\prime }\in F_{p}}D(f^{\prime })} çoxluğunda təyin olunan və hər bir x ∈ D ( f ′ ) {\displaystyle x\in D(f^{\prime })} , f ′ ∈ F p ′ {\displaystyle f^{\prime }\in F_{p}^{\prime }} üçün f 0 ( x ) = f ′ ( x ) {\displaystyle f_{0}(x)=f^{\prime }(x)} kimi verilən f 0 {\displaystyle f_{0}} funksionalı F p ′ {\displaystyle F_{p}^{\prime }} çoxluğunun yuxarı sərhəddi olacaqdır. Bu da onu göstərir ki, F p {\displaystyle F_{p}} çoxluğu Sorn lemmasının şərtlərini ödəyir. Onda bu lemmaya görə F p {\displaystyle F_{p}} çoxluğu F {\displaystyle F} maksimal ünsürünə malikdir. Asanlıqla görmək olar ki, f {\displaystyle f} maksimal funksionalının təyin oblastı bütün E {\displaystyle E} oblastı ilə üst-üstə düşür.
Üç badam, bir qoz
Üç badam bir qoz — Azərbaycanın milli rəqsi. Rəqs qədimidir, Şəkidə yaranıb. Mahnı mətni olub. Ohun mahnısını vaxtilə Cabbar Qaryağdıoğlu və Ələsgər Abdullayev kimi mahir müğənnilər oxuyublar.
3 badam 1 qoz
3 badam 1 qoz tammetrajlı bədii filmi rejissor Rafael Bağıroğlu tərəfindən 2017-ci ildə ekranlaşdırılmışdır. Azərbaycanda ilk dəfə qara komediya janrında çəkilən filmdə əsas rolları Mənsur Şərif, Rəsul Abbas, Sabir Samiroğlu, Altun Mətləboğlu, Cəmilə Tağızadə, Nigar Babayeva, Mila Əminə, Sevinc Şirinova və Rövşən Kərimduxt ifa edirlər. == Məzmun == Film dörd dostun başına gələn tragikomik əhvalatlardan bəhs edir.
Üç badam bir qoz (Rəqs)
Üç badam bir qoz — Azərbaycanın milli rəqsi. Rəqs qədimidir, Şəkidə yaranıb. Mahnı mətni olub. Ohun mahnısını vaxtilə Cabbar Qaryağdıoğlu və Ələsgər Abdullayev kimi mahir müğənnilər oxuyublar.
3 badam 1 qoz (film, 2017)
3 badam 1 qoz tammetrajlı bədii filmi rejissor Rafael Bağıroğlu tərəfindən 2017-ci ildə ekranlaşdırılmışdır. Azərbaycanda ilk dəfə qara komediya janrında çəkilən filmdə əsas rolları Mənsur Şərif, Rəsul Abbas, Sabir Samiroğlu, Altun Mətləboğlu, Cəmilə Tağızadə, Nigar Babayeva, Mila Əminə, Sevinc Şirinova və Rövşən Kərimduxt ifa edirlər. == Məzmun == Film dörd dostun başına gələn tragikomik əhvalatlardan bəhs edir.
Baden-Baden
Baden-Baden (alm. Baden-Baden‎) — Almaniyanın Baden-Vürtemberq torpağının Karlsruhe inzibati dairəsində şəhər. Sahəsi 140.18 km2, əhalisi 54581 nəfərdir (2005). == Ümumi məlumat == Şvarsvald dağlarının ətəklərində, 700 m hündürlükdə balneoloji və iqlim kurortudur. Əsas təbii müalicə amili natrium xloridli, radonlu termal (68 °C-yədək) bulaqlar dır; oynaq, həzm sistemi orqanları, ürək-damar, periferik əsəb sistemi xəstəlik ləri müalicə olunur. İqlimi yumşaq (ortaillik temp-r 9,7 °C), mülayim rütubətlidir (ortaillik nisbi rütubət 79%). Sanatoriyalar, müalicə otelləri, mineral su hovuzları, içməli su qalereyaları var. Üzüm müalicəsi (avqust–oktyabr) tətbiq edilir. Hələ 3 əsrdə burada Sivitas-Aureliya-Akvenzis kurortunun əsasını qoymuş romalılar Baden-Badenin bulaqlarından müalicə məqsədləri ilə istifadə etmişlər. Baden-Badendə beynəlxalq şahmat turnirləri (1870, 1925, 1981) keçirilir.
Addax
Addaks (lat. Addax nasomaculatus) — cütdırnaqlılar dəstəsinin boşbuynuzlular fəsiləsinin addax cinsinə aid heyvan növü.
Bacaq
Qıç və ya qılça — aşağı ətraflar olub, ağırlıq daşıyan və hərəkəti təmin edən bədən üzvüdür. Bir çox heyvanda ayaq qıçın son hissəsində pəncələr və ya dırnaqlardan təşkil olunmuş, bir və ya daha çox seqment və ya sümükdən ibarət olan orqandır.
Bahar
Yaz yaxud bahar - ilin 4 fəslindən biri. Şimali yarım kürədən mart və iyun Yazda ağaclar çiçək açır, hava istiliyi artmağa başlayır. Bu mövsümdə qar əriməsi və bol miqdarda yağışların yağması ilə su yataqları olan dərələr, göllər, Gölməçə və anbarlar su ilə dolar. Baharın xəbərçisi çiçəklərdir. Xüsusilə bu mövsümdə yerli hava depresiyanı alaraq meydana gələn hava dəyişikliklərində xalq arasında Qırx İkindi adı verilən leysan yağışları başlar. Bu yağışlarla şiddətli göy gurultusu, ildırım düşməsi, dolu təhlükəsi və sel fəlakətləri də görülər. Bəzən bu yağışlar cütçülərə çox zərər verər. İnsanlar üzərində də sağlamlıq baxımından mənfi təsirləri ola bilər. Yorğunluq, halsızlıq yazın insanlar üzərindəki mənfi təsirlərindəndir. Bu vəziyyətə tibb dilində qısaca bahar yorğunluğu deyilir.
Bakal
Bakal — Rusiya Federasiyasında yerləşən şəhər Çelyabinsk vilayətinə daxildir
Balak
Bələk (Balak) — Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indiki Sisian rayonunda kənd. == Tarixi == Rayon mərkəzindən 9–10 km şimal-qərbdə, Bazarçay çayının sağ sahilində yerləşir. 1590-cı il tarixli «İrəvan əyalətinin müfəssəl dəftəri»ndə qeyd edilmişdir. Toponim qədim türk dilində təpə mənasında işlənən bələk sözündən əmələ gəlmişdir. Quruluşca sadə toponimdir. == Əhalisi == Ermənilər buraya 1828-29 - cu illərdə İranın Salmas vilayətindən köçürülərək yerləşdirilmiş və azərbaycanlılar tarixi torpaqlarından qovulmuşdur.
Balan
Balan (En) — Fransada kommuna. Balan (Sərdəşt) — İranın Qərbi Azərbaycan ostanının Sərdəşt şəhristanı ərazisinə daxil olan kənd. Balan xalçası — İranda xalça.
Baqaj
Baqaj — istənilən sərnişinin yüküdür. Bu yükün daşındığı hər hansı nəqliyyat vasitəsi və ya yük yeri baqaj kimi müəyyən edilə bilər. Sərnişin avtomobillərində yüklərin yerləşdirildiyi yerdir. Baqaj deyildikdə Türk dilində və Azərbaycan dilində daha çox avtomobillər yerləşdirilmiş olan yük və malların qoyulduğu kupe nəzərdə tutulur.