Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Balıqcıl qaraquş
Çay qaraquşu (lat. Pandion haliaetus) — qaraquş cinsinə aid quş növü. Azərbaycanda təhlükədə olan quşlar siyahısına daxil edilmişdir. Status. Nadir, sayı tez azalan növdür. Yayılması. Xəzər sahillərində (başlıca olaraq Astara və Kür çayı mənsəbi arasında) və respublikanın iri daxili su hövzələrində olur. Yaşayış yeri. Balıqla zəngin su hövzələri yaxınlığında yerləşən hündür gövdəli meşələr. Təbiətdə sayı.
Balıqçıl
Balıqçıl (lat. Alcedo) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin rakşikimilər dəstəsinin balıqçıllar fəsiləsinə aid heyvan cinsi.
Adi balıqçıl
Adi balıqçıl (lat. Alcedo atthis) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin rakşikimilər dəstəsinin balıqçıllar fəsiləsinin balıqçıl cinsinə aid heyvan növü. == Haqqında == Azərbaycanda nominativ yarımnövlə təmsil olunmuşdur. Sərçədən bir qədər iridir. Üstü göyümtül-yaşıl, quyruqüstü parlaq-göy, boğazı oxra-ağımtıldır. Dimdiyində, peysərinə tərəf gözlərindən keçməklə enli zolaq uzanır. Bədəninin altı paslı-kürəndir. Dimdiyi qırmızımtıldır. Uçuşu sürətli, tez-tez qanad çalmaqladır. Adətən suyun düz üstündə uçur.
Qırmızıdimdik balıqçıl
Qırmızıdimdik balıqçıl (lat. Halcyon smyrnensis) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin rakşikimilər dəstəsinin balıqçıllar fəsiləsinin halcyon cinsinə aid heyvan növü. Adi balıqcıldan nəzərəçarpacaq dərəcədə iridir. Üstü göydür. Başı qonur, boğazı ağdır. Qarnı qonurdur. Dimdiyi qırmızıdır. Arealı Türkiyədən Cənub-Şərqi Çinə və Flippinə qədər Asiyanın cənubudur. Su hövzələrinin sahillərində məskunlaşır. Təsadüfi rast gəlinən quş kimi Lənkəran yaxınlığında 2 dəfə tutulmuşdur.
Yaşıl balıqçıl
Yaşıl balıqçıl (lat. Chloroceryle) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin rakşikimilər dəstəsinin balıqçıllar fəsiləsinə aid heyvan cinsi. Onlara Cənubi və Mərkəzi Amerikada rast gəlmək olar.
Qızılı balıqcıq
Qızılı balıqcıq, Şələquyruq qızıl balığı?, Yapon balığı? (lat. Carassius auratus) Çəkikimilər dəstəsinin Çəkilər fəsiləsinin Daban balıqlar cinsinə aid balıq növü. Çarprazlama üsulu istehsal ilə fərqli rənglərdə və bədən quruluşunda çox növü çıxarılmışdır. Şələquyruq qızıl balığı soyuq suda da yaşaya bilərlər. Tapıldıqları akvariumlarda tək cins olaraq bəslənirlərsə isidiciyə ehtiyac yoxdur. Su istiliyinin 25 dərəcə üstündə olması sağlamlıqlarına mənfi təsir edər. Koi olaraq adlandırılan törəmələri hovuzlarda 59 sm boy, 4.5 kq ağırlığa çata bilərlər. Lazımlı şərtlər və damızlıklar təmin edilsə akvariumda çıxarılması mümkündür. Yumurta tökərək törəyərlər.
Adi yaşıl balıqçıl
Adi yaşıl balıqçıl (lat. Chloroceryle americana) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin rakşikimilər dəstəsinin balıqçıllar fəsiləsinin yaşıl balıqçıl cinsinə aid heyvan növü.
Kiçik yaşıl balıqçıl
Kiçik yaşıl balıqçıl (lat. Chloroceryle aenea) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin rakşikimilər dəstəsinin balıqçıllar fəsiləsinin yaşıl balıqçıl cinsinə aid heyvan növü.
İkirəng yaşıl balıqçıl
İkirəng yaşıl balıqçıl (lat. Chloroceryle inda) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin rakşikimilər dəstəsinin balıqçıllar fəsiləsinin yaşıl balıqçıl cinsinə aid heyvan növü.
Balıqçı
Balıqçı (Hacıqabul) — Azərbaycanın Hacıqabul rayonunda qəsəbə. Balıqçı (Nəqədə) — İranın Qərbi Azərbaycan ostanının Nəqədə şəhristanı ərazisinə daxil olan kənd.
Balıqçı (Hacıqabul)
Balıqçı — Azərbaycan Respublikasının Hacıqabul rayonunun inzibati ərazi vahidində qəsəbə. Balıqçı Hacıqabul rayonunda qəsəbə. Hacıqabul golunun sahilində, Şirvan düzündədir. Oykonim sakinlərin əsas məşğuliyyətini özündə əks etdirir. Xakas vilayətində Balıksa, özbəkistanda Balıqçı, Qazaxıstanda BalıkŞi qəsəbələri qeydə alınmışdır. 2014-cü il məlumatına görə bu qəsəbədə heç kim yaşamır.
Balıqçı (Nəqədə)
Balıqçı (fars. باليقچي‎) — İranın Qərbi Azərbaycan ostanının Nəqədə şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 758 nəfər. yaşayır (166 ailə).
Balıqçı üzüyü
Balıqçı üzüyü (lat. anulus piscatoris; həmçinin, papa üzüyü və Müqəddəs Pyotrun üzüyü) — tiara ilə yanaşı Roma papalarının geyiminə daxil olan atribut. Papa üzüyü Roma Papasının balıqçılıqla məşğul olan Müqəddəs Pyotrun vəliəhdi olduğunu xatırlatmaq üçün taxılır. Üzüyün üzərində qayıqda əyləşən apostol Pyotrun balıqçı torunu suya atması təsvir olunmuşdur. Bu simvolikanın İsa Məsihin söylədiyi kimi, onun şagirdlərinin insan ruhunun ovçusu olacağına işarə etdiyi iddia edilir. Üzük haqda ilk məlumatlara papa IV Klimentin məktubunda rast gəlinir (1265). Orta əsrlər dövründən bəri papanın yanına gələn hər kəs öz dodaqlarını bu üzüyə toxundururdu. Bu, həmin şəxsin papaya tabe olmasına işarə idi. 1842-ci ilə qədər bu üzükdən papanın şəxsi məktublarının təsdiqi üçün möhür kimi də istifadə olunurdu. Yeni seçilən papa üçün yeni bir üzük hazırlanır və ora onun adı həkk edilir.
Amazon yaşıl balıqçılı
Amazon yaşıl balıqçılı (lat. Chloroceryle amazona) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin rakşikimilər dəstəsinin balıqçıllar fəsiləsinin yaşıl balıqçıl cinsinə aid heyvan növü.
Balıqlı
Balıqlı (Amasiya)
Balıqlı (Amasiya)
Balıqlı və ya Zorakert — Ermənistanın Amasiya rayonunda kənd. == Tarixi == Balıqlı — Qars vilayətinin Qars qəzasında, indi Amasiya rayonunda kənd. Rayon mərkəzindən 20–21 km şimal-şərqdə, Arpa gölünün şimal-şərq sahilində, Arpa çayının qərb sahilində, təpəlikdə yerləşir. Relyefi cənub və şimal hissədə düzənlik, qərb və şimal-qərb hissədə dərə-təpəlikdir. Kənd XVIII əsrin sonu, XIX əsrin əvvəllərində salınmışdır. Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. == Toponimi == Toponim qədim türk dilində "sığınacaq, şəhər, qala" mə'nası bildirən balıq sözünə -lı sözdüzəldici şəkilçisinin artırılması yolu ilə əmələ gəlmişdir. Quruluşca düzəltmə toponimdir. Ermənistan prezidentinin 19. IV.1991-ci il fərmanı ilə kəndin adı dəyişdirilib Zorakert qoyulmuşdur.
Balıq və balıqçı haqqında nağıl (cizgi filmi, 1950)
Balıqçı və balıq haqqında nağıl (rus. Сказка о рыбаке и рыбке) - Aleksandr Puşkinin eyniadlı əsəri əsasında çəkilən sovet cizgi filmi.
Balıq və balıqçı haqqında nağıl (cizgi filmi, 1959)
Balıqçı və balıq haqqında nağıl (rus. Сказка о рыбаке и рыбке) - Aleksandr Puşkinin eyniadlı əsəri əsasında çəkilən sovet cizgi filmi.
Balıqlı (Sava)
Balıqlı (fars. بالقلو‎ , az.-əski. بالیقلی‎) - İranın Mərkəzi ostanının Sava şəhristanının Nobaran bəxşinin ərazisinə daxil olan kənd. == Əhalisi == 2016-cı ilin məlumatına görə kənddə 1 091 nəfər yaşayır (390 ailə).Kənd əhalisi bütünlükdə azərbaycan türklərindən ibarətdir. == Görməli yerlər == Sava bölgəsinin ən çox sulu bulağı olan Kəbir və yaxud Balıqlı bulağı bu kənddə yerləşir ki il boyunda çox sayda turisti özünə cəzb edir.Bulağın suyu sərt daşlar arasından qaynayıb çıxaraq, saniyədə 70 litrə dək su verir. Bundan başqa kənddə soyu şiələrin 7-ci imamı olan Musa əl-Kazıma gedib çatan İmamzadə Nuh türbəsidə bu kənddə yerləşir.Türbə kərpiçdən tikilərək, üstü konus şəklində olan günbəz ilə , döşəməsi isə mərmər daşıyla örtülmüşdür.Türbənin tikintisi Səfəvilər imperiyasının ilk dönəmlərinə gedib çıxır.
Balıqlı (göl)
Balıqlı — Göyçə gölünə şimal-qərbdən tökülən bir çayın adı. XX əsrin 30-cu illərində çay ermənicə Dzıknaqet adlandırılmışdır. Çayın adı onda balığın bolluğu ilə əlaqədardır. == Həmçinin bax == Balıqlı Bakugöl == Ədəbiyyat == Yüzbaşov R. Azərbaycanın coğrafi terminləri. Bakı, 1966. Yusifov Y., Kərimov S. Toponimikanın əsasları. Bakı, 1987.
Balıqlı məscidi
Balıqlı məscidi — Amasiya rayonunun Balıqlı kəndinin məscidi
Köhnə Balıqlı (Bakalı)
Köhnə Balıqlı (başq. Иҫке Балыҡлы, rus. Старые Балыклы) — Başqırdıstan Respublikasının Bakalı rayonunda yerləşən kənd. Kənd Axman kənd şurasının tərkibindədir. == Coğrafi yerləşməsi == Məsafələr: rayon mərkəzindən (Bakalı): 5 km, kənd sovetliyindən (Axman): 2 km. ən yaxın dəmiryol stansiyasından (Tuymazı stansiyası): 67 km. == Əhali == === Milli tərkibi === 2002-ci ildə keçirilən Ümumrusiya əhalinin siyahıya alınmasına əsasən kənddə tatarlar (94 %), kryaşenlər (34 %) üstünlük təşkil edir.
Yeni Balıqlı (Bakalı)
Yeni Balıqlı (başq. Яңы Останков, rus. Яңы Балыҡлы) — Başqırdıstan Respublikasının Bakalı rayonunda yerləşən kənd. Kənd Bakalı kənd şurasının tərkibindədir. Məsafələr: rayon mərkəzindən (Bakalı): 7 km, kənd sovetliyindən (Bakalı): 7 km. ən yaxın dəmiryol stansiyasından (Tuymazı stansiyası): 80 km. 2002-ci ildə keçirilən Ümumrusiya əhalinin siyahıya alınmasına əsasən kənddə tatarlar (44%), kryaşlar (44%) üstünlük təşkil edir.
Balıqçay
Balıqçay — İrəvan quberniyasının Novobayazid qəzasında çay adı. == Həmçinin bax == Azərbaycan çayları == Ədəbiyyat == Ermənistan azərbaycanlılarının tarixi coğrafiyası. Bakı, 1995.
Balıqçılar
Balıqçılar — Azərbaycan Respublikasının Lənkəran rayonunun inzibati ərazi vahidində qəsəbə. == Tarixi == 25 oktyabr 2011-ci ildə Azərbaycan Respublikasının Milli Məclisinin qərarı ilə Balıqçılar qəsəbəsi Nərimanabad qəsəbə inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, həmin qəsəbə mərkəz olmaqla Balıqçılar qəsəbə inzibati ərazi dairəsi yaradılmış və Azərbaycan Respublikasının ərazi vahidlərinin Dövlət reyestrinə daxil edilmişdir. == Yolları == 13 sentyabr 2013-cü ildə Azərbaycan Respublikasının Prezidentinin Sərəncamı ilə Liman-Nərimanabad-Balıqçılar avtomobil yolunun tikintisi məqsədilə Azərbaycan Respublikasının 2013-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Lənkəran Şəhər İcra Hakimiyyətinə ilkin olaraq 2 milyon manat ayrılmışdır. == Din == Qəsəbədə "Xanım Zəhra" məscidi dini icması fəaliyyət göstərir.
Balıqçılıq
Balıqçılıq — su hövzələrində balıqların, digər su heyvanları və bitkilərinin artırılması, bərpası, yetişdirilməsi, istifadəsi, mühafizəsi və faydalı əlamətlərinin yaxşılaşdırılmasına yönəldilmiş bioloji, biotexniki, texnoloji və təşkilati tədbirlər sistemi. == Balıqçılıq təsərrüfatı == Balıqçılıq təsərrüfatı ən qədim təsərrüfat sahələrindən biridir. İlkin olaraq balıqçılıq təsərrüfatı isti iqlimə malik ölkələrdə yaranmışdır. Məsələn, Meksika (6,5min il e.ə.), Çin (3,5 min il e.ə.), Misir (2,5 min il e.ə.), Hindistan (2000-ci il e.ə.). 3750 il bundan əvvəl Çində balıqların çoxaldılması üçün nohurlar yaradılmışdı. Eramızdan əvvəl 1020-ci ildə balıqların xüsusi əhəmiyyət kəsb edən bəzi növləri satış məqsədilə böyük miqyasda yetişdirilirdi. Çinli Fan Li e.ə. 599-cu ildə yazdığı balıqyetişdirilməsi haqqında məlumat bu sahə barəsində dövrümüzə gəlib çatmış ilk əlyazmadır. Balıqyetişdirmə balıq körpələrinin süni göl və nohurlarda əmtəə məqsədilə satış çəkisinə qədər intensiv yetişdirilçməsi və bəslənməsi olub akvakulturanın əsas hissəsini təşkil edir. Akvakultura latıncadan tərcümədə "aqua" su və "cultura" yetişdirmək, becərmək sözlərindən ibarət olub su orqanizmlərinin (balıqların, xərçənglərin, molyuskaların, yosunların) təbii və süni sututarlarda, həmçinin xüsusi yaradılmış dəniz plantasiyalarında yetişdirilməsi və çoxaldılmasıdır.
Azərbaycanda balıqçılıq
Azərbaycanda balıqçılıq — Azərbaycan Respublikasında su obyektlərində balıq və digər su bioresurslarının artırılması, yetişdirilməsi, bərpası, istifadəsi, mühafizəsi və faydalı əlamətlərinin yaxşılaşdırılmasına yönələn bioloji, biotexniki, texnoloji və təşkilati tədbirlər sistemini əhatə edən kənd təsərrüfatı sahəsi. == Tarixi == Azərbaycanda 1913-cü ildə 13 milyon puda yaxın balıq və balıq məhsulları, 40 min puddan çox qara kürü hasil edilmişdir. == Qanunvericilik bazası == 27 mart 1998-ci il tarixində "Balıqçılıq haqqında" Azərbaycan Respublikasının Qanunu qəbul edilmişdir.
Balıqçılar (1927)
Balıqçılar — rejissor Rza Təhmasib tərəfindən 1927-ci ildə ekranlaşdırılmış qısametrajlı bədii film. "Azdövlətkino"da istehsal edilmişdir. Film bir balıqçının faciəli həyatından bəhs edir. Əsas rolları Cəfər Cabbarlı və Ağarza Quliyev ifa edirlər. == Məzmun == Film bir balıqçının faciəli həyatından bəhs edir.
Balıqçılar (dəqiqləşdirmə)
Balıqçılar
Balıqçılar bələdiyyəsi
Lənkəran bələdiyyələri — Lənkəran rayonu ərazisindəki bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. == Siyahı == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Halikarnas Balıqçısı
Halikarnas Balıqçısı— kimi də tanınan Cevat Şakir Kabaağaçlı (17 aprel 1890, Krit – 13 oktyabr 1973, İzmir) Bodrum sevgisi ilə tanınan məşhur roman və hekayə yazarıdır. == Həyatı == O, 1890-cı il aprelin 17-də Osmanlı İmperiyasının son köklü ailələrindən olan Şakir Paşa Ailəsinin üzvü olan atasının ali komissar vəzifəsində çalışdığı Kritdə anadan olub. Atası Krit və Afinada səfir və vali olan Mehmed Şakir Paşa və anası Sare İsmət Xanım; əmisi II Əbdülhəmidin səltənətinin böyük vəziri Əhməd Cavad Paşa və onun babası Şuranın Hərbi İdarəsinin rəisi Miralay Mustafa Asım bəy idi. O, hər iki nikahdan övladı olmayan və onu öz oğlu kimi sevən əmisinin adını daşıyırdı, altı uşaqlı ailənin böyük oğlu idi. Ailəsinin bütün üzvləri sənətdə istedadlı idilər. Doğuşdan sırasıyla Hakkıye, Ayşə, Suat, Fahrelnisa ​​və Əliyə rəssamlıq, Əliyə isə oyma sahəsində məşhurlaşdılar; Hakkıyenin qızı Füreya Koral ilk türk qadın keramika ustası oldu; Fahrelnisanın uşaqları Nejad Melih Devrim, rəssam; Şirin Devrim teatr aktyoru oldu. Cevat Şakir uşaqlığının ilk illərini atası Şakir Paşanın səfir olduğu Afinada keçirib. İbtidai təhsilini Büyükadada, orta və lisey təhsilini isə 1907-ci ildə Robert Kollecində tamamladı. Elə həmin il "İkdam" qəzetində ilk məqaləsi dərc olunub. Bu ingilis dilindən tərcümə edilmiş məqalə idi.
Balıqçılıq sənayesi
Balıq sənayesi — təbiətdə yetişən balıqların tutulub emal edilməsi. == Ədəbiyyat == R.Ə.Əliyeva, Q.T.Mustafayev, S.R.Hacıyeva. “Ekologiyanın əsasları” (Ali məktəblər üçün dərslik). Bakı, “Bakı Universiteti” nəşriyyatı, 2006, s. 478 – 528.