Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Bandura
Nepentes (lat. Nepenthes) — bitkilər aləminin qərənfilçiçəklilər dəstəsinin nepenteskimilər fəsiləsinə aid bitki cinsi. İndoneziya meşələrində yaşayan Nepenthes alata adlı küpə otu bitkisi ətrafında gəzişən böcəklər üçün maraq doğuran, amma təhlükəli bir kəşf qaynağıdır. Bitki küpənin ağzına qoyulan böcəkləri sürüşkən toxuması sayəsində birbaşa mədəsinə endirə bilir. New Phytologist jurnalında nəşr olunan tədqiqatlarında Laurence Gaume və heyəti bitkinin böcək tutma qabiliyyətini sınaqdan keçiriblər (New Phytologist (156, 479–489; 2002).Tədqiqatçılar bu tədqiqatlarında uçma qabiliyyəti olmayan meyvə ağcaqanadı və qarışqaları istifadə etiblər. Bu iki canlı adi halda səthlərə çox güclü şəkildə yapışdıqları halda bitkinin daxili divarında yapışmağı bacara bilməyiblər. Böcəklər dərhal sürüşərək aşağı, bitkinin həzm şirəsinin olduğu hissəyə düşərək bitkiyə qida oldular. Bitkinin səthini elektron mikroskopu altında tədqiq edən alimlər daxili divarların balmumuna bənzər maddəylə örtülü olduğunu kəşf etdilər. Adi halda ən hamar səthlərə belə asanlıqla yapışa bilən ağcaqanadların bu balmumuna yapışa bilməməsinin sirrinin isə mumun kövrəkliyində gizli olduğunu aşkar etdilər. Meyvə ağcaqanadı və ya qarışqa möhkəm səth kimi görünən balmumu ilə örtülü divara qonduqları anda ayaqlarının altındakı bölgə mikroskopik zərrəciklər şəklində tökülür və beləcə ayağın səthlə təmasını kəsirdi.
Barnum effekti
Barnum effekti və ya Forer effekti — teoremi yaradan alimin adıyla bağlı "Forer effekti", bu təsiri iş modeli olaraq istifadə edən XIX əsrlərdə məşhurluq qazanmış amerikalı şoumen Fineas Teylor Barnumun şərəfinə "Barnum effekti" adlandırılan sosial-psixoloji fenomendir. İnsanların bir sıra ümumi xüsusiyyətlərin yalnız onlara məxsus olduqlarına inanma halıdır. Barnum deyirdi: “Hər 1 dəqiqədə dünyada 1 axmaq dünyaya gəlir və onların hər birinə təklif edə biləcəyim şeylər var”.Barnum effektinin mahiyyəti bundan ibarətdir: insanlar onların şəxsiyyəti, gələcəyi barəsində yazılmış məlumatların fərdi olaraq məhz onlar üçün yaradıldığını güman edir. Lakin bu məlumatlar özlüyündə ümumidir və çox uğurlu şəkildə digər insanlara da aid edilə bilər. Nümunələri ilə gündəlik həyatda tez-tez rastlaşdığımız effekt 1948-ci ildə Forer adlı alimin universitetdə öz tələbələri ilə apardığı bir sınaq nəticəsində psixologiyaya qazandırılmışdır. Belə ki, professor tələbələrinə onların sınaq nəticələri əsasında psixoloji analiz etdiyini dedi və sonda hər bir tələbədən ortaya çıxan 9 nəticənin nə dərəcədə onları ifadə etdiyini 0-5 arası bir rəqəmlə qiymətləndirmələrini istədi. "Əvvəldə soyuq biri kimi görünsəniz də, qarşınızdakı insanı tanıdıqca istiqanlı və söhbətcil olursunuz", "əsl dost adlandıra biləcəyiniz və hər şeyi bölüşə biləcəyiniz yalnız 2-3 nəfər var", "öz yararınıza çevirə bildiyiniz halda çox güclü və vacib bir potensiala sahibsiniz" kimi analizlərin olduğu kağızlar əslində hər bir tələbədə eyni idi. Ancaq onlar bunu bilmirdilər və hər bir analizi xüsusilə onlara aidmiş kimi dəyərləndirdilər. Bir auditoriya dolusu tələbələrdən çıxan yekun nəticə 5 üzərindən 4.26 kimi ağlasığmaz bir rəqəm idi. Alimlər Barnum effektini adətən astroloji qoroskoplar, falçılıq, sosionika, homeopatiya və digər yalançı elmlərə aid edir.
Bulbophyllum badium
Bulbophyllum membranifolium (lat. Bulbophyllum membranifolium) — səhləbkimilər fəsiləsinin bulbofillium cinsinə aid bitki növü. == Arealı == Bulbophyllum membranifolium növü Malayziyadan Filippinnə qədər yayılmışdır. == Sinonim == Bulbophyllum badium Ridl. Bulbophyllum costatum Ames Bulbophyllum crista-galli Kraenzl. Bulbophyllum cryptophoranthoides Kraenzl. Bulbophyllum dagamense Ames Bulbophyllum insigne Ridl. Bulbophyllum maculosum Ames Bulbophyllum sanguineomaculatum Ridl. Bulbophyllum scandens Kraenzl. Phyllorchis maculosa (Ames) Kuntze Phyllorchis membranifolia (Hook.
Eupatorium badium
Ageratina badia (lat. Ageratina badia) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin ageratina cinsinə aid bitki növü. == Sinonimləri == Eupatorium badium Klatt ex Klatt Eupatorium chlorophyllum Klatt Eupatorium chlorophyllum Klatt ex T.Durand & Pitt.
Fineas Teylor Barnum
Fineas Teylor Barnum (5 iyul 1810[…] – 7 aprel 1891[…], Bricport, Konnektikut) — amerikalı sahibkar, siyasətçi və sirk artisti. 1871-ci ildə Barnum öz sirk şirkətini qurdu. On il ərzində çox uğur qazandıqdan sonra, rəqabət onu qüvvələrini birləşdirərək Ceyms A. Bailey (1881) ilə birlikdə "Böyük Barnum və Bailey Sirkini" yaratmağa məcbur etdi. İki, üç və ya hətta dörd fəaliyyət halqası nümayiş olundu. Və 1882-ci ildə nəhəng bir fil olan Jumbo, yeni sirkin ulduzu oldu. Siyasi karyerasına gəlincə, 1867–1869-cu Connecticut qanunverici orqanda xidmət etdi və 1875-ci ildə Bricport meri oldu.