Baharbənd

BaharbəndAzərbaycanda ən çox yazqabağı (bayramqabağı) günlərdə, eləcə də digər vaxtlarda, əsasən uşaqgənclər arasında, geniş şəkildə oynanılan qədim oyunlarından biridir.

Ümumi məlumat

[redaktə | mənbəni redaktə et]

Baharbənd geniş yayılmış milli atüstü oyunlardan biridir. Əsasən Novruz şənliklərində keçirilən bu oyunda el igidləri öz şücaətlərini nümayiş etdirirlər.

Oyunun qaydaları

[redaktə | mənbəni redaktə et]

Oyunçu atı yorğa və yaxud çaparaq sürür, atın çaparağında çuxasını, arxalığını, çarıqlarını, kəmərxəncərini bir-bir çıxarıb yerə atır. Müəyyən məsafədən sonra atı cəld geri döndərib yenə həmin getdiyi yolu qayıdır. Atın cilovunu yığmadan növbə ilə atdığı əşyaları yerdən qaldırıb geyiləni geyir, bağlananı bağlayır. Bu əməliyyatı tez yerinə yetirən atlı qalib sayılır. Oyun daha çox bahar fəslində Qarabağda meşə ilə əhatə olunmuş "bənd" adlı dağətəyi düzənlikdə keçirilib. Deyilənə görə, bəndlərdə at çapmaq çətin və təhlükəli imiş, bu da mahir at sürənlərin meydana çıxmasına kömək edirmiş.

  • Novruz bayramı ensklopediyası. Bakı-2008 (Şərq-Qərb). səh.40.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]