Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Baharçılar
Baharçılar (lat. Plecoptera) — heyvanlar aləminin buğumayaqlılar tipinin həşəratlar sinfinə aid heyvan dəstəsi. == Ümumi məlumat == Bu dəstənin nümayəndələri orta ölçülü olub, bədəni üst və alt hissədən yastılaşmışdır və uzunsovdur. Baş hissəsi sərbəstdir və proqnatik tipdədir. Ağız orqanları zəif inkişaf etmişdir.Başda bir cüt sapşəkilli və çoxbuğumlu bığcıq, bir cüt göz, 3 gözcük vardır. Döş buğumları yaxşı inkişaf etmişdir. Qanadları torşəkillidir. Ön danadlara nisbətən arxa qanadlar enlidir və yelpikşəkilli qatlanır. Çox da yaxşı uçmaq qabiliyyətinə malik deyillər. Bəzilərində isə cinsi dimorfizim müşahidə edilir.
Baharlılar
Baharlı oymağı — Qaraqoyunlu tayfa konfederasiyasına daxil olan tayfalardan biri. Baharlı tayfası/oymağının üzvləri uzun müddət Cənubi və Şimali Azərbaycan, Türkiyə, İranın Fars, Kerman əyalətləri ərazisində yaşamış, XX əsr boyunca oturaq həyata keçmiş və demək olar ki, özünün tayfa quruluşunu, kimliyini itirmişdir. Baharlı tayfası/oymağı Azərbaycan türklərini təşkil edən tayfalardan biridir və Azərbaycan türkcəsində danışmaqdadırlar. J. Malkolmun fikrincə, baharlılar əslən Şamlı tayfasının bir qoludurlar. Şamlılar əsas Qızılbaş tayfalarından biri olmuş və Əmir Teymur tərəfindən Suriyadan İrana gətirilmişdirlər. A. Houtum-Schindler qeyd edir ki, onlar Fars ostanında əsasən başqaları tərfəindən ərəblər olaraq qeyd edilirlər və gümanki bu onların vaxtilə Suriyadan gətirilməsi ilə bağlıdır. Lakin bu müəlliflərin heç biri bu iddiaları üçün hansısa sənəd göstərmir, Pierre Oberling bunu qeyd edərək, əlavə edir ki, gümanki bu əlaqələndirmə Xəmsə tayfa konfederasiyasındakı ərəb tayfası ilə bağlıdır. Digər tərəfdən, Baharlılar ilə Qaragözlülər arasında yaxın əlaqə olduöu bəllidir və Qaragözlülərin Şamlı tayfasının bir hissəsi olduğu bilinməkdədir. Qoşaçayın (indki Miandoab) 25 km şimal-qərbində Qaragözlü adlanan kənd vardır və bu yer Marağanın şimal-qərbində yaşayan Baharlıların yaşayış yerinə çox yaxındır. Həmədanın qərbində də Baharlı və Qaragözlülərin adı ilə bağlı xeyli yaşayış yerləri mövcuddur.
Baharlılar (kitab)
Biharlılar
Biharlılar, biharilər - Hindistanın şimal-şərqində hind-ari xalqları qrupu, Biharın əsas əhalisi .. == Yaşadıqları ərazilər == Biharlılar əsasən Hindistanın Bihar ştatında yaşayırlar və ştatın əhalisinin təxminən 10, faizini təşkil edirlər. Onlar, həmçinin Hindistanın digər bölgələrində, eləcə də Nepalda və Mavriki adasında yaşayırlar. Tərkibinə maythililər (methlilər, tirhutialar, tihutialar-3,6 mln. nəfər (2000). Biharın şimalındakı Mithila vilayətində - Qanq çayından Himalay dağlarının qollarınadək; həmçinin Dehlidə, Kəlkətədə, Mumbaidə və s. şəhərlərdə yaşayırlar; Nepalda sayları 2,8 mln. nəfərdir, 2001), bhocpurilər (bhocapurilər, desvalilər, khotlalar-36,1 mln. nəfər, Biharın qərbində, həmçinin Uttar-Pradeş, Madhya-Pradeş, Assam, Qərbi Benqaliya ştatlarında, Dehli şəhərində yaşayırlar.. Böyük Moğol hokmdarı Əkbər şah 1557-1976-cı illərdə Biharı öz imperiyasına birləşdirmişdı.
Biharlılar (xalq)