Dilimizdə porsumaq sözü var, cismin boz rəngə çalarlığını bildirir. Porsuq sözünün də boz kəlməsi ilə bağlı olması haqqında fikir söyləmək mümkündür. Onun rəngi bir qədər boz olur. Söz ruslara da keçib və barsuk kimi işlədilir. Kəlmənin kökü por (yəni boz) sözüdür, -su şəkilçisi meyil bildirən feillər düzəldir (gül-üm-sü-n-mək –“gülməyə meyil etmək”). Por-su “rəngin pora meyilli olması” deməkdir. –q şəkilçisi isə porsu feilindən isim düzəldib (qədim yunan dilində də porsuq sözü “boz” anlamını verən kəlmə ilə ifadə edilib). (Bəşir Əhmədov. Etimologiya lüğəti)