Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Barsum
Çaykənd (1991-ci ilədək Barsum) – Azərbaycan Respublikasının Şəmkir rayonunun inzibati ərazi vahidində kənd. Aşağı Çaykənd Şəmkir rayonunun Barsum inzibati ərazi vahidində kənd. Dağ ətəyində yerləşir. XIX əsrdə bu ərazidə Gürcüstandan və Ermənistandan gəlmə ermənilər məskunlaşdıqdan sonra kəndin adı Barsum kimi rəsmiləşdirilmişdir. Hal-hazırda, əsasən Ermənistanın Qaraqoyunlu mahalının Çay-kənd kəndindən və Göyçə mahalından didərgin salınmış Azərbaycanlı ailələr burada məskunlaşmışlar. Qədim tarixə malik Çaykənd kəndində elmi araşdırmalar aparmaq üçün qədimi abidələrlə zəngindir,rayon mərkəzindən uzaq və dağlıq ərazidə olmasına görə arxeoloqların nəzərini cəlb etməsə də,yaxın gələcəkdə elmə yeni töhfələrin verəcəyinə və kəndin qədim tarixinin üzə çıxmasına səbəb olacaqdır Kənddə klub, kitabxana fəaliyyət göstərir, 1 orta məktəb binası, tibb məntəqəsi var. Şəmkir, Daşkəsən və Gədəbəy rayonlarının sərhədində yerləşir, kənd dağlarla əhatə olunub və 3 tərəfinin də dağlarla əhatələnməsi kəndin mənzərəsinə xüsusi ahəngdarlıq qatır. Əsas təsərrüfatı heyvandarlıq və əkinçilikdir.
Barduk (Urmiya)
Barduk (fars. بردوك‎‎) — İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 368 nəfər yaşayır (64 ailə).
Bambuk
Bambuk və ya Hind qamışı — böyüməsi ilə çox qəribə olan bir bitkidir: əvvəlcə toxum əkilir, sonra bu toxum sulanıb gübrələnir. Birinci il toxumda heç bir dəyişiklik olmur. Toxum yenidən sulanıb gübrələnir. Bambuk toxumu ikinci il də boy atmır. Üçüncü və dördüncü illərdə də bambuk toxumu sulanır və gübrələnir. Fəqət inadkar toxum yenə boy atmır. Bu işdə təcrübəsi olan Çinlilər, böyük bir səbrlə beşinci ildə də toxuma su və gübrə verməyə davam edirlər. Və nəhayət beşinci ilin axırına yaxın bambuk toxumu yaşıllaşmağa başlayır və altı həftə kimi qısa bir müddətdə də bambukun boyu təxminən 27 metrə çatır.
Banduk
Banduk (çeç. БӀен-дукъ; çeçen. bIo — "qoşun" + duk— "silsilə" sözlərindən) — Çeçenistan Respublikasının Şatoy rayonunda dağ zirvəsi. Dəniz səviyyəsindən hündürlüyü 1359 metrdir. Banduk dağı dəniz səviyyəsindən 1342 metr yüksəkliklərdə, yaxud da ətraf ərazidən 306 metr hündürlükdə yerləşir. Ətəyində dağın eni 4,5 km-dir. Ən yaxın yaşayış məntəqələri: Zona, Yarış-Mardı, Daçu-Borzoy, Ulus-Kert, Şatoy. Banduk dağı ətrafındakı ərazilər şimal-qərbə doğru təpəlik, cənub-şərqə doğru dağlıqdır. Rayonun ən yüksək zirvəsi Banduk silsiləsidir. Dəniz səviyyəsindən hündürlüyü 1771 metrdir.
Barbus
Şirbit (lat. Barbus) — heyvanlar aləminin xordalılar tipinin şüaüzgəclilər sinfinin çəkikimilər dəstəsinin çəkilər fəsiləsinə aid heyvan cinsi. Şirbitlər əsasən Cənubi və Cənub-Şərqi Asiya, Afrika, Avropada yayılmışdır. bədənləri uzadılmış formadadır, quyruq üzgəcləri iki tirəlidir. Dişilər iri qarınları səbəbiylə daha böyük görünür. kürüləmə dövründə erkəklər daha parılaq görünür.
Barium
Barium (Ba) – D.İ. Mendeleyevin elementlərin dövri sistemində 56-cı element.
Barlık
Barlık — Abidələrin 4-ü də Barlık çayı sahilində D. A. Klements tərəfindən tapılıb və ilk dəfə V. V. Radlov tərəfindən nəşr edilib. 1-ci abidə hündürlüyü 171, eni 56, qalınlığı 5 sm. olan qırmızı qum daşının Şərq tərəfində yazılmış 3, 2-ci abidə hündürlüyü 140, eni 56 sm. olan qırmızı qum daşının üzərində yazılmış 4, 3-cü abidə hündürlüyü 140, eni 56 sm. olan qırmızı qum daşının üzərində yazılmış 4, 4-cü abidə isə uzunluğu 92, eni 68 sm. olan daşın üzərində yazılmış 3 sətirdən ibarətdir. 4-cü abidənin daşı çox aşındığı üçün yazının bəzi yerləri pozulub. 2-ci və 3-cü abidədə yarımdairə və xaç şəkilli damğalar da var.
Barsbek
Prisbit və ya Parsbit — Xəzər xaqanlığının qadın hökmdarı. Bəzi qaynaqlarda adı Barsbek kimi yazılır.
Baysun
Baysun(özb. Boysun/Бойсун) — Özbəkistanın Surxandərya vilayətində şəhər. Baysun rayonunun mərkəzi. Şəhər ətrafının UNESCO-nun Ümumdünya irsi siyahısına salınması təklif olunub.. Özbəkistanın kömür ehtiyatı nisbətən az olsa da, Əngren (Daşkənd vilayətində), Şarqun və Baysun (Surxandərya vilayətində) yataqları əsas kömür yataqlarıdır. Kömürün kəşf olunmuş ehtiyatı 2 mlrd tondur.
Bursut
Bursut — Azərbaycan Respublikasının Astara rayonunun Asxanakəran kənd inzibati ərazi dairəsində kənd. Bursut Astara rayonunun Asxanakəran inzibati ərazi vahidində kənd. Dağətəyi ərazidədir. Oykonimi tədqiqatçılar "alış-veriş yeri, bazar" mənasında izah edirlər. Altayda Bursol adlı yaşayış məntəqəsi, Türkiyədə Bursal şəhəri var. Burs talış dilində "alqı-satqı yeri", ut komponenti isə qədim türk dillərində sözdüzəldici şəkilçidir.
Marduk
Nibiru (tərcüməsi Keçid planeti, müasir dilimizdə X planeti) — Günəş sistemində yerləşdiyi güman edilən xəyali planet. Yer planetindən 4 dəfə böyükdür. Bəzi tədqiqatçıların iddialarına görə bu səmavi cisim Şumer mətnlərində Günəş sistemində 12-ci planet kimi təsvir olunub. Əfsanəyə görə, planet hər 3600 ildən bir Mars və Yupiter arasında peyda olur. Lakin bu məsələ ilə bağlı nə şumerşünaslıq, nə də astronomiya sahəsində konkret elmi işlər mövcud deyildir. Əfsanəyə görə bu planet əvvəllər gəlmiş və insanlığı yaratmışdır. Şumerlər onları "Anunakilər" yəni tanrılar adlandırmışdırlar. Əfsanəyə görə onların kişilərinin boyu 5 metrə, qadınlarının boyu isə 3 metrə çatarmış. Şumer tabletlərində onlar qanadlı təsvir olunmuş üzləri isə sanki maska ilə örtülü olarmış. Bu da onu göstərir ki, onlar bu planeti mühitinə uyğun olmayan bir şəkildə tənəffüs edirlər.
Parsek
Parsek (işarəsi: pc; ingiliscə: Parsec) - astronomiyada istifadə olunan məsafə ölçü vahididir. Parallaksı 1 dərəcə olan göy cisminin uzaqlığı 1 parsekdir.
Parsua
Parsua, Parşuaş və ya Parsumaş — e.ə. 860–600-cü illərdə Urmiya gölü yaxınlığında, Zamua (əvvəllər Lullubi) ilə Ellipi çarlıqları arasında, Zaqros dağlarının mərkəzində, Sənəndəcin cənub-qərbində mövcud olmuş qədim çarlıq. Çarlığın adı qədim İran sözü olan "*Parsava" sözündən gəlir və mənasının sərhəd olduğu ehtimal olunur.
Tarsus
Tarsus ― Mersin ilinin ilçəsi. Tarsus şəhəri Kilikiya Erməni Çarlığının ilk paytaxtı olmuşdur.
Bartok
Bela Bartok (mac. Bartók Béla Viktor János [ˈbɒrtoːk ˈbeːlɒ];25 mart 1881[…] – 26 sentyabr 1945[…], Nyu-York, Nyu-York ştatı) — Macarıstan bəstəkarı, folklorşünası. Bu macar bəstəkarı 22 yaşındaykən 1848-1849 inqilabının lideri və Ferensin atası Layoş Koşutun həyatından bəhs edən simfonik şeirini yazıb. İlk ifası zamanı Avstriya milli marşının karikaturatik səsləndirilməsi qalmaqallara yol açsa da, çox bəyənilir. Peşə həyatının əvvəllərində fransız mühitinin təsiri altında qaldığı üçün ilk əsərlərində politonallığın bəzi ünsürləri görünür. Amma daha sonralar bu "vəsait"dən yararlanmayıb. Bunun əvəzinə Şərqi Avropa, ən çox da macar və rumın xalq üslublarını araşdırıb. Musiqisi hər nə qədər harmoniya baxımından gərgin və qarmaqarışıq olsa da, kökünü xalq musiqisinin modal silsiləsindən diqqətlə seçilmiş harmonik tonallıqdan götürüb. Bartokun musiqisi və şəxsiyyəti nasistlərlə ittifaqda olan macar hakimiyyətini və kilsəni qıcıqlandırıb və o, vətənə xəyanətdə ittiham edilib. Əksəriyyəti yəhudi olan bəzi önəmli bəstəkarların əsərlərinin nasistlər tərəfindən qadağan edilməsi səbəbindən o, Göbbelsə bir məktub yazaraq öz adının da həmin siyahıya salınmasını tələb edir və əsərlərinin Almaniya, eyni zamanda ona bağlı olan ölkələrdə səsləndirilməsinə izin vermədiyini bildirir.
Arsak
Arsak (erm. Արցախ) və ya Orxistena (yun. Ὀρχιστηνή) – Cənubi Qafqazda yerləşmiş tarixi vilayət. Antik və orta əsr mənbələrinin məlumatlarına görə tarixi Arsak vilayətinin ərazisi müasir Azərbaycan Respublikasının Kəlbəcər, Tərtər, Xocavənd, Xocalı, Cəbrayıl və Şuşa rayonlarının ərazisini əhatə etmişdir. Kür çayının sol sahilində yerləşən tarixi Utik vilayəti qərbdən və cənub-qərbdən Sünik vilayəti, şimaldan və şimal-şərqdən Uti vilayəti, cənub-şərqdən isə Paytakaran vilayəti ilə sərhədlənirdi. Tarixçi-armenoloq Robert Hyusenin fikrincə Uti vilayətinin avtoxton sakinləri qeyri-Hind-Avropa dillərində danışan tayfalar olmuşlar. E.ə. 91-87-ci illərdə Böyük Ermənistan hökmdarı II Tiqranın İberiya və Qafqaz Albaniyasına yürüşləri nəticəsində Qafqaz Albaniyasının Uti, Arsak və Paytakaran əyalətləri, İberiyanın isə sərhədyanı cənub əraziləri Böyük Ermənistanın tərkibinə qatılır. 387-ci ildə Ermənistanın Bizans və Sasani imperiyaları arasında bölünməsindən sonra Qafqaz Albaniyası və İberiyanın tutulmuş ərazilər geri qaytarılır. X əsrdə Arsak ərazisində Xaçın knyazlığı yaranmışdır.
Babsk
Babsk — mərkəzi Polşada kənd.
Barak
Barak — Kişi adı. Bu adı olan tanınmışlar Barak Obama — ABŞ prezidenti. Digər Barak (mifologiya) — türk mifologiyasında müqəddəs it.
Barum
Yuxarı Çaykənd (1991-ci ilədək Barum) – Azərbaycan Respublikasının Şəmkir rayonunun inzibati ərazi vahidində kənd. Kəndin əhalisi 414 nəfər təşkil edir ki, onun da 222 nəfəri kişi, 192 nəfəri isə qadındır. Əsas təsərrüfatı heyvandarlıq və əkinçilikdir.
Baruq
Barıq (Qoşaçay)
Balbuk (Uçalı)
Balbık (başq. Балбыҡ, rus. Старобалбуково) — Başqırdıstan Respublikasının Uçalı rayonunda yerləşən kənd. Kənd Tunqatar kənd şurasının tərkibindədir. Məsafələr: rayon mərkəzindən (Uçalı): 56 km, ən yaxın dəmiryol stansiyasından (Kuramino stansiyası): 16 km. 2002-ci ildə keçirilən Ümumrusiya əhalinin siyahıya alınmasına əsasən kənddə başqırdlar (98 %) üstünlük təşkil edir.
Bambuk ayısı
Böyük panda (çin 熊貓, 熊猫, Xiongmao; lat. Ailuropoda melanoleuca) və ya bambuk ayısı — ayıkimilər fəsiləsinə aid məməli heyvan növü. Vətəni mərkəzi Çin hesab olunur. Çinin (Şərqi Tibet, Sıçuan, Yunnan) dağ meşələrində yaşayır. Ovçuluq, kənd təsərrüfat sahələrini genişləndirilməsi, meşəliklərin qırılması və digər səbəblərdən nəsli məhv olmaq təhlükəsi altındadır. Buna görə də adı qırmızı kitaba salınmışdır. Gözlərinin ətrafında, qulaqlarını üzərində və gövdəsində böyük qara rəngli xəz ilə xarakterizə olunur. Düşünülür ki, bu cür rəng kombinasiyası kölgəli, yaxud qarlı-qayalı ərazilərdə kamuflyaj üçün yararlıdır. Hündürlükləri 1.6-1.9 metr aralığında dəyişir. Yetkin pandaların ağırlığı 100-120 kq arasında dəyişir.
Birsk
Börü (başqurdca: Börö, rus.
Brask
Brask (fr. və oks. Brasc) — Fransada kommuna, Cənub-Pireneylər regionunda yerləşir. Departament — Averon. Ser-Sernen-syur-Rans kantonuna daxildir. Kommunanın dairəsi — Miyo. INSEE kodu — 12035. Kommuna təxminən Parisdən 550 km cənubda, Tuluza şəhərindən 100 km şimal-şərqdə, Rodezdən isə 45 km cənubda yerləşir. 2008-ci ildə əhalinin sayı 203 nəfər təşkil edirdi. 2007-ci ildə 110 yaşında (15-64 yaş arasında) 79 nəfər iqtisadi cəhətdən, 31 nəfər fəaliyyətsizdir (fəaliyyət göstəricisi 71.8%, 1999-cu ildə 67.6%).
Çarsk
Çarsk (qaz. Шар) — Qazaxıstanın Şərqi Qazaxıstan vilayətinin Jarma bölgəsindəki bir şəhər. Şar şəhər rəhbərliyinin inzibati mərkəzi. KATO kodu — 634421100. Şəhər Türksibdəki stansiyadan başladı. Şər çayının adını daşıyır. Bir əfsanə var ki, bir vaxtlar çayın axarı o qədər güclü idi ki, monqollar naimanları məğlub edərək Şər çayından keçdi və çay ordunun 1/3 hissəsini apardı. Mənşənin ilk versiyası olan "Şar" sözü Qazaxıstanın istiliyindən, yəni "uçurumdan" gəlir, ikinci mənşəli versiyaya görə Çingiz Xan ordusu ilə bu ərazidən keçəndə çağırdı Rus dilinə "sarı" ilə tərcümə edilən bu torpaq "Şar". Maraqlı bir həqiqət budur ki, şəhərin kənarları hələ də qışda və yayda qeyri-adi sarı örtüyü ilə məşhurdur, çünki Çarsk şəhəri ətrafında çöl otu "shi" böyüyür. Çarın adı "Abay Zholy" da çəkilir.
Burşun
Bərzük
Bərzük – İranın İsfahan ostanının Kaşan şəhristanının Bərzük bəxşində şəhər və bu bəxşin mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 3,211 nəfər və 936 ailədən ibarət idi.
Başuki (Bicar)
Başuki (fars. باشوكي‎) — İranın Kürdüstan ostanı Bicar şəhristanının ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 86 nəfər yaşayır (21 ailə). Əhalisini kürdlər təşkil edir.