Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Kəskin olmayan maskalama
Kəskin olmayan maskalama –( eng.unsharp masking ) tonal keçidlərin kontrastlığını gücləndirmək hesabına böyük kəskinliyə nail olmaq üçün fotoqrafik görüntünün işlənməsi üsulu. Peşəkar iş üçün nəzərdə tutulmuş proqram məhsullarının əksəriyyətində bu texnika gerçəkləşdirilib. Bu üsuldan lentli fotoqrafiyada da istifadə olunurdu. Ancaq XX əsrin başlanğıcında böyük zəhmət tələb edən bu işin nəticəsi, görüntülərin emalının müasir üsullarından istifadənin nəticələri ilə müqayisə oluna bilməz. Doğrusu, kəskin olmayan maskalama görüntünün kəskinlik dərəcəsini yüksəltmir. O, görüntünün yaradılması prosesinin müxtəlif mərhələlərində (çəkiliş, darama, ölçünün dəyişdirilməsi, poliqrafik canlandırma) itirilmiş detalları bərpa etmir. Kəskin olmayan maskalama görüntünün elə hissələrində lokal kontrastlığı gücləndirir ki, həmin hissələrdə əvvəldən rəngin dərəcələrinin kəskin dəyişiklikləri var idi. Bunun nəticəsində görüntü vizual olaraq daha kəskin qəbul olunur. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
El Salvadorda bandalara qarşı müharibə
El Salvadorda bandalara qarşı müharibə (isp. Guerra contra las pandillas en El Salvador) - 2022-ci ilin mart ayından etibarən Şimali Amerikada yerləşən El Salvadorda fəaliyyət göstərən cinayətkar qruplaşmara qarşı başladılmış silahlı müharibə. El Salvador hökuməti ölkədəki cinayətlərin sayının artmasında cinayətkar dəstələri günahlandırmış və çıxış yolu kimi ölkədəki bütün kartel, banda və digər təyinatlı cinayətklar birləşmələrin tamamilə zərərsizləşdirilməsini göstərmişdir. 2024-cü ilin 2 aprel tarixinə qədər olan məlumata əsasən yerli ordu və digər güc strukturları tərəfindən 79.184 nəfər lokal banda və dəstələrə mənsub olmaqda günahlandırılaraq həbs edilib. On minlərlə insanın həbs edilməsi, ölkədəki məhbus sayını kəskin formada yüksəldib və nəticədə 2023-cü ildə ölkə dünyadakı ən yüksək məhbus nisbətinə malik ölkəyə çevirilib. 2023-cü ilin 16 may tarixində nisbətən yüngül cinayətlər törətmiş 5 min nəfərə yaxın şəxs həbsxanalardan azadlığa buraxılıb. 2023-cü ilin yanvarında El Salvadorun Müdafiə Naziri Rene Merino Monroy açıqladığı məlumatlarda 2022-ci ildə ölkədə 496 qətl hadisənin qeydə alındığını açıqlamışdır. 2021-ci ildə baş vermiş 1.147 qətl hadisəsinə nəzərən bu rəqəm 56.8% bir azalma anlamına gəlməkdədir. 2021-ci ildə ölkənin Sen Vinsent departamentində 40 min məhbus üçün nəzərdə tutulmuş Terrorla Mübarizə Mərkəzi adlı xüsusi rejimli cəzaçəkmə müəssisəsi fəaliyyətə başlamışdır. CECOT qısaltması ilə tanınan mərkəz Şimali Amerika və Cənubi Amerikanın ən böyük cəzaçəkmə müəssisəsi hesab olunur.
Başlama vuruşu (futbol)
Başlama vuruşu — futbolda oyuna başlama və bəzi hallarda oyunu bərpa etmə üsullarından biridi. Başlama vuruşu səkkizinci futbol qaydasının bir hissəsidir. Başlama vuruşu əsas vaxtın və, müvafiq hallarda, əlavə vaxtın hər hissəsini başlamaq üçün istifadə olunur. Start fitdən öncə atılan qəpik püşkatmasında uduzan komanda ilk başlama vuruşunu həyata keçirir, qəpik püşkatmasında udan komanda oyuna meydanın hansı tərəfindən başlayacağını seçir. Oyun hakim fitini çaldıqdan sonra başlıyır. İkinci hissədə başlama vuruşunu digər komanda edir. Əgər oyun əlavə vaxtlara qədər uzanırsa, onda əlavə vaxtın əvvəlində yenidən qəpik püşatması atılır. Əgər hər hansı bir komanda qol vursa, onda qolu buraxan komanda meydanın mərkəzindən başlama vuruşunu yenidən etməli olur, və oyun təkrarən davam edir. == Üsul == Başlama vuruşu mərkəzi dairədən yerinə yetirilir. Başlama vuruşu edilmədən öncə hər bir futbolçu meydanın öz yarısında olmalıdır və bütün rəqib futbolçular topdan ən azı 9 metr (məsafə mərkəzi dairədən ölçülür) uzaqlıqda qalmalıdılar, əgər hər hansı oyunçu bu məsafəni pozsa, başlama vuruşu təzədən yerinə yetirilməlidir.