Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Darılıq
Darılıq — Azərbaycan Respublikasının Cəlilabad rayonunun Ağdaş kənd inzibati ərazi dairəsində kənd. == Tarixi == == Toponimikası == Burovar silsiləsinin ətəyindədir. Yaşayış məntəqəsi XIX əsrdə maldarlıqla məşğul olan bir qrup ailənin Danlıq adlı yerdə məskunlaşması nəticəsində yaranmışdır. Oykonim "dan əkilən yer" mənasındadır. Fitotoponimdir. Qax rayonunun Güllük kəndində də Darılıq sahəsi adlı yer qeydə alınmışdır. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 140 nəfər əhali yaşayır. == İqtisadiyyatı == Əhalinin əsas məşğuliyyətini kənd təsərrüfatı-əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir.
Sarılıq
Sarılıq – əsasən qaraciyərin və ya ödün funksiyasının pozulması nəticəsində baş verən xəstəlikdir. Qarın boşluğunda və qara ciyərdə ağrılarla müşayiət olunur. Göz ağının və dərinin hissediləcək qədər sarı rəng alması baş verir. Müalicə olunmazsa, ölümlə nəticələnə bilər. Pəhriz məqsədi ilə sərçə əti və yumurtası yemək və ya mərəçüyüdün qaynanmış suyunu içmək faydalıdır. Quzuqulağı kökünün şərabda qaynadılmış qabığı da sarılıq zamanı işllədilir. Bu zaman 24 q-dək turp yarpağının suyunu içmək yaxşı tə"sir göstərir. Sarılıq keçirən zaman süd, badam yağı, turş və şirin nar suyu, bağayarpağı və turş alma suyu içmək məsləhət görülür. Xəstəlik istiliklə müşayiət edilərsə və öd kisəsi ilə basğlı olarsa nar, kasnı, balqabaq və yemiş şirəsi, xiyar şirəsi və kasnı toxumunun şirəsini iskəncəbi ilə içmək münasibdir. Çəpiş əti, cücə əti, abqora, xiyar tumu, kahı yarpağı, kasnı yarpağı sirkə ilə məsləhət görülən yeməklərdəndir.
Barıcıq (Xoy)
Barıcıq (fars. برژوك‎) — İranın Qərbi Azərbaycan ostanının Xoy şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 308 nəfər yaşayır (54 ailə).
Barışıq qülləsi
Barışıq qülləsi və ya Maqas qülləsi (inquş Барта гӏа́ла, Магас гӏа́ла) — 2013-cü ildə İnquşetiya Respublikasının paytaxtı Maqas şəhərində klassik orta əsr İnquş qülləsi formasında ucaldılmış çoxmərtəbəli bina. Barışıq qülləsinin hündürlüyü təxminən 100 metrdir. Müşahidə göyərtəsinə (hündürlüyü 85 m) çatmaq üçün spiral rampa ilə bir kilometrdən çox gəzmək lazımdır (lift yoxdur). İnquşetiyanın ən hündür binası və Şimali Qafqazın ən yüksək müşahidə qülləsidir. Maqas qülləsi, respublikanın düzən hissəsindəki əsas turistik yerdir. Qüllənin geniş sahəsi və mərtəbələrinin rahatlığı müxtəlif mədəni tədbirlərin, elmi konfransların, xüsusən də, İnquşetiya Respublikası Teyp Şurasının iclaslarının və gənclər forumlarının keçirilməsinə imkan verir. Ayrı mərtəbələrdə milli üslubda kafelər və etnoqrafiya muzeyi var. Çoxfunksiyalı "Barışıq qülləsi" obyekti, əsrlər əvvəl qurulduğu kimi çayxanaya deyildir, respublikanın bütün sakinlərinə aid olduğu üçün İnquş cəmiyyətinin möhkəmlənməsində mühüm rol oynayır. Qüllədə 85 metr yüksəklikdə, Maqas şəhərinin və ətrafının panoramik mənzərəsinə açılan super davamlı şüşədən hazırlanmış müşahidə göyərtəsi var. == Tarixi arayışı == Qədim dövrlərdən bəri İnquş teypləri ata-baba qalalarını tikirlər.
5 batlıq sikkə
5 batlıq sikkə (tay เหรียญ 5 บาท) — Tailandda işlədilən bat sikkələrindən biri. 1988-ci ildən dövriyyədədir. 500 satanqa bərabərdir. Sikkənin ön tərəfində Tailand kralı Bhumibol Adulyadeyin portreti, arxa tərəfindən isə Banqkokda yerləşən Vat Bençamabofit buddist mədəninin görünütüsü əks olunmuşdur. == 2009-cu il dəyişiklikləri == 2 fevral 2009-cu ildə Tailand Xəzinə Departamenti sikkə ilə bağlı bir neçə dəyişiklik tətbiq edəcəyini açıqlamışdır. Sikkənin ağırlığı 7,5 qramdan 6 qrama düşürülmüşdür və qalınlığı azaldılmışdır. Lakin metal tərkibi və digər xüsusiyyətlər olduğu kimi saxlanılmışdır.
Baranlıq-i Hüseynxan (Miyanə)
Baranlıq-i Hüseynxan (fars. برنليق حسين خان‎) — İranın Şərqi Azərbaycan ostanının Miyanə şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 145 nəfər yaşayır (36 ailə).
Baranlıq-i Mədədxan (Miyanə)
Baranlıq-i Mədədxan (fars. برنليق مددخان‎) — İranın Şərqi Azərbaycan ostanının Miyanə şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 294 nəfər yaşayır (70 ailə).
Milena Pavloviç-Barili
Milena Pavloviç-Barili (çex. Милена Павловић-Барили 5 noyabr 1909[…], Pojarevaç[d], Serbiya krallığı – 6 mart 1945, Nyu-York, Nyu-York ştatı) — Serb əsilli şairə və rəssam. Serb modernizmin ən görkəmli qadın sənətkarıdır. Milena Pavloviç-Barili 5 noyabr 1909-cu ildə Pojarevaç şəhərində (Serbiya) anadan olmuşdur. Atası Bruno Barili bəstəkar, musiqi tənqidçisi və şair idi. Anası Daniçi Pavloviç Karaqeorqieviç sülaləsindən gəlirdi və incəsənət öyrənirdi. 1922-1926-cı illərdə Milena Belqraddakı Kral İncəsənət məktəbində, 1926-1928-ci illərdə Münhendə incəsənət təhsili alır. 1930-cu illərin əvvəllərində Milena Serbiyanı tərk etdir. İkinci Dünya müharibəsi başlamazdan əvvəl bir neçə dəfə qısa müddətə Serbiyaya gəlir. Vaxtının çoxunu İspaniya, Roma, Paris və Londonda keçirir, burada Jan Kokto və Andre Breton ilə ünsiyyət qurmaq imkanı olur.