Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Baharbənd
Baharbənd — Azərbaycanda ən çox yazqabağı (bayramqabağı) günlərdə, eləcə də digər vaxtlarda, əsasən uşaq və gənclər arasında, geniş şəkildə oynanılan qədim oyunlarından biridir. == Ümumi məlumat == Baharbənd geniş yayılmış milli atüstü oyunlardan biridir. Əsasən Novruz şənliklərində keçirilən bu oyunda el igidləri öz şücaətlərini nümayiş etdirirlər. == Oyunun qaydaları == Oyunçu atı yorğa və yaxud çaparaq sürür, atın çaparağında çuxasını, arxalığını, çarıqlarını, kəmər və xəncərini bir-bir çıxarıb yerə atır. Müəyyən məsafədən sonra atı cəld geri döndərib yenə həmin getdiyi yolu qayıdır. Atın cilovunu yığmadan növbə ilə atdığı əşyaları yerdən qaldırıb geyiləni geyir, bağlananı bağlayır. Bu əməliyyatı tez yerinə yetirən atlı qalib sayılır. Oyun daha çox bahar fəslində Qarabağda meşə ilə əhatə olunmuş “bənd” adlı dağətəyi düzənlikdə keçirilib. Deyilənə görə, bəndlərdə at çapmaq çətin və təhlükəli imiş, bu da mahir at sürənlərin meydana çıxmasına kömək edirmiş. == Mənbə == Novruz bayramı ensklopediyası.
Baharın Dönüşü (Buqro)
"Baharın dönüşü" (ing. The Return of Spring, fr. Le Printemps) — Vilyam Buqronun ən məşhur əsərlərindən biri. 1886-cı ildə tamamlanmş əsər hal-hazırda Coslin Mədəniyyət Muzeyində sərgilənməkdədir. Əsər iki dəfə — 1890-cı ildə və təkrarən 1976-cı ildə açıq-saçıqlığına görə hücuma məruz qalıb və təhqir edilib. "Baharın Dönüşü" adlı başqa bir əsər də mövcuddur. Həmin əsərin müəllifi isə tanınmış fransız rəssamı Pyer Avquste Kotdur.
Baharın qayıdışı (Buqro)
"Baharın dönüşü" (ing. The Return of Spring, fr. Le Printemps) — Vilyam Buqronun ən məşhur əsərlərindən biri. 1886-cı ildə tamamlanmş əsər hal-hazırda Coslin Mədəniyyət Muzeyində sərgilənməkdədir. Əsər iki dəfə — 1890-cı ildə və təkrarən 1976-cı ildə açıq-saçıqlığına görə hücuma məruz qalıb və təhqir edilib. "Baharın Dönüşü" adlı başqa bir əsər də mövcuddur. Həmin əsərin müəllifi isə tanınmış fransız rəssamı Pyer Avquste Kotdur.
Baharın sorağında (film, 2011)
Baharın sorağında tammetrajlı bədii filmi rejissor Musa Eyyubov tərəfindən 2011-ci ildə ekranlaşdırılmışdır. "Türkel tv"nin istehsalıdır. Film mifik obraz olan Dədə Qorqudun rəvayət etdiyi əhvalata əsasən qurulub. Əsas rolları Bəhruz Qasımov, Günel Rüstəmova, Xaqani Məmmədov, Arif Almədətov və Telli Abdullayeva ifa edirlər. == Məzmun == Film mifik obraz olan Dədə Qorqudun (Hacı Hacıyev) rəvayət etdiyi əhvalata əsasən qurulub. İgid Novruzun (Bəhruz Qasımov) qar şahzadəsini məğlub edərək xalqı soyuqdan, çovğundan qurtarması cərəyan edən hadisələrin əsasını təşkil edir.
Bahardan sonra gələn qış (film, 1989)
Bahardan sonra gələn qış qısametrajlı sənədli filmi rejissor Vyaçeslav Mixaylov tərəfindən 1989-cu ildə çəkilmişdir. "Rakurs" Sənədli Filmlər Studiyasında istehsal edilmişdir. Film dədə-babadan yetişdirilən məhsulları yenidən torpağa qaytarmağa, dağıdılmış su anbarını bərpa etməyə çağırır. == Məzmun == Azərbaycan subtropikləri son onilliklərdə "ümumittifaq bağçası"na çevrilmiş varlı diyardır. Məsuliyyətsiz təsərrüfatçılar bu nadir bölgənin torpağına, ab-havasına böyük ziyan vurmuşlar. Xiyar, kələm, pomidor subtropiklərin əsas məhsullarının-valyutaya alınan çay və sitrus meyvələrini sıxışdırmışdır.Film dədə-babadan yetişdirilən məhsulları yenidən torpağa qaytarmağa, dağıdılmış su anbarını bərpa etməyə çağırır. Eyni zamanda qocaman alim Qəmbər Talıblıdan və onun respublikada çay istehsalını artırmaq sahəsindəki xidmətlərindən söhbət açılır. == Filmin üzərində işləyənlər == Ssenari müəllifi: Sirus Zindadel Rejissor: Vyaçeslav Mixaylov Operator: Nemət Rzayev Bəstəkar: A. Babayev == İstinadlar == == Mənbə == Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C. Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə.
Baharın on yeddi anı (film, 1973)
"Baharın on yeddi anı" (rus. Семнадцать мгновений весны) — rejissor Tatyana Lioznovanın çoxseriyalı filmi. == Məzmun == Filmdəki hadisələr İkinci dünya müharibəsində Almaniyanın təslim olmasına az qalmış 1945-ci ilin 12 fevralından 24 martına qədər olan günləri əhatə edir. Filmin baş qəhrəmanı ştandartenfürer Maks Otto fon Ştirlis sovet kəşfiyyatçısıdır və SD mərkəzi aparatında işləyir. Ona Reyxin rəhbərlərindən kimin ABŞ və Böyük Britaniyanın müvəqqəti sülhü ilə bağlı birtərəfli danışıqlar aparmasını tapmaq tapşırığı verilir. Ştirlisin SD-də olan işi RSXA rəisi Kaltenbrunnerdə şübhə oyadır. O, gestapoya Ştirlisin əlaqələri ilə bağlı sakit və gizli yoxlama aparmağı tapşırır. Berlin yaxınlığındakı bombardmanda Ştirlisin əlaqələndiriciləri olan ailə – Ervin və Ketrin yaşayan ev dağılır. Ervin həlak olur. Hamilə Ketrin isə huşsuz vəziyyətdə Şarite klinikasına gətirilir.
Baherden
Bäherden (türkm. Baharly) — Türkmənistanın Ahal vilayətində sənaye şəhəri. Bəzi mənbələrdə Baharden kimi yazılır. == Tarixi == Şəhər öz adını Qərbi Türkmənlərin Qaraqoyunlu tayfa ittifaqına daxil olan Baharlı tayfasından götürüb. == Coğrafiyası == Şəhər Aşqabaddan 101 km-də, Kopetdağın şimal ətəyində yerləşir. == Əhalisi == Şəhərin əhalisi 24 139 nəfərdən ibarətdir (2008).