Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Bald and Bankrupt
Bald and Bankrupt (azərb. Keçəl və müflis olmuş‎) — Benjamin Riç (ing. Benjamin Rich) və ya Mister Bold (ing. Mr. Bald) kimi tanınan britaniyalı videoblogerin apardığı ingilis və rusdilli yutub kanalı. 2018-ci ilin iyun ayında açılmış kanalda əsasən postsovet məkanı və Hindistan yarımqitəsi ölkələrindən bəhs olunur. 2022-ci ilin mart ayına olan göstəriciyə əsasən 3,48 milyon abunəçiyə və 489 milyon baxışa malikdir. 2019-cu ilin iyul ayında podkast zamanı yutub-bloger Pyudipay bildirib ki, Bald and Bankrupt onun sevimli yutub kanalıdır.
Bankrot
Müflisləşmə — iflas, bankrotluq. var-yoxdan çıxmaq, öz öhdəliklərinə görə borclarını ödəməkdən imtina etmək, vəsaitin olmaması ucbatından borcunu ödəyə bilməmək, borcu ödəmək iqtidarında olmamaq; məcazi mənada - imkansızlıq, iflas olmaq, plan və ümidlərin məhv olması.
Bankroft sap qurdu
Bankroft sap qurdu (lat. Wuchereria bancrofti) Dəyirmi qurdlar tipinin Nematodlar sinfinə aid olan növ. == Xarici quruluşu == Bu parazit sap şəklində olub, limfa damarlarında ve limfa düyünlərində yaşayır. Erkək fərdin uzunluğu 4 sm, dişi fərdin uzunluğu isə l0 sm-dir.. == Həyat tərzi == Parazit həyat tərzi keçirir. Bu qurdlar limfa damarlarında külli miqdarda olduqda insanda “fil xəstəliyi” – elefantiazis törədir, ətrafların, xayaların, döş ve digər orqanların həddindən artıq şişməsinə səbəb oldularına görə də bu xəstəliyə "fil xəstəliyi" (Zoa boa) və ya elefantiazis deyilir.. Bu nematod Yetkin qurdlar ən çox limfa vəziləri və limfa damarlarında rast gəlinir. Limfa damarlarının tutulması nəticəsində onların divarları iltihabdan qalınlaşır və limfanın durğunluğu yaranır. Zədələnmiş yer ölçücə çox böyüyür. Dişilər külli miqdarda sürfələr əmələ gətirir.