Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Barrikada
Barrikada (fr. barricade) — hücum edən rəqibdən müdafiə olunmaq üçün, küçə, yol, körpü və dağ keçidlərinin qarşısını kəsən əsasən şalban, qum kisələri, daş, eləcə də araba, çəllək, işıqlandırma dirəkləri və sairədən düzəldilən süni sədd. == İstifadəsi == Qədim zamanlarda əsasən müharibə vaxtı, şəhərdə, meşələrdə və dağlarda, eləcə də düşmənin sahilə yan almasını qarşılamaq üçün, çayın üstündəki körpülərin uğrunda döyüşlərdə istifadə olunurdular. XIX əsrin ikinci yarısında, bir sıra şəhər üsyanları (Paris 1827,1830,1832,1834, Berlin, Vyana, Praqa -1848, Drezden 1849) ilə müşayət olunan Avropada inqilabi hərəkatı qalxması ilə əlqədar barrikada döyüşləri taktikası da təkmilləşdi. Barrikadalar qəliz fortifikasiya qurğularına çevrilirlər, üsyanın ümumi planına və küçə döyüşü taktikasına uyğun tikilirlər. 1871 ildə Paris kommunası vaxtı kommunarlar barrikadalardan geniş yararlanırlar. XIX əsrin ikinci yarısından hərbi texnikanın və şəhərlərin yenidən planlanması ilə bağlı olaraq (geniş və düz,və deməli süpürmə atəş üçün yararlı küçələrin salınması), barrikada döyüşlərinin aparılması şəraiti dəyişmişdir. K.Marksın "1848-1850 illərdə Fransada sinfi mübarizə" əsərinə girişdə F.Engels Avropa inqilabi hərəkatı perspektivlərinə öz baxışlarını açıqlayaraq, yazırdı, ki küçə döyüşlərinin əski taktikası üsyanın qələbəsinin həlledici şərti olan hücum taktikasını təmin etmirdi. O yazrdı: "Köhnə tipli üsyan, 1848 ilə qədər hər yerdə həlledici olan barrikadalı küçə döyüşləri, əhəmiyətli dərəcədə köhnəlmişdir.". Əgər dövlətlər arasında müharibələr üçün şərait dəyişmişsə, "deməli ondan az olmayaraq sinfi mübarizə üçün də dəyişmişdir".
Azadlıq barrikadalarda
"Xalqı istiqamətləndirən Azadlıq" (fr. La Liberté guidant le peuple) və ya "Azadlıq barrikadalarda" və ya "28 iyul 1830-cu il" - fransız rəssamı Ejen Delakrua tərəfindən çəkilmiş tablo. Bu tablonu "Fransız rəssamlığının Marselyezası" da adlandırırlar. == Yaranma tarixi == Ejen Delakrua xalq üsyanlarından və inqilablarından qorxurdu. İyul inqilabı günlərində o öz evini tərk etməmişdi. Yazıçı Aleksandr Düma bildirir ki, həmin günlərdə Delakrua çox çaşqın görünürdü. Rəssam özü də etiraf edirdi ki, o "üsyançıdır, lakin inqilabçı deyil". Lakin rəssam respublikaçılara simpatiya bəsləyirdi və o İyul inqilabına dair tablo çəkmək qərarına gəlir. 20 sentyabr 1830-cu ildə Burbonlar monarxiyasının bərpasına son qoymuş İyul inqilabının motivləri əsasında bu tablonu çəkməyə başlamışdı (bəzən səhvən Böyük Fransa inqilabı ilə əlaqələndirilir). Çoxlu hazılıq eskizlərindən sonra bu tablonu üç ay ərzində ərsiyə gətirmişdir.
Barrikadalar zamanı
Barrikadalar zamanı (lat. Barikāžu laiks) və ya sadəcə Barrikadalar (lat. Barikādes) 1991-ci ilin yanvar ayında əsasən Riqa şəhərində baş tutan 1990-cı ilin mayında Sovet Sosialist Respublikaları İttifaqı ilə ondan müstəqilliyini elan edən Latviya Respublikası arasında qarşıdurmaların seriyası. Hadisələrin adı yerli camaatın təxminən 13 və 27 yanvar arasında müdafiə barrikadaların quraşdırmağından gəlir. == Arxa plan == 1940-cı ildə Latviya, Litva və Estoniya SSRİ tərəfindən işğal olunub. Bunnan təxminən eyni zaman meşə qardaşları adı altında partizanların silahlı müqaviməti başlayıb. 1986-cı ildən başlayaraq, Latviyalılar konkret məqsədlərin ətrafında təşkil olmağa başlayıblar. Latviyadaki bu hadisələr həmçinin Üçüncü oyuanış (lat. Trešā Atmoda) kimi, Baltikyanı üç respublikasında ümumiyyətlə bir yerdə baş verilən bu cərəyan isə Nəğməli inqilab kimi tanınır. Kütləvi etirazlar baş verirdi və 1990-cı ilin martın 18-də müstəqillik tərəfdarları olan Latviya Xalq Cəbhəsi, Yaşıl Partiya və Latviya Milli Müstəqillik Hərəkəti Latviya SSR Ali Sovetinə seçkilərini udub, sovetpərəst Bərabər Hüquqlar bloku isə müxalifət qalıb.
Afrikada futbol
Afrikada heykəltəraşlıq
Afrikada heykəltaraşlıq - Afrikada heykəltaraşlıq, əsasən, savanna və tropik meşələr arasındakı ərazilərdə yaşayan xalqlarda inkişaf etmişdir. Ağac üzərindəoyma sənətinin ən qədim nümunələri – sitayiş fiqurları və maskalar 16–17-ci əsrlərə aiddir. Afrika maskaları bəzən insanın baş və boynunu bütövlükdə örtür (maska-dəbilqə), bəzən də ucluqlarla tamam lanır. Ağac üzərində oyma ən çox üç zonada Qərbi Sudan, Qvineya sahilboyu və Konqo çayı hövzəsində inkişaf etmişdir. Kubaların saray incəsənətində ağac heykəltaraşlığı yüksək inkişaf səviyyəsinə çatmışdı. 17–19-cu əsr hökmdarlarının 19 böyük ağac heykəlləri məlumdur. Nok mədəniyyətinə aid terra-kota nümunələri Tropik Afirkanın ən qədim heykəltaraşlıq abidələridir. Nigeriyanın terrakota heykəltaraşlığı ənənəsi İfe mədəniyyətində, akan xalqlarında, Qərbi Sudanda davam etdirilmişdir. Daşüzərində oyma abidələrinə 13–19-cu əsrlərə aid qədim heykəlciklər daxildir. Bəzi xalqlarda monumental qəbirüstü heykəltaraşlıq da inkişaf etmişdir.
Afrikada heykəltaraşlıq
Afrikada heykəltaraşlıq - Afrikada heykəltaraşlıq, əsasən, savanna və tropik meşələr arasındakı ərazilərdə yaşayan xalqlarda inkişaf etmişdir. Ağac üzərindəoyma sənətinin ən qədim nümunələri – sitayiş fiqurları və maskalar 16–17-ci əsrlərə aiddir. Afrika maskaları bəzən insanın baş və boynunu bütövlükdə örtür (maska-dəbilqə), bəzən də ucluqlarla tamam lanır. Ağac üzərində oyma ən çox üç zonada Qərbi Sudan, Qvineya sahilboyu və Konqo çayı hövzəsində inkişaf etmişdir. Kubaların saray incəsənətində ağac heykəltaraşlığı yüksək inkişaf səviyyəsinə çatmışdı. 17–19-cu əsr hökmdarlarının 19 böyük ağac heykəlləri məlumdur. Nok mədəniyyətinə aid terra-kota nümunələri Tropik Afirkanın ən qədim heykəltaraşlıq abidələridir. Nigeriyanın terrakota heykəltaraşlığı ənənəsi İfe mədəniyyətində, akan xalqlarında, Qərbi Sudanda davam etdirilmişdir. Daşüzərində oyma abidələrinə 13–19-cu əsrlərə aid qədim heykəlciklər daxildir. Bəzi xalqlarda monumental qəbirüstü heykəltaraşlıq da inkişaf etmişdir.
Cənubi Afrikada turizm
Cənubi Afrikada turizm — Cənubi Afrika, Afrikanın qitəsində ən məşhur tətil istiqamətlərindən biridir.Cənubi Afrikada turizm və sənaye ölkə gəlirinin əsasını təşkil edir. Dünya səyahət və turizm şurasının World Travel & Tourism Council məlumatına görə, 2012-ci ildə turizm sənayesi birbaşa Cənubi Afrika ÜDM-ə 102 milyard ZAR gətirib və ölkədə iş yerlərinin 10,3% -ni təşkil edir. Cənubi Afrika yerli və beynəlxalq turistlərə müxtəlif variantları təklif edir, bura mənzərəli təbii landşaft, təbiət qoruğu, tarixi mədəni irs, yüksək qiymətləndirilmiş şərablar və s. daxildir. Xüsusilə də su idmanı üçün həyəcan verən gözəl çimərliklər də tapa bilərsiniz. Ən məşhur turistik istiqamətlərə ölkənin şimalında geniş Kruger National park , sahil xəttləri və çimərliklərlə Qərbi Burun vilayəti və Kvazulu-Natal vilayəti, Keyptaun, Yohannesburq və Durban kimi iri şəhərləri daxildir.Turizm xüsusilə 20-ci əsrdən sonra Cənubi Afrika Respublikası üçün vacib yer tutur. Aparteid dövrünün sona çatmasından sonra ölkədə qalxan embarqolarının təsiri ilə xaricdən gələn turistlər ölkə üçün əhəmiyyətli gəlir mənbəyinə çevrilmişdir.2002-ci ilin məlumatlarına əsasən, sözügedən ildə ölkədə 6 milyon turist cəlb olunduğu bildirilir. Cənubi Afrikanın son Turizm və Miqrasiya Araşdırması statistikasına görə, 2017-ci ilin avqustunda ölkəyə daxil olan limanlardan təxminən 3,5 milyon turist keçmişdir. Ölkədə çalışan əhalinin 3% -i turizm sektorunda işləyir. Ölkənin sahil xətti təxminən 2,500 kilometr; Cənub Afrika Atlantik Okeanı və Hind Okeanı ilə həmsərhəddir.
Afrikada COVID-19 pandemiyası
COVID-19 pandemiyasının 14 fevral 2020-ci ildə Afrikaya yayıldığı təsdiqləndi və ilk təsdiqlənmiş hal Misirdə elan edildi. Qara Afrikada ilk təsdiqlənmiş hadisə 2020-ci ilin fevral ayının sonunda Nigeriyada açıqlandı. Üç ay ərzində virus bütün qitədə yayıldı, çünki virusdan azad qalan sonuncu Afrika suveren dövləti Lesoto, 13 may 2020-ci ildə bir hadisəni təsdiqlədi. Mayın 26-na qədər, test imkanları məhdud olsa da, əksər Afrika ölkələrində icmalar arasında yoxluma yaşandığı ortaya çıxdı. Müəyyən edilmişdir ki, virusun əksəriyyəti qitəyə virusun yarandığı Çindən deyil, Avropa və ABŞ-dən gəlib. 2021-ci il iyunun əvvəlində Afrika, 14 ölkədə artan yoluxma halları ilə üçüncü COVID infeksiyası dalğası ilə üzləşdi. İyulun 4-nə qədər qitədə 251,000-dən çox yeni Covid hadisəsi qeydə alınıb ki, bu da əvvəlki həftədən 20% və yanvar zirvəsindən 12% çoxdur. Malavi və Seneqal da daxil olmaqla on altıdan çox Afrika ölkəsi yeni halların sayının artdığını qeyd etdi. Ümumdünya Səhiyyə Təşkilatı bunu Afrikanın "İndiyə qədərki ən pis pandemiya həftəsi" adlandırdı. Afrikanın müxtəlif ölkələri tərəfindən bir çox qabaqlayıcı tədbirlər həyata keçirilib.