Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Balamir
Balamir (?-378) — Avropa Hun İmperiyasının hökmdarı. == Həyatı == Balamir (Balambər), adı bilinən ilk Qərb Hun Türk hökmdarıdır (IV yüzilın ikinci yarısı). Balamir, Oğuzların atasıdır. Adı "Balam-ber" yəni oğul verən (Oğul törədən) anlamına gəlir. Çiçi yabqunun dokuzuncu, Mete xaqanın 15-ci göbəkdən nəvəsi, Hun xaqanı, Hayluntur tayfasının da rəis idi. Şimal Hun dövlətinin yıxılmasının ardından dağılan və qərbə çəkilən hunlar, Ural və İdil çayları arasına yerləşmişdilər. Ardından hunlar, bu bölgədəki Türk boylarını itaətləri altına almışdır. IV yüzilın ortalarında Aral gölü ilə Xəzər dənizinin şimalındaki Alan ölkəsini ələ keçirdikdən sonra, 374-cü ildə Balamir xan başçılığında İdil çayı yaxalarında görünmüşlər, Qaradənizin şimalındakı düzənliklərdə yaşayan Ostroqotları və Viziqotları yenilgiyə uğratmışdılar. 375-ci ildə ostroqotlar və viziqotlar, hunların hücumlarından dolayı qərbə doğru yönəlmişdilər. Beləcə "Tayfalar köçü" başlamışdır.
Böyük Alatəmir
Böyük Alatəmir — Azərbaycan Respublikasının Qax rayonunun inzibati ərazi vahidində kənd. == Tarix == Böyük Alatəmir Qax rayonunun Qaxingiloy inzibati ərazi vahidində kənd. Dağətəyi ərazidədir. Yerli əhalinin məlumatına görə, yaşayış məntəqəsini Qaxingiloy kəndindən çıxmış ailələr vaxtilə Alatəmir adlı şəxsə məxsus torpaq sahəsindəki binə yerində saldığına görə belə adlanmışdır. == Əhalisi == 1 yanvar 2012-ci il tarixinə olan rəsmi məlumata əsasən kənddə 263 təsərrüfatda hər iki cinsdən toplam 718 nəfər əhali yaşayır.
Kiçik Alatəmir
Kiçik Alatəmir — Azərbaycan Respublikasının Qax rayonunun inzibati ərazi vahidində kənd. == Toponimikası == Kiçik Alatəmir oyk., mür. Qax r-nunun Qax İngiloy i.ə.v.-də kənd. Dağətəyi ərazidədir. Oykonim Böyük Alatəmir kənd adının qarşılığıdır. == Əhalisi == 1 yanvar 2012-ci il tarixinə olan rəsmi məlumata əsasən kənddə 10 təsərrüfatda hər iki cinsdən toplam 34 nəfər əhali yaşayır.
Balamir Məmmədov
Balamir Şirməmməd oğlu Məmmədov — (1974, Lerik rayonu – 1993, Çıldıran, Kəlbəcər rayonu) Birinci Qarabağ döyüşlərində iştirak edib. == Həyatı == 1974-cü ildə Lerik rayonunun Küsəkəran kəndində anadan olub. == Təhsili == 1989-cu ildə Küsəkəran kənd natamam orta və 1991-ci ildə Veri kənd orta məktəblərini bitirib. == Hərbi xidməti == 1992-ci ildə Lerik rayon hərbi komissarlığı tərəfindən həqiqi hərbi xidmətə çağırılaraq cəbhə bölgəsinə göndərilib. Balamir Məmmədov Qarabağ cəbhəsinin müxtəlif istiqamətlərində gedən bir sira uğurlu əməliyyatlarda iştirak edərək torpaqlarımızın müdafiə olunmasında igidlik göstərib. Balamir Məmmədov 1993-cü ilin mart ayında Ağdərə rayonunun Çıldıran bölgəsi uğrunda gedən döyüşlər zamanı şəhid olub. Ölümündən sonra təhsil aldığı Küsəkəran kənd natamam orta məktəbinə onun adı verilib.
Böyük Alatəmir bələdiyyəsi
Qax bələdiyyələri — Qax rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. == Siyahı == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Furkan Aldemir
Furkan Aldemir (türk. Furkan Aldemir, doğ. 9 avqust 1991-ci il, İzmir, Türkiyə) — türk peşəkar basketbolçusu. Basketbol üzrə Türkiyə çempionatında Darüşşafak klubunda oynayır. == Bioqrafiyası == Aldemir peşəkar karyerasına doğma İzmir klubu olan Karşiyakada başlamışdır. 2010-cu ilin iyulunda Furkan 20 yaşa qədər Avropa çempionatında Türkiyə millisinin şərəfini qorumuşdur. Turnirin nəticələrinə görə Furkan hər oyuna 11,6 xal toplayaraq yarışın ən yaxşılarından biri olmuşdur. Ancaq Türkiyə millisu 13-cü yerlə kifayətlənmişdir.2011-ci ilin iyun ayında Galatasaray BK ilə 4 illik müqavilə imzaladı. Növbəti mövsümdə yenidən Avropa çempionatında (20 yaşa qədər). Türkiyə millisi turniri dördüncü yerdə tamamladı.